Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 16:30

Çexiyanın ardınca Slovakiya da Rusiya diplomatlarını çıxarır


Slovakiyanın baş naziri Eduard Heger
Slovakiyanın baş naziri Eduard Heger

Çexiya Praqadakı Rusiya səfirliyi heyətində yeni ixtisarların ediləcəyini bildirdikdən sonra, qonşu Slovakiya da aprelin 22-də Çexiya ilə həmrəylik addımı kimi Rusiyanın üç diplomatını ölkədən çıxaracağını bəyan edib.

Çexiya xarici işlər naziri Yakub Kulhanek deyib ki, Praqadakı Rusiya diplomatlarının sayı, Moskvadakı çex diplomatların sayından çox ola bilməz.

Kulhanek deyib ki, bu qərar aprelin 22-dən qüvvəyə minir. O neçə Rusiya diplomatının çıxarılacağını bildirməsə də, bir gün əvvəl Çexiyanın Moskvadakı səfirliyində cəmi 5 diplomatın qaldığını demişdi.

Kulhanekin bəyanatından sonra Slovakiyanın baş naziri Eduard Heger deyib ki, “Rusiyanın Bratislavadakı diplomatik missiyasının üç diplomatı ölkəni 7 gün ərzində tərk etməlidirlər”.

Heger deyib ki, Bratislava bu addımı Çexiya kəşfiyyatının Rusiyaya qarşı iddialarını diqqətlə öyrəndikdən sonra atır.

Rusiyanın Bratislavadakı səfirliyi bəyan edib ki, bu qərar “iki ölkə arasında tarixi dost münasibətlərə” ziddir.

Çex Respublikası Rusiya səfirliyinin işçilərini azaldır

Çex Respublikası Rusiya səfirliyinin əməkdaşlarının sayını məhdudlaşdırdığını, Moskvadakı Çex səfirliyinin işçi sayına uyğunlaşdırdığını bəyan edib.

Yeni təyin olunmuş Xarici işlər naziri Yakub Kulhanek neçə işçinin çıxarılacağını deməyib. Amma nazir aprelin 21-də “Lidovky.cz”yə müsahibəsində deyirdi ki, Moskva verilən vaxta əməl etməsə, Rusiya səfirliyinin 60-dək əməkdaşı ölkədən çıxarılacaq. Moskva ultimatumu “qəbuledilməz” adlandırmışdı.

Kulhanekin deməsinə görə, Rusiya mayın sonunadək səfirlikdəki əməkdaş sayını uyğun səviyyəyədək azalda bilər.

Çexiya və Rusiya arasında nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:02:53 0:00

***

Praqanın Moskvaya verdiyi vaxt bitir

Rusiyadakı Çex səfirliyinin 20 çex əməkdaşına iş yerlərinə qaytımasından ötrü Praqanın Moskva üçün qoyduğu vaxt bitir. Praqadakı diplomatik missiyadan rusiyalıların kütləvi çıxarılması gözlənir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova aprelin 22-də “Vesti FM” radiosuna deyib ki, Çexiyanın Moskvadakı səfiri Viteslav Pivonka ilə danışacaq, “Praqanın müəyyən addımlar atacağı qarşılığında görülə biləcək tədbirləri” təqdim edəcək.

“Onlar ikitərəfli əlaqələri korlamaq anlamında hansı mərhələyə çatdıqlarını anlamalıdırlar”, – sözçü vurğulayıb.

***

Mariya Zaxarova: ‘Praqa ultimatumlarını NATO üçün saxlasın…’

Çex Respublikası Moskvaya xəbərdarlıq edərək bildirib ki, Rusiyadan çıxarılmış Çexiya diplomatları aprelin 22-də günortayadək iş yerlərinə qayıda bilməsələr, Praqa daha çox Rusiya dipliomatının ölkədən qovulmasına dair qərar qəbul edəcək.

Bundan əvvəl Praqa Moskvanı 2014-cü ildə Çexiyada baş vermiş silah anbarı partlayışının arxasında durmaqda ittiham etdikdən sonra Çexiya və Rusiya qarşılıqlı şəkildə və çox sayda diplomatı persona non gratae elan ediblər.

Çexiya ölkədən 18, Moskva isə Rusiyadan 20 diplomatı qovub.

Şərhçilər bildirirlər ki, bu, 1989-cu ildən bəri Moskva ilə Praqa arasında ən kəskin qarşıdurmadır.

Çexiyanın vəzifəyə aprelin 21-də təyin edilmiş xarici işlər naziri Yakub Kulhanek jurnalistlərə deyib ki, ölkədən çıxarılmış bütün Çexiya diplomatlarının Moskvadakı səfirliyə qayıtması üçün Rusiyaya “sabah saat 12-dək” vaxt verilib.

"Əgər onlar qayıtmasalar, mən Praqadakı Rusiya səfirliyinin heyət sayını ixtisar edəcəyəm ki, Rusiyadakı Çexiya səfirliyindəki əməkdaş sayı ilə tarazlıq yaransın”.

Say tarazlığı

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova aprelin 21-də deyib ki, “Praqa ultimatumlarını NATO daxilindəki komminikasiyalara saxlasa yaxşıdır”.

Zaxarova xəbərdarlıq edib ki, Rusiya ilə bu tonda danışıq qəbuledilməzdir.

O əlavə edib ki, nazir Kulhanekin bəyanatı ilə bağlı aprelin 22-də Çexiya səfiri Rusiya XİN-ə dəvət olunacaq.

Kulhanek Praqadakı Rusiya səfirini nazirliyə dəvət etdikdən sonra deyib ki, Moskvanın qeyri-mütənasib cavab tədbiri Çexiya səfirliyinin fəaliyyətini “iflic edib”.

Onun sözlərinə görə, halbuki 18 Rusiya diplomatının qovulması Rusiya səfirliyinin fəaliyyətinə ciddi təsir göstərməyib.

Çexiya XİN bildirir ki, hazırda Moskva səfirliyində Çexiyanın 5 diplomatı və 19 xidmət əməkdaşı qalıb, halbuki Praqadakı Rusiya səfirliyində 27 diplomat və 67 başqa əməkdaş var.

XS
SM
MD
LG