Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 18:55

Blinken-Lavrov danışıqları başlandı


Mayın 19-da ABŞ dövlət katibi Entoni Blinken (solda) və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında ikitərəfli danışıqlar başlanıb
Mayın 19-da ABŞ dövlət katibi Entoni Blinken (solda) və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında ikitərəfli danışıqlar başlanıb

Mayın 19-da başlanan danışıqlarda hər iki tərəf qarşılıqlı maraq kəsb edən müəyyən məsələləri müzakirə etmək niyyətindədir.

İslandiya paytaxtında ABŞ dövlət katibi Entoni Blinken və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında ikitərəfli danışıqlar başlanıb.

Mayın 19-da başlanan danışıqlarda hər iki tərəf qarşılıqlı maraq kəsb edən müəyyən məsələləri müzakirə etmək niyyətindədir.

Blinken bildirib ki, ABŞ və Rusiya arasında maraqların kəsişdiyi məqamlar var və əgər Moskva ilə Vaşinqton birgə çalışa bilsələr, dünya daha təhlükəsdiz olar.

Lavrov Blinkenə deyib ki, Rusiya və Birləşmiş Ştatlar arasında geosiyasətə dair ciddi fikir ayrılıqları var, amma Rusiya, dialoq qarşılıqlı hörmət və səmimiyyət üzərində qurularsa bütün məsələlərin müzakirəsinə hazırdır.

Bu, ABŞ-da Co Bayden prezident seçildikdən sonra iki tərəf arasında ən yüksək səviyyəli ilk görüşdür.

Belə bir sammitin keçiriləcəyinə dair ehtimalı ilk dəfə ötən ay Ağ Ev səsləndirmişdi, Rusiyanın Kommersant qəzeti isə yazırdı ki, mümkün görüş İsveçrədə keçirilə bilər.

Lavrov Reykyavikə Tacikistanın paytaxtı Düşənbədən gəlib. O orada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xarici işlər nazirlərinin görüşündə iştirak edirdi.

ABŞ-Rusiya münasibətlərinin Soyuq Müharibıə dövrünə qayıda biləcəyinə dair narahatlığın olduğu bir vaxtda Blinken və Lavrovun danışıqlar gündəliyində çox sayda məsələlər var.

***

Mayın 19-da ABŞ-ın Dövlət katibi Entoni Blinken Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla İslandiyada görüşməlidir. Onların Reykyavikdə Arktika Şurası toplantısı çərçivəsində bir araya gələcəyi, prezidentlər Co Bayden ilə Vladimir Putinin gələn aya gözlənən sammitinə hazırlıq işləri aparacağı bildirilir.

Son vaxtlar ABŞ-Rusiya münasibətləri Soyuq müharibə bitəndən bəri ən aşağı həddə düşüb.

Tərəflər arasında əsas ziddiyyətli məsələlər Moskvanın Ukraynada və ətrafında hərbi qüvvələrini artırması, Arktikada mövqe tutmağa çalışması, Rusiyada müxalifətçi Aleksey Navalnının həbsi, Rusiyanın Avropada reallaşdırdığı Şimal axını-2 layihəsi, Rusiyanın kiberhücumlarıyla bağlı ABŞ-ın iddiaları və Moskvanın Qərbdə seçki proseslərinə müdaxiləsidir.

Blinken mayın 18-də deyib ki, “Rusiya ilə daha sabit və proqnozlaşdırılan münasibətə üstünlük verərdik”.

Lavrov isə bir gün öncə qeyd edib ki, “görünür, Rusiya ilə sabit və proqnozlaşdırılan münasibətin təbliğinə qərar verilib”.

XS
SM
MD
LG