Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 10:23

Azərbaycanda işləyənlərin və işləməyənlərin sayı...


Müharibə iştirakçısı 'qul bazarı'nda: 'Məcburam'
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

Müharibə iştirakçısı 'qul bazarı'nda: 'Məcburam'

Ötən il Azərbaycanda rəsmi işsizlik səviyyəsi 7 faizi ötüb. Bu göstərici uzun illərdir açıqlanan rəsmi rəqəmdən 2 faiz çoxdur.

Beynəlxalq Valyuta Fondunun son hesabatına görə isə, 2021-ci ildə Azərbaycanda işsizlik səviyyəsi 5.8 faiz təşkil edirdi. Əslində vəziyyət necədir? Sərt karantin vaxti işsiz olduğu bildirilən və birdəfəlik yardım verilən 600 minin çoxu iş tapıbmı?

Rəsmi işsizlik 2 faiz artıb

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin sonunda Azərbaycanda işsizlik səviyyəsi əvvəlki ilin göstəricisini 2.3 faiz keçərək 7.1 faiz təşkil edib. Komitədən bildirildiyinə görə, ümumilikdə 375.9 min nəfər işsiz sayılır. Bu da, qurumdan vurğulandığına görə, rəsmi işsizlik səviyyəsinin 4.8 faiz olduğu 2020-ci ilin əvvəlindən 124.3 min nəfər çoxdur. 2020-ci ildə 62.4 min yeni işçi qüvvəsinin əmək bazarına daxil olduğu bildirilir. Verilən məlumata görə, bu il yanvarın 1-nə 4 milyon 876.6 min nəfər işçi sayılır.

Hərçənd, Komitənin açıqlamasına görə, 2021-ci il aprelin 1-i ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 679.7 min nəfər olub. Bunun özü də, Komitəyə inansaq, rəsmi işçi sayılanların çoxunun da müqaviləsiz fəaliyyət göstərdiyindən xəbər verir.

İş axtaran neftçi: 'SOCAR-ın qapısından içəri buraxmırlar'
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

"Qeyri-formal məşğulluğun qarşısının alınması üçün..."

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Turan"a bildirilib ki, ötən dövrdə məşğulluqda özəl sektorun payının artması aparılan sosial-iqtisadi siyasətin əsas istiqaməti olub.

Nazirlikdən vurğulanıb ki, 2021‒2030-cu illərdə məşğulluqda özəl sektorun payının artması üçün zəruri stimulların yaradılması və qeyri-formal məşğulluğun qarşısının alınması üçün kompleks tədbirlər həyata keçirilməsi təmin olunacaq.

"100 min işsiz... münasib işlərlə təmin edilib"

Qurumdan qeyd olunub ki, Dövlət Məşğulluq Agentliyi 2020-ci ildə 100 min işsiz və işaxtaran şəxsi münasib işlərlə təmin edib: "Bu dövrdə 12 min nəfər özünüməşğulluq proqramına cəlb edilib. Onlar üçün iqtisadiyyatın müxtəlif sahələri üzrə kiçik təsərrüfatlar, biznes sahələri yaradılıb. Agentliyin həyata keçirdiyi digər aktiv məşğulluq tədbiri olan peşə hazırlığı kurslarına isə 1014 nəfər cəlb edilib".

Nazirlikdən vurğulanıb ki, onlara əmək bazarının tələblərinə uyğun olaraq müxtəlif sahələr üzrə peşələr tədris edilib: "Pandemiya səbəbilə tədris onlayn qaydada davam etdirilib. İşsiz şəxslərə peşə hazırlığı keçdiyi dövrdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilib".

Ev kirəsini nəylə verim?- Karantində işsiz qalan saksafonçu
Gözlə

No media source currently available

0:00 0:05:06 0:00

"1300 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilib"

Qurumdan bildirilib ki, bundan başqa, ötən il 37 min 660 şəxs peşəyönümlü tədbirlərə cəlb olunaraq onlara peşəyönümlü məsləhət xidmətləri göstərilib: "Son bir ildə 1300 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilib".

Nazirlikdən habelə qeyd olunub ki, İkinci Qarabağ müharibəsində həlak olmuş şəxslərin ailələrinə, yaralılara özünüməşğulluq proqramı çərçivəsində də sosial dəstək göstərilir: "Müharibədən sonrakı dövrdə həmin kateqoriyalardan olan 1700-dən çox şəxs növbədənkənar olmaqla, özünüməşğulluq proqramına cəlb olunub. Onlardan 900-ü şəhid ailələrinin üzvləridir. Eyni zamanda, şəhid ailəsi üzvləri və qazilərdən ibarət 300 şəxsin məşğulluq məsələləri operativ şəkildə həll olunub. Onlar ödənişli ictimai işlər və əmək haqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramları çərçivəsində işlə təmin ediliblər".

Dövlət Statistika Komitəsindən isə agentliyə bildirib ki, 2020-ci il ərzində Azərbaycanda 129 min yeni iş yerləri açılıb, yaradılmış iş yerlərinin 54.9 faizi qeyri-dövlət sektorunun payına düşüb: "Yeni açılmış iş yerlərinin 6.2 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 74.8 faizi mövcud müəssisə və təşkilatlarda, 0.3 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 18.7 faizi isə digər tədbirlər üzrə yaradılıb".

Əri işsiz qalan hamilə qadın: Bəzən günlərini quru çörək və südlə yola verirlər
Gözlə

No media source currently available

0:00 0:04:36 0:00

"20.1 min iş yeri bağlanıb"

Komitədən qeyd olunub ki, bununla yanaşı, 2020-ci il ərzində ölkədə 20.1 min iş yeri bağlanıb: "Bu dövrdə bağlanmış iş yerlərinin 28.1 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 20.4 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 79.6 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb".

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, beynəlxalq maliyyə qurumları məcburən ancaq hökumətin rəsmi statistik məlumatlarının analizi ilə proqnoz verə bilirlər: "2014-cü ildə qeyri-hökumət təşkilatlarının fəaliyyətinə ciddi məhdudiyyətlər qoyulandan sonra alternativ hesabatların aparılması faktiki olaraq mümkünsüz oldu".

Onun sözlərinə görə, koronavirus pandemiyası vaxtı dövlətdən işsiz kimi yardım alan 600 min nəfər beynəlxalq təşkilatlara müvəqqəti iş yerini itirmiş insanlar kimi göstərilir: "Azərbaycan hökuməti parlamentdə hesabat təqdim edəndə belə bir proqnoz qeyd etdi ki, indi məhdudiyyətlərin böyük hissəsi aradan qaldırılıb deyə, həmin iş yerləri bərpa olunur və bu alqoritmi nəzərə alaraq işsizlərin sayı azalacaq".

N.Cəfərli
N.Cəfərli

"1.6 milyon insanın işsiz olduğunu söyləmək mümkündür"

N.Cəfərli qeyd edib ki, Azərbaycanda 5.8 milyona yaxın əməkqabiliyyətli insan var: "Onlardan rəsmi müqavilə ilə çalışanların sayı 1.6 milyondur. Yerdə 4.2 milyon insan qalır. Azərbaycan hökuməti deyir ki, onlardan 1.5 milyon nəfər fermerdir. Yəni, hökumət adına kiçik torpaq sahəsi olanları artıq işsiz saymır".

O vurğulayıb ki, təqribən 600 min insan da fərdi sahibkarlıqla məşğuldur: "Belə olan halda, yerdə qalan 2.6 milyon əməkqabiliyyətli insanın işsiz olduğu görünür. Amma bizdə rəsmiləşdirilməyən iş yerləri var və orada, müxtəlif hesablamalara görə, 1 milyon insan çalışır. Bunları da nəzərə alsaq, Azərbaycanda 1.6 milyon insanın işsiz olduğunu söyləmək mümkündür".

XS
SM
MD
LG