Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:51

Zelensky: Krımın qaytarılması zaman məsələsidir


Kiyev-Ukrayna prezidenti Volodymyr Zelensky, 20 may, 2021
Kiyev-Ukrayna prezidenti Volodymyr Zelensky, 20 may, 2021

Zelenski bildirib ki, Rusiya hakimiyyəti tarixi yenidən yaza bilməyəcək, xüsusən də Krım tatarları heç vaxt ilhaqla razılaşmayacaq.

“Rusiyanın ilhaq etdiyi Krım yarımadası, Donetsk və Luhansk vilayətlərinin Kiyevin nəzarətinə qaytarılması vaxt məsələsidir”.

AzadlıqRadiosu Rusiya xidmətinin avqustun 3-də verdiyi məlumata görə, bunu Ukrayna prezidenti Vladimir Zelenski rus dilində yayımlanan “Dom” televiziya kanalına müsahibəsində deyib.

O, qeyd edib ki, Krım heç vaxt Rusiya ərazisi olmayacaq.

Zelenski bildirib ki, Rusiya hakimiyyəti tarixi yenidən yaza bilməyəcək, xüsusən də Krım tatarları heç vaxt ilhaqla razılaşmayacaq və Krım sakinləri gec -tez evlərinə dönəcəklər.

Rusiya Krım yarımadasını 2014-cü ilin martında-keçmiş rusiyapərəst prezident Viktor Yanukoviçin devrilməsindən sonra ilhaq edib.

Ukrayna –Simferopol, Hərbi nişanı olmayan Rusiya hərbçiləri, 28 fevral, 2014
Ukrayna –Simferopol, Hərbi nişanı olmayan Rusiya hərbçiləri, 28 fevral, 2014

Moskva həmin vaxt yarımadaya ordu yeritdikdən sonra hərbi rejim vəziyyətində Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı referendum keçirib.

Ukrayna prezidenti Vladimir Zelenski dəfələrlə bəyan edib ki, Krım məsələsini qapalı hesab etmək olmaz.

Bu ilin avqustunda Kiyevdə “Krım platforması”nın ilk iclası keçiriləcək.

Bu toplantıda Krımın ilhaqını tanımayan dünya ölkələrinin nümayəndələri iştirak edəcək.

Qərb ölkələri Krımda fəaliyyət göstərən şirkətlər və onun ilhaqında əli olan şəxslərə qarşı sanksiyalar tətbiq edib.

Rusiya hakimiyyəti isə bəyan edib ki, Krımın kimə məxsusluğu müzakirə mövzusu ola bilməz və bu yarımada Rusiyanın ayrılmaz tərkib hissəsidir.

Qeyd edək ki, ABŞ, Avropa Birliyi və digər dünya ölkələri həmçinin Ukraynanın şərqindəki separatçı münaqişəyə görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər.

Qərb Moskvanı, Ukraynanın Donetsk və Luhansk vilayətlərindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırır.

Moskva bütün ittihamları rədd edir.

XS
SM
MD
LG