Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 15:43

Ermənistanın müharibədə itkisi 3 min 700-dən çoxdur


Nikol Paşinyan (solda), arxiv fotosu
Nikol Paşinyan (solda), arxiv fotosu

Paşinyanın sözlərinə görə, hazırda Azərbaycanda 60 erməni əsirin olması təsdiqlənib. Amma 110 nəfərin əsirlikdə olması versiyası da mövcuddur.

Ermənistan 2-ci Qarabağ müharibəsində 3 min 705 hərbçisini itirib, 268 nəfər itkin düşüb. Bunu ölkənin müvəqqəti baş naziri, “Vətəndaş Müqaviləsi” partiyasından seçkiyə namizəd Nikol Paşinyan deyib.

Paşinyan açıqlamanı ötən gecə ölkənin ictimai televiziyasında debatlar zamanı verib.

Əsir və itkinlər

Onun sözlərinə görə, hazırda Azərbaycanda 60 erməni əsirin olması təsdiqlənib. Amma 110 nəfərin əsirlikdə olması versiyası da mövcuddur.

Azərbaycan tərəf isə bütün əsirlərin Ermənistana qaytarıldığını deyir. Müharibədən sonra saxlananları rəsmi Bakı terrorçu-diversant sayır. Hazırda onların ayrı-ayrı qruplarda məhkəmələri başlanmaq üzrədir.

“Bu müddət ərzində 89 nəfər qaytarılıb. Onlardan 6-sı müharibədən qabaq əsir götürülüb. Onu da qeyd edim ki, 1994-cü ildən Ermənistandan itkin düşənlərin sayı 395 nəfərdir”, – Paşinyan deyib.

Ölkənin üçüncü prezidenti Serj Sarkisyan seçki kampaniyası dövründə deyib ki, apreldə hökumətə 1064 nəfərin itkin düşməsi haqda məlumat verilib, amma parlamentdə 321 nəfərin itkin olduğu açıqlanıb.

İstintaq Komitəsi isə bəyan edib ki, ölkədə itkin düşmüş hərbçilərin və mülki şəxslərin sayı 275 nəfərdir.

Mina xəritələri. ABŞ Qarabağ prosesinə "qayıtdı"?
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

Mina xəritələri

Paşinyan debatda bir daha Azərbaycana mövcud mina xəritələrinin kiçik bir hissəsinin verildiyini deyib.

“Biz mina xəritələrini əsirlərə dəyişmədik, humanitar addıma humanitar addımla cavab verdik. Çünki bunlar bizi azərbaycanlılardan ayıran minalar deyil, onların arxa cəbhəsində olanlardır”, – müvəqqəti baş nazir deyib.

İyunun 12-də ABŞ və Gürcüstanın vasitəçiliyi ilə Azərbaycan Ermənistana 15 hərbçini qaytarıb. Ermənistan tərəf isə Ağdam rayonuna basdırılmış 97 min minanın xəritəsini verib.

Ötən payız 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğaldan azad edib. Laçın dəhlizinə və qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirilib.

Azərbaycan müharibədə 3 minə yaxın hərbçisinin həlak olduğunu açıqlayıb.

XS
SM
MD
LG