Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 17:24

Rusiyayla diplomat qalmaqalı davam edir


Con Salivan
Con Salivan

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov bu günlərdə deyirdi ki, Prezident Vladimir Putinin xarici siyasət üzrə müşaviri Yuri Uşakov Salivana “ciddi məsləhətləşmələr” aparmaq üçün Vaşinqtona qayıtmağı tövsiyə edib

Birləşmiş Ştatların Rusiyadakı səfiri Con Salivan deyir ki, bu həftə məsləhətləşmələr üçün ölkəsinə qayıdacaq.

Vaşinqtonla Moskvanın münasibətlərində gərginlik yeni fazaya daxil olub. Ötən həftə Prezident Co Bayden administrasiyası kiberhücumlar, seçkiyə müdaxilə, Əfqanıstandakı ABŞ əsgərlərinə təhdidlər səbəbiylə Rusiyaya sanksiyaları açıqlayıb.

Kremlin tənqidçisi Aleksey Navalnının həbsdə səhhəti məsələsi, Rusiyanın Ukraynanın şərqinə və ilhaq etdiyi Krıma qoşun yığması, Rusiyanın 2014-cü ildə Çexiyada sursat anbarındakı partlayışda roluna dair yeni iddialar gərginliyi daha da alovlandırır.

Uşakovun tövsiyəsi

Səfirliyin sözçüsü Rebekka Ross aprelin 20-də Salivana istinadla deyib ki, o, Bayden administrasiyasındakı yeni həmkarları ilə ABŞ-Rusiya münasibətlərinin indiki vəziyyətini birbaşa müzakirə etməlidir.

“Ailəmi bir ildən çoxdur görmürəm və bu, ölkəmə səfərim üçün daha bir vacib səbəbidir. Bir neçə həftəyə, Prezidentlər Bayden və Putinin istənilən görüşündən öncə Moskvaya qayıdacağam”, – o vurğulayıb.

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov bu günlərdə deyirdi ki, Prezident Vladimir Putinin xarici siyasət üzrə müşaviri Yuri Uşakov Salivana “ciddi məsləhətləşmələr” aparmaq üçün Vaşinqtona qayıtmağı tövsiyə edib.


Rusiyanın ABŞ-dakı səfiri ötən ay Moskvaya qayıdıb. Bayden Putinin qatil olmasına inandığını dilə gətirəndən sonra səfirin məsləhətləşmələr üçün döndüyü bildirilib.

Bayden Rusiya lideri ilə üzbəüz görüşərək ikitərəfli münasibətlərin müzakirəsini təklif edib. Putin hələlik, dəvəti qəbul edəcəyini açıqlamayıb.

Bolqarıstan səfiri nazirliyə çağrılır

Rusiya aprelin 20-də Bolqarıstanın iki diplomatını “persona non qrata” elan edib.

***

Bolqarıstanın Moskvadakı səfiri isə Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Bir ay qabaq Sofiya Moskvaya bağlı casus qalmaqalı çərçivəsində iki diplomatı ölkədən çıxarıb.

Çexiya ilə Rusiya arasında "casusluq" qalmaqalı böyüyür
Gözlə

No media source currently available

0:00 0:03:01 0:00

Martın 22-də Bolqarıstanın Xarici İşlər Nazirliyi rusiyalı diplomatları “persona non qrata” elan edib, onların diplomatik statuslarına “uyğun gəlməyən” fəaliyyətlə məşğul olduqlarını bildirib.

O zaman Rusiya səfirliyi qərarı “əsassız” adlandıraraq Moskvanın “cavab hüququnu saxladığını” bildirmişdi.

Bolqarıstan Rusiyanın əsas enerji tərəfdaşıdır. Son illər iki ölkənin münasibətlərində bir neçə dəfə casus qalmaqalı baş verib.

Ötən həftə Bolqarıstanın silah ticarətçisinin adı Praqa ilə Moskva arasında diplomatik qalmaqalda çəkilib. Çexiya kəşfiyyatı 2014-cü ildə silah deposunda iki nəfərin ölümünə səbəb olmuş partlayışı Rusiyanın hərbi agentləri ilə əlaqələndirib.

Martın 19-da isə Bolqarıstan hakimiyyəti Rusiyaya hərbi sirləri ötürən casus qrupunu ifşa etdiyini açıqlayıb. Prokurorlar altı nəfəri Rusiya üçün casusluqda ittiham edib.

XS
SM
MD
LG