Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 15:01

ABŞ dövlət katibi Azərbaycan prezidentinə zəng vurub


Fransa və Rusiya Qarabağı ayrıca müzakirə edir - Paris və Moskvada nə hazırlanır?
Gözlə

No media source currently available

0:00 0:14:45 0:00

Fransa və Rusiya Qarabağı ayrıca müzakirə edir - Paris və Moskvada nə hazırlanır?

Aprelin 28-də ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, dövlət katibi Azərbaycan - ABŞ ikitərəfli münasibətlərinin inkişafı məsələsinə toxunaraq əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini bildirib:

“Dövlət katibi enerji təhlüksizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlığı qeyd edərək Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsinin əhəmiyyətini vurğulayıb, Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirib.”

Açıqlamada deyilir ki, telefon zənginə görə minnətdarlığını bildirən prezident Azərbaycan-ABŞ əlaqələrinin zəngin tarixə malik olduğunu qeyd edib:

“Söhbət zamanı Ermənistan-Azərbaycan müharibəsindən sonrakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini çatdırıb, ölkəmizin ermənilər tərəfindən dağıdılan ərazilərində bərpa işlərinin həyata keçirildiyini qeyd edib”.

Minsk qrupunun gələcəyi müzakirə olunub

Məlumata görə, İlham Əliyev, eyni zamanda, regionda kommunikasiyaların açılmasının önəmini vurğulayıb və uzunmüddətli sülhün təmin edilməsi ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırıb:

“Prezident İlham Əliyev və ABŞ dövlət katibi ATƏT-in Minsk Qrupunun gələcək fəaliyyəti ilə bağlı da fikir mübadiləsi aparıblar. Telefon danışığı zamanı tərəflər Azərbaycanda demokratik proseslərin inkişafı, insan haqları, siyasi pluralizmin qorunması və təmin edilməsinin önəmini vurğulayıblar”.

Bildirildiyinə görə, Entoni Blinken bu il də "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin ( Azərbaycana yardıma imkan verməyən) müvəqqəti dayandırıldığını qeyd edib. Habelə açıqlamaya görə, prezident İlham Əliyev bununla bağlı minnətdarlıq bildirib:

“Azərbaycan Prezidenti, eyni zamanda, bugünlərdə ABŞ prezidentinin dırnaqarası erməni soyqırımı ilə bağlı bəyanatı (Bəyanatda 1915-ci ildə Osmanlı dövlətində baş verən olaylara toxunulub) ilə əlaqədar qeyd etmişdir ki, Türkiyə Azərbaycanın yaxın dostu, müttəfiqidir, postmüharibə dövründə bölgəmizdə çox önəmli, müsbət rol oynayir və ABŞ prezidentinin bu açıqlaması Azərbaycan rəhbərliyi və ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanmışdır.”

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays isə telefon danışığı ilə bağlı bildirib ki, Entoni Blinken və prezident Əliyev ABŞ ilə Azərbaycan arasında ikitərəfli partnyorluğun davam edən əhəmiyyətini vurğulayıblar.

Məlumatda deyilir ki, dövlət katibi Azərbaycan prezidenti ilə söhbətində insan haqlarının və təməl azadlıqların mühümlüyünü qeyd edib.

ABŞ dövlət katibi habelə ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ nizamlanmasındakı səylərinin əhəmiyyətini vurğulayıb.

Xatırlatma

ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsində vasitəçi rolu oynayıb. ABŞ, Fransa və Rusiya qurumda həmsədrlərdir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə, ətraf yeddi rayona və bəzi qəsəbələrə nəzarəti ələ alıb.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu il yanvarın 11-də də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalayıblar.

Həmin bəyanat isə əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

XS
SM
MD
LG