Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 14:59

Britaniya Qara dənizdə onun hərbi gəmisinə atəş açılmasını inkar edir


Britaniya kral hərbi dəniz qvvələrinin Defender minadaşıyanı (Arxiv fotosu)
Britaniya kral hərbi dəniz qvvələrinin Defender minadaşıyanı (Arxiv fotosu)

Birləşmiş Krallıq Qara dənizdə Rusiya gəmisinin Britaniya hərbi gəmisinə xəbərdarlıq atəşi açması barədə xəbərləri təkzib edib.

London bildirir ki, planlaşdırılmış hərbi dəniz təlimi zamanı heç bir insident baş verməyib.

Rusiya mediası iyunun 23-də ilhaq edilmiş Krım yarımadasının sahillərində Rusiya gəmilərinin Britaniya gəmisini mərmi və atəşlərlə geri çəkilməyə məcbur etdiyi barədə xəbərlər yayıb.

Britaniyanın Müdafiə Nazirliyi bildirib:

“Biz düşünürük ki, Rusiya gəmiləri atış təlimi keçirirdilər və biz dəniz icmasına bu barədə əvvəlcədən məlumat vermişdik. Kral hərbi dəniz donanmasının Defender gəmisi istiqamətində heç bir atəş açılmayıb və biz bombaların gəminin hərəkət çığırına atıldığı barədə iddiaları rədd edirik”.

Rusiyanın rəsmi TASS agentliyi isə yazır ki, insident iddia olunduğuna görə Defender gəmisi Qara dənizdə Rusiyanın öz su məkanı hesab etdiyi bölgəyə üç kilometr müdaxilə edəndə baş verib.

İnsident vaxtı itki və xəsarət olmayıb.

TASS dövlət xəbər agentliyinin məlumatında deyilir ki, Rusiya FTX-nin keşikçi gəmisi Krım sahilləri yaxınlığında Britaniya minadaşıyan gəmisi Defenderin istiqamətində xəbərdarlıq atəşi açıb.

Məlumata görə Rusiyanın Su-24 qırıcısı gəminin yaxınlığına bombalar atıb.

Rusiya sərhədçiləri gəmini Rusiyanın ərazi sularına daxil olmaqda ittiham edirlər.

Rusiya tərəfi bunu da bildirir ki, Britaniya gəmisi xəbərdarlıqlara məhəl qoymayıb.

İnsidentlə əlaqədar Britaniyanın Rusiyadakı hərbi attaşesi Xarici İşlər Nazirliyinə dəvət edilib.

NATO Qara dənizdə təlimlərə başlayacaq

Defender gəmisi istiqamətində hər hansı xəbərdarlıq atəşinin açılmasını inkar edən London bildirib ki, gəmi beynəlxalq hüquqa görə Ukraynanın ərazi suları sayılan sektorda dinc keçid edirdi.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, bundan bir neçə gün əvvəl Defender gəmisi Ukraynanın Odessa portuna daxil olub.

Gəmi ekipajı Ukrayna dənizçiləri ilə birgə təlimlərdə iştirak edib.

Bu da qeyd olunur ki, iyunun 28-də Qara dənizdə NATO üzvlərinin iştirakı ilə SeaBreeze təlimlərinə başlanacaq.

Bu manevrlərdə 40-dək təyyarənin və 30-dək gəminin iştirakı planlaşdırılır.

Rusiyanın ABŞ-dakı səfirliyi xatırladıb ki, bu təlimlər “qeyri-ixtiyari insidentlərin” baş verməsi riskini artırır.

Moskva ABŞ-ı və onun müttəfiqlərini Qara dənizdə hərbi hərəkətlərdən çəkinməyə çağırıb.

Bu təlimlərdən az əvvəl NATO-nun baş katibi Yens Stoltenberq demişdi ki, şimal alyansı Rusiya ilə stabil münasibətlərdə maraqlıdır və bu istiqamətdə dialoqu davam etdirəcək.

XS
SM
MD
LG