Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:54

Ermənistanda yeni parlamentin ilk iclası qalmaqalla başladı


Yerevan-Ermənistan parlamentinin iclası, 2 avqust,2021
Yerevan-Ermənistan parlamentinin iclası, 2 avqust,2021

Müxalifətdən olan deputatlar, avqustun 2-də yeni parlamentin ilk iclasında ötən ay həbs edilmiş 2 həmkarlarının təcili azad olunmalarını tələb ediblər. Tələb yerinə yetirilməyəndə, müxalifət iclas zalını tərk edib.

Ermənistanda Nikol Paşinyanın baş nazir vəzifəsinə təyin edilməsindən sonra daha bir neçə yeni təyinatlar olub.

AzadlıqRadiosu erməni xidmətinin avqustun 2-də verdiyi məlumata görə, Suren Papikyan baş nazir müavini, Arşak Karapetyan müdafiə naziri, Romanos Petrosyan ətraf mühitin mühavizəsi naziri, Narek Mkrtçyan isə əmək və sosial təminat naziri vəzifəsinə təyin edilib.

Baş nazir müavini təyin edilmiş Suren Papikyan bunadək ərazi idarəetmə və infrastruktur nazirinin səlahiyyətlərini icra edirdi.

Digər 3 nazirsə faktiki elə bu vəzifələrdə çalışırdlar.

Onların namizədliyini prezident Armen Sarksyana baş nazir Nikol Paşinyan təklif edib.

Parlamentin ilk iclası qalmaqalla başlayıb.

Mənbə yazır ki, müxalifətdən olan deputatlar, avqustun 2-də yeni parlamentin ilk iclasında ötən ay həbs edilmiş 2 həmkarlarının təcili azad olunmalarını tələb ediblər. Onlar bu həbslərin siyasi motivli olduğunu iddia edirlər.

Qeyd edək ki, Ermənistanda keçirilmiş son seçkilərdə Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası 54 faizə yaxın səs toplayıb ki, bu ona 107 yerlik parlamentdə 71 mandat və təkbaşına yeni hökumət qurmaq imkanı verir.

Keçmiş prezident Robert Koçaryanın “Hayastan” bloku 29, digər keçmiş prezident Serzh Sargsyanın “Mənim şərəfim var” partiyası isə 7 mandat qazanıb.

“Hayastan” blokunun 2 üzvü Mxitar Zakaryan və Artur Sarqsyan 3 həftə bundan əvvəl müxtəlif ittihamlarla həbs ediliblər.

Onlar bütün ittihamları rədd edirlər.

İkisi də bundan əvvəl Sünik vilayətindəki iri icmaların rəhbərləri olublar və həbslərindən bir neçə ay əvvəl baş nazir Nikol Paşinyana qarşı çıxmışdılar.

Həmçinin son parlament seçkisindən sonra, Sünik bölgəsindən olan iki mer də həbs edilib.

“Hayastan” blokundan olan deputatlar yeni parlamentin ilk iclasına, yaxasında həmin 4 nəfərin şəkli olan maykalarda gəlib və onların azad olunmalarını tələb ediblər.

Ermənistanın yeni parlamentinin iclası, 2 avcqust, 2021
Ermənistanın yeni parlamentinin iclası, 2 avcqust, 2021

“Mənim şərəfim var” bloku da bu tələbə qoşulub.

Hətta “Hayastan” və “Mənim şərəfim var” blokları Zakaryanla Sarqsyanın parlamentin sədrliyinə namizədliklərini irəli sürüb və onların da iclas zalında iştirakının təmin olunmasını tələb ediblər.

İclası aparan Knyaz Hasanov bunun, onun səlahiyyətində olmadığını bildirəndə müxalifət buna etiraz olaraq zalı tərk edib.

Qeyd edək ki, hakim ”Vətəndaş müqaviləsi” partiyası parlamentin sədrliyinə əvvəlki sədr müavini Alen Simonyanın namizədliyini verib.

XS
SM
MD
LG