Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 01:24

Ter-Petrosyan Paşinyana qarşı (Video)


Koronavirus ölkədə boşanmaların da sayını artırıb
Gözlə

No media source currently available

0:00 0:14:09 0:00

Koronavirus ölkədə boşanmaların da sayını artırıb

Ermənistan Milli Məclisinin spikeri Ararat Mirzoyan “Seçki Məcəlləsinə dəyişiklik və düzəlişlər” haqqında qanunu imzalayıb.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, Ermənistan parlamenti aprelin 1-də sözü gedən düzəlişləri qəbul etmişdi.

Bu düzəlişlərə görə Ermənistanda qismən majoritar seçki sistemi ləğv olunur və ölkə tam proporsional seçki sisteminə keçir.

Ermənistan prezidenti Armen Sarkisyan aprelin 17-də bu qanunu imzalamayacağını demişdi. Lakin o qanunla bağlı Konstitusiya Məkəməsinə də müraciət etməyib.

Ter-Petrosyanın çağırışı

Bu arada Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan ölkənin bütün siyasi qüvvələrini Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Kazaryanın arqumentlərinə tam ciddiliyi ilə yanaşmağa çağırıb.

Azatutyunun yazdığına görə, Ter-Petrosyanın çağırışında deyilir ki, onun sözü ilk növbədə “faktiki olaraq baş nazir Nikol Paşinyanla qeyri-konstitusion sövdələşməyə getmiş” müxalif “Maariflənmiş Ermənistan” və “Çiçəklənən Ermənistan” parlament fraksiyalarına aiddir.

Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri demişdi ki, konstitusiyaya görə baş nazir istefadan sonra bu vəzifəni tuta bilməz.

Ter-Petrosyan deyib ki, bu məqam nəzərə alınmasa adi çəkilən partiyalar qanunsuz seçkinin keçirilməsinə görə məsuliyyət daşıyacaqlar.

Levon Ter-Petrosyan deyib ki, xalqın ruh yüksəkliyi şəraitində keçirilmiş və Paşinyanı hakimiyyətə gətirmiş 9 dekabr 2018-ci il seçkisi də qanunsuz olub.

Keçmiş müttəfiqlər

Robert Koçaryan və Serj Sarkisyanın prezidentlikləri dövründə müxalifət sıralarında yaxın müttəfiq olmuş Paşinyan və Ter-Petrosyanın arası ötən həftə baş nazirin parlamentdə etdiyi nitqdən sonra dəyib.

Həmin çıxışında Paşinyan iddia etmişdi ki, Ter-Petrosyan 2018-ci ildə onunla görüşəndə ərazilərin Azərbaycana qaytarılmasını məsləhət görüb.

Levon Ter-Petrosyanın ofisi bu iddianı rədd edib və baş naziri “yalançı” adlandırıb.

Keçmiş müttəfiqlər - Levon Ter-Petrosyan (solda) və Nikol Paşinyan 10 il əvvəl
Keçmiş müttəfiqlər - Levon Ter-Petrosyan (solda) və Nikol Paşinyan 10 il əvvəl

Azatutyun xəbər verir ki, Syunikdə baş nazirin səfəri zamanı zorakı etirazlarla bağlı 27 nəfər barəsində “xuliqanlıq və hakimiyyət nümayəndəsinə qarşı zorakılıq” maddələri ilə cinayət işləri açılıb.

Bu arada ötən həftəsonu Syunik vilayətində baş vermiş hadisələr Ermənistan cəmiyyətində geniş müzakirə olunur.

Hüquq müdafiəçisi Vardan Arutyunyan deyib ki, ölkədə hələ indiyədək belə vəziyyət, iqtidar və müxalifət arasında bu qədər zorakılıq və qarşıdurma olmayıb:

“Həm iqtidar, həm də belə demək mümkündürsə, müxalifət bugün qarşı-qarşıyadırlar və bu, bizim üçün təhqiramizdir. Mən müxalifət tərəfindən əvvəllər belə bir münasibətin olmasını xatırlamıram. Əgər bir jurnalist məndən soruşsa ki, Ermənistanda son 20-25 ildə müxlifət tərəfindən zorakılıq olduğunu xatırlayırammı, yadıma gəlməz. Amma hakimiyyət tərəfindən 1 mart 2008-ci ildən bəri çoxsaylı zorakılıq hallarını sadalaya bilərəm. 2004 və 2003-cü illəri xatırlaya bilərəm”.

Paşinyan seçkiyə görə istefa verib

Aprelin 25-də Ermənistan baş naziri Nikol Paşinyan erkən parlament seçkiləri ilə bağlı istefa verib. Bu barədə o, Facebook səhifəsində məlumat paylaşıb.

Ermənistanda növbədənkənar parlament seçkiləri iyunun 20-ə təyin edilib. Seçkiyə qədər Paşinyan baş nazirin səlahiyyətlərini icra edəcək və seçkilərdə onu dəstəkləyən partiyadan hökumət başçısı vəzifəsinə namizəd olacaq.

Bundan əvvəl Paşinyan vəd vermişdi ki, vətəndaşlar seçkilərdə komandasını dəstəkləməsə, hakimiyyəti təhvil verəcək.

2020-ci il noyabrında Paşinyan Qarabağda atəşkəs haqqında Azərbaycan və Rusiya hakimiyyəti ilə müqavilə imzaladıqdan dərhal sonra Ermənistanda etirazlar başlayıb. Müxalifət partiyaları Paşinyanı istefaya çağırıb. O buna getməyəcəyini deyib ölkədə erkən parlament seçki keçirilməsinə razı olub.

XS
SM
MD
LG