Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:36

Ara Ayvazyanın istefası və medianın şayiələri


Ara Ayvazian
Ara Ayvazian

Ermənistanda xarici işlər nazirinin səlahiyyətlərini icra edən Ara Ayvazyan istefa verib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu məlumatı Ermənistan XİN-in sözçüsü Anna Nağdalyan bəyan edib.

Azatutyun qeyd edir ki, Xarici İşlər Nazirliyi AzadlıqRadiosunun istefanın səbəbi barədə sualına cavab verməyib.

XİN bildirib ki, bu barədə açıqlama verilməsi nəzərdə tutulmayıb.

Azatutyun yazır ki, nazir əvəzi faktiki olaraq Təhlükəsizlik Şurasının mayın 27-də keçirilən iclasından dərhal sonra istefasını elan edib.

Ermənistan mediası Ara Ayvazyanın istefa verəcəyinə dair şayiələri hələ ötən həftədən səsləndirirdi.

Azatutyun diqqəti belə bir məqama çəkir ki, xarici işlər nazirinin müavini Avet Adonts sərhədin delimitasiya və demarkasiyasına dair Ermənistanla Azərbaycanın imzalamalı olduqları sənəd barədə XİN-in məlumatı olmadığını bəyan edəndən sonra bu şayiələr daha da güclənmişdi.

Ara Ayvazyanın razılaşmanın əleyhinə olduğu deyilir

Ermənistanın Vatikandakı keçmiş səfiri və keçmiş prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan mayın 20-də demişdi ki, xarici işlər naziri Ara Ayvazyan Azərbaycan və Ermənistan sərhədinə dair birgə komissiyanın yaradılması barədə razılaşma sənədinin əleyhinə çıxıb.

Azatutyun isə yazırdı ki, mayın 20-də keçirilən hökumət müşavirəsində həqiqətən də XİN-dən heç kəs olmaylıb.

Lakin o vaxt Xarici İşlər Nazirliyinin sözçüsü Anna Nağdalyan məlumat vermişdi ki, Ermənistan nümayəndə heyəti Düşənbədən qayıdır və hələ yoldadır.

Azatutyun xatırladır ki, Ara Ayvazyan xarici işlər naziri vəzifəsinə Qarabağ müharibəsindən dərhal sonra, noyabrın 18-də təyin edilmişdi.

O müharibə başlanandan bəri istefa verən ikinci xarici işlər naziridir.

Bundan əvvəl vəzifəsini Zohrab Mnatsakanyan tərk etmişdi.

XS
SM
MD
LG