Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:54

Avropalı komissardan əsirlər, mina xəritəsi çağırışı


Kəlbəcərin minalardan təmizlənməsi
Kəlbəcərin minalardan təmizlənməsi

Komissar AB-nin ATƏT-in Minsk qrupunun işini tam dəstəklədiyini də qeyd edib

Avropa Birliyinin (AB) Bərabərlik üzrə Komissarı Helena Dalli Azərbaycanı və Ermənistanı atəşkəs razılaşmasına tam əməl etməyə, hərbi əsirləri dəyişməyə çağırıb. O, Brüsseldə birliyin Xarici Məsələlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Təmsilçisi Jozep Borrelin adından çıxış edib. Komissarın sözlərinə görə, “erməni əsirlərin buraxılması inam və etimadın yaranması üçün vacibdir və vacib siyasi jest olardı”.

“Yanvarın 29-da beş, mayın 4-də isə üç erməni əsirin buraxılmasını alqışladıq. Qalan saxlananların yubanmadan buraxılmasında təkid edirik. AB tərəfləri əməkdaşlığa çağırır – təkcə saxlananların qaytarılmasında deyil, digər vacib humanitar məsələlərdə də. itkinlərin tapılması və repatriasiyası davam etməlidir”, – o vurğulayıb.

Minalanmış ərazilərin xəritəsi

Azərbaycan erməni əsirlərin hamısını qaytardığını, hazırda saxlananların əsir deyil, “terrorçu” olduğunu deyir, onların hərbi əməliyyatlar bitəndən sonra Azərbaycan ərazisində saxlandığını bildirir.

Komissar humanitar yardımın göstərilməsi, ərazilərin minalarda təmizlənməsi, minalanmış ərazilərin mümkün xəritələrinin paylaşılmasının vacibliyini də vurğulayıb. “Gərginliyin azalması, cəmiyyətlərin normallaşmaya doğru irəliləməsi üçün qızışdırıcı açıq ritorirakadan çəkinmək lazımdır”, – o deyib.

Azərbaycan Ermənistan beynəlxalq öhdəliklərini açıq şəkildə pozaraq, minalanmış ərazilərin yeri barədə məlumat verməməkdə suçlayır, bunu beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması adlandırır.

İşgəncə iddiaları araşdırılsın

Helena Dalli əsirlərə işgəncə verilməsi, onlarla pis rəftar olunması, yaxud edamıyla bağlı iddiaları hərtərəfli araşdırmağa çağırıb. “Avropa Birliyi beynəlxalq və müstəqil ədliyyə mexanizmlərinə, belə iddiaların müstəqil araşdırılmasını dəstəkləməyə hazırdır”, – deyə qeyd edib.

Komissar AB-nin ATƏT-in Minsk qrupunu tam dəstəklədiyini də qeyd edib.

ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsində vasitəçi rolu oynayıb. ABŞ, Fransa və Rusiya qurumda həmsədrlərdir.

Ötən il 44 günlük müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə, ətraf yeddi rayona və bəzi qəsəbələrə nəzarəti ələ alıb. 10 noyabr atəşkəs razılaşması ilə qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

XS
SM
MD
LG