Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:28

The Economist: ‘Rusiyada neostalinizm dirçəlir’


Rusiyada 21 aprel etirazı
Rusiyada 21 aprel etirazı

Dünyada Moskvanın dostlarının da sayı azalır. “Pew” araşdırma mərkəzinin ötən il keçirdiyi sorğuya görə, Rusiyanın bütün dünyada imici zəifləyir

Rusiyada müxalifətçi Aleksey Navalnının həbsinə etirazlar, Moskvanın bir sıra Qərb ölkələri ilə münasibətlərinin pisləşməsi Qərb mediasının aparıcı mövzularındandır.

“The Washington Post” qəzetində Frida Gitis yazır ki, Putin Rusiyası dərindən kök salmış korrupsiya, kəskin gəlir bərabərsizliyi, qonşularına təcavüz, sistemi tənqid etməyə cəsarət tapanlara dövlət səviyyəsində sui-qəsd deməkdir.

“Si Cinpinqin Çini də ağır avtokratiyadır, amma vətəndaşların çoxu sərvətini artırıb, sürətli inkişafı ilə baxanların gözünü qamaşdırır. Rusiya isə bunun əksinə olaraq kleptokratiya, repressiya, mafiya taktikası ilə manşetlərə çıxır”, – yazan müəllif Navalnının həbsdə vəziyyətinin ağırlaşdığını, keçmiş tənqidçilərin öldürüldüyünü, zəhərləndiyini yada salır.

Dünyada Moskvanın dostlarının da sayı azalır. “Pew” araşdırma mərkəzinin ötən il keçirdiyi sorğuya görə, Rusiyanın bütün dünyada imici zəifləyir. Prezident Vladimir Putin hakimiyyətinin ilk illərində amerikalıların 75 faizindən çoxu Rusiyaya xoş baxırdı. 2003-cü ildə bu göstərici 63, bu ilsə 22 faizə düşüb, Gallup sorğu mərkəzi bildirir. “Müasir Rusiya qorxu yarada bilər, amma ona hörmətin artdığı görünmür”, – məqalədə deyilir.

Qala iqtisadiyyatı

“The Economist” Kremlin Rusiya iqtisadiyyatını təcrid etdiyini vurğulayır.

Ötən il Rusiya iqtisadiyyatı cəmi 3% azalıb və dünyada bir çox ölkədən daha yaxşı durumda olub. Amma dərgi bunu hökumətin payızda koronavirusun ikinci dalğasından sonra qapanmaya getməməsi ilə izah edir. Digər səbəb Rusiya iqtisadiyyatının uzun müddət təcrid olunmasıdır, məqalədə deyilir.

2014-cü ildə Rusiya Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra Kreml iqtisadiyyatı mühasirədə olan qala kimi idarə edib, dünya iqtisadiyyatından ayırıb, Qərbin sanksiyalarından müdafiə olunmağa çalışıb.

“Bu qala xarici təsirlərdən qorunmağa yaxşıdır. Amma hasarlar daxilində durğunluq, narazılıq gətirir ki, bu da öz növbəsində Navalnının müxalifət hərəkatına, Prezident Vladimir Putinə qarşı etirazlara yol açır”, – dərgi yazır.

İqtisadçı və coğrafiyaçı Nataliya Zubareviç deyir ki, söhbət inkişafdan deyil, sabitlikdən gedir, daha doğrusu nəzarətdən. “Onlar iqtisadiyyatı ölməyə qoymayacaqlar, amma bu sistemdə inkişaf mümkün deyil”, – o vurğulayıb.

Putin yenə vədlər verdi, sakinlərsə ona inanmır
Gözlə

No media source currently available

0:00 0:02:17 0:00

Transformasiya

“The Economist” başqa bir məqaləsində qeyd edir ki, Putin dəstəyi itirdikcə daha repressiv olur.

Putin opponentlərini terrorizə edir, qonşularını hədələyir. Məqalədə deyilir ki, Putin rejimi getdikcə daha qanunsuz davranır, hakimiyyəti təhlükəsizlik xidmətinin əlinə cəmləyir.

“Neostailinizmin, onun dövlət terrorunun dirçəldiyini, həm öz vətəndaşlarına, həm də dünyaya qarşı yönəldiyini görürük”, – rusiyalı siyasi təhlilçi Kiril Roqov vurğulayıb.

Məqalədə transformasiyanın ötən ilin martından başlandığı qeyd olunur. Putin 2024-cü ildə onu hakimiyyətdən getməyə vadar edəcək prezidentlik müddətlərini sıfırladı. Prezident rejimin onsuz, onun isə rejimsiz duruş gətirə bilməyəcəyinə inanır.

“Hakimiyyətin dinc transferi getdikcə daha çox qeyri-mümkün görünür. Onun və silahdaşlarının bir məramı var: özünün salamatlığı. Onlar Putin hakimiyyətdən gedərsə sərvətdən, azadlıqdan, daha çox şeydən məhrum olmaqdan qorxurlar”, – “The Economist” yazır.

Putin isə aprelin 21-də parlamentdə illik çıxışında xarici provokasiyalarla bağlı xəbərdarlıq edib. O deyib ki, Moskva digər ölkələrlə yaxşı münasibətlər qurmağa çalışır, amma heç bir xarici ölkə Rusiyanın “qırmızı xətlər”ini keçməməlidir.

XS
SM
MD
LG