Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:15

Bakı ermənilərin qayıdışını müzakirə etməyə 'hazırdır'


Hadrut
Hadrut

Rövşən Rzayev 1992-1993-cü illərdə bu ərazilərdən 750 mindən çox insanın didərgin düşdüyünü, hazırda onların 70 faizə yaxınının qayıtmaq istədiyini söyləyib

Bakı ermənilərin Qarabağdakı evlərinə qayıtmasını istisna etmir. Bunu Rusiyanın “İzvestiya” qəzetinə müsahibəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib. O, ərazi mübadiləsindən söhbət getmədiyini də vurğulayıb.

“Bu cür qayıdış formasına gələcəkdə baxıla bilər”

“Ölkəmiz keçmiş DQMV-nin (keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti) erməni əhalisinin Azərbaycan ərazisində inteqrasiyasına hazır olduğunu dəfələrlə ən yüksək səviyyədə təsdiqləyib. Ancaq ərazidə yaşamaq hüququ onun zorla qopardılması ilə əvəz olunmamalıdır. Buna görə də sizin sualınıza cavabım – bəli, onlar (ermənilər) Azərbaycanda bizim ölkənin vətəndaşı olaraq, münaqişəyə qədər yaşadıqları kimi yaşaya bilərlər”, – Rzayev deyib.

Komitə sədri Xankəndində, Xocalı və Ağdərədə yaşayan azərbaycanlıların etnik təmizləmə nəticəsində qovulduqlarını, hazırda həmin ərazilərdə yalnız ermənilərin yaşadıqlarını da qeyd edib. “Ötən il əldə olunmuş üçtərəfli razılaşmada qaçqınların hamısının münaqişəyə qədər yaşadıqları yerlərə qayıtması nəzərdə tutulur. Düşünürəm ki, bu cür qayıdış formasına gələcəkdə, ehtiraslar səngiyəndə baxılacaq”, – o bildirib.

Qarabağdan qaçan ermənilər niyə dönmək istəmədiklərini belə izah edirlər
Gözlə

No media source currently available

0:00 0:03:21 0:00

O qeyd edib ki, ermənilər Azərbaycanda münaqişəyə qədər indikindən daha yaxşı yaşayırdılar, “onlar üçün ölkəmizin digər millətləri kimi bərabər şərtlər yaradılacaq”.

Qayıtmaq istəyən ermənilərə təhlükəsizlik təminatının verilməsinə gəlincə, Rzayev qeyd edib ki, Azərbaycanda yaşayanların qarantı dövlət, onun konstitusiyası və qanunlarıdır: “Bütün bunların qarantı isə ölkəmizin prezidenti İlham Əliyevdir”.

Köçkünlərin 70 faizə yaxını qayıtmaq istəyir

Komitə sədri onu da qeyd edib ki, Bakının nəzarətinə qayıtmış ərazilərin minalardan təmizlənməsi 5-10 il çəkə bilər. Hazırda Ağdam, Cəbrayıl və Füzuli rayonları minalardan təmizlənir.

O, 1992-1993-cü illərdə bu ərazilərdən 750 mindən çox insanın didərgin düşdüyünü, hazırda onların 70 faizə yaxınının qayıtmaq istədiyini söyləyib. “Şuşaya isə əhalinin 101 faizi qayıdardı”, – Rzayev gülərək deyib.

Tuğ köçkünləri qayıdacaqmı? '30 il Bakıda yaşayandan sonra gərək ora adaptasiya olunaq'
Gözlə

No media source currently available

0:00 0:05:13 0:00

Bu qədər əhalinin işlə necə təmin olunacağına gəlincə, komitə sədri işğaldan azad olunmuş ərazilərdə 1989-1994-cü illərdə mövcud olmuş istehsal sahələrinin bərpa olunacağını, ekologiya və kənd təsərrüfatının önə çəkildiyi ağıllı kənd layihələrinin gerçəkləşdiriləcəyini vurğulayıb.

Mayın 28-də Azərbaycan prezidenti İlham Əliyevin Ağdama səfəri zamanı ona şəhərin baş planı təqdim olunub.

Azərbaycan ötən il 44 günlük müharibə ilə Hadrut, Şuşa daxil olmaqla Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti geri qaytara bilib. 10 noyabr atəşkəs razılaşmasına uyğun olaraq qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

XS
SM
MD
LG