Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 13:54

İlham Əliyev: 'Bizə yeni müharibə lazım deyil'


İlham Əliyev CNN Türkə müsahibə verir, Bakı, 14 avqust 2021
İlham Əliyev CNN Türkə müsahibə verir, Bakı, 14 avqust 2021

Azərbaycan prezidenti İlham Əliyev CNN Türkə müsahibə verib. O, Qarabağdakı vəziyyətdən, Rusiya Sülməramlılarının fəaliyyətindən, Ermənistanla sülh sazişinin imzalanması, sərhəddəki son durumdan və s. məsələlərdən danışıb.

“Biz artıq öz tarixi missiyamızı yerinə yetirdik. Bizə yeni müharibə lazım deyil. ”

AZƏRTAC-ın xəbərinə görə, bunu da Azərbaycan Prezidenti İlham Əliyev CNN Türk kanalına müsahibəsi-ndə deyib.

Dövlət başçısı, həmçinin bildirib:

“Biz Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazidə yaşayan erməniləri yolunu azmış Azərbaycan vətəndaşları sayırıq. Onların sayı o qədər də çox deyil. Dəqiq məlumata görə, 25 minin altındadır. Əlbəttə ki, onlar da Azərbaycan cəmiyyətinə inteqrə olunmalıdır”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və orada bir çox xalqlar bir ailə kimi yaşayır. “o cümlədən ermənilər də yaşayır. Bu gün Bakıda erməni də var. ”, o əlavə edib.

Dövlət başçısının sözlərinə görə, Xankəndidə və ətraf kəndlərdə yaşayan ermənilər də cəmiyyətə mütləq inteqrə edilməlidir, onlar üçün bu, daha böyük fürsətlər yaradacaq.

Prezident İlham Əliyev bildirib ki, ümumilikdə Cənubi Qafqazda Azərbaycan, Gürcüstan, Ermənistan arasındakı üçtərəfli əlaqələrin yaradılması üçün ilkin addımlar atılmalıdır və onlar buna hazırdılar.

“Rusiyadan gözləntimiz odur ki,...”

Prezident müsahibəsində Rusiyadan gözləntilərindən də danışıb :

“Rusiyadan gözləntimiz odur ki, üçtərəfli Bəyanatın bütün müddəaları yerinə yetirilsin. Çünki bu üçtərəfli Bəyanatı Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri imzalamışlar və onların böyük qismi artıq gerçəkləşib. Amma bəzi məsələlər var ki, hələ də açıqdır. ”

Prezident əlavə edib ki, “bizim gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın.”

Prezidentin deməsinə görə, bu məsələni Rusiya tərəfinə çatdırıblar.

Prezidentin vurğulamasına görə, Ermənistan rəhbərliyi də məğlubiyyətlə barışıb:

“Belə olan halda, əlbəttə ki, Ermənistanı silahlandırmaq heç bir məntiqə sığmır. Biz hələ ki, bunu görmürük, müşahidə etmirik. Amma Rusiya tərəfindən bəzi açıqlamalar oldu. Bir neçə gün bundan əvvəl Rusiya müdafiə naziri Ermənistan müdafiə naziri ilə görüş zamanı söyləmişdir ki, Ermənistana Rusiya silahlarının göndərilməsi prosesi başlamışdır. Bu, çox narahatedici bir məsələdir. ”

“Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə... ”

Şuşa, 26 noyabr 2020
Şuşa, 26 noyabr 2020

Prezident habelə əlavə edib ki, Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilə bilməz:

“Bu, 10 noyabr üçtərəfli Bəyanatına ziddir. Təəssüf ki, bu günə qədər davam edir. Biz bir neçə dəfə şifahi qaydada öz iradlarımızı bildirmişdik. Ancaq bunun nəticəsi olmadı, ona görə biz rəsmi qaydada bunu bildirdik. ”

Dövlət başçısı bildirib:

“Siz Şuşada olarkən Laçın dəhlizini görə bilərsiniz. Orada bir yer var, yuxarıdan bütün avtomobillər görünür. Oradan məsafə bəlkə də 10 metrdir. Bizim orada təbii ki, texniki vasitələrimiz, kameralarımız var. Biz Laçın dəhlizi ilə Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgələrdə baş verən hadisələri də izləyirik. Xankəndiyə gedən avtomobillərin sayını dəqiqliyi ilə bilirik. ”

Prezidentin deməsinə görə, bu yaxınlarda mətbuatda bu məsələ ilə bağlı açıqlama verilib, göstərilib ki, son bir ay ərazində - iyulun 11-dən avqustun 8-dək təqribən 5 minə yaxın insan Xankəndidən Ermənistan tərəfinə gedib və qayıdıb:

“ Yəni, oradan 20 min insan çıxdı və 15 min insan oraya girdi. Deməli, biz insanların sayına qədər bilirik. Təbii ki, buna son qoyulmalıdır. Çünki bunun heç bir məntiqi əsası yoxdur. Nədir, Ermənistan yeni müharibəyəmi hazırlaşır?! Əgər belədirsə, onda biz qabaqlayıcı tədbirlər görəcəyik… ”.

Atəşkəs pozuntusuna Bakı və Tbilisidən hərbi ekspertlərin şərhi
Gözlə

No media source currently available

0:00 0:03:25 0:00

Prezident daha sonra da deyib ki, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdırsa, onda bölgəyə uzunmüddətli sülh gələcək.

“...Verilən xəritələrin dəqiqliyi cəmi yüzdə iyirmi beş faizdir”

“Ermənilərin işğal altındakı torpaqlarımızda yüz minlərlə mina basdırıb. Müharibə başa çatandan sonra - 10 noyabr tarixindən bu günə qədər 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək ya həlak olub, ya da ki, öz sağlamlığını itirib. Ona görə minatəmizləmə işi getməlidir və gedir. ”

Prezident son mərhələdə Ermənistandan verilən minalı sahələrin xəritələri ilə məsələyə də doxunub:

“Son mərhələdə verilən xəritələrin dəqiqliyi cəmi yüzdə iyirmi beş faizdir. Yəni, burada da özlərini qeyri-səmimi aparırlar. Biz insanların həyatını risk altına ata bilmərik”

Prezident əlavə edib ki,ona görə azad edilmiş torpaqlarda indi həm minalardan təmizləmə işləri, eyni zamanda, infrastruktur işləri sürətlə gedir:

“Siz oraya gedəndə böyük infrastruktur layihələri - yollar, elektrik xətləri, su xətləri, hava limanları, dəmir yolları görəcəksiniz. Yəni, bunlar olmadan oraya həyat qayıda bilməz. Eyni zamanda, Ağdam şəhərinin baş planı da mayın 28-də, bizim Müstəqillik Günündə təsdiqləndi və orada artıq işlər başlayır”.

Bir müddət öncə Azərbaycan rəsmiləri bildirmişdilər ki, ölkədə mühakimə edilən Ermənistan hərbi qulluqçularından bir qisminin geri qaytarılması əvəzi Ağdam, Füzuli və Zəngilan rayonlarında basdırılan minaların xəritələrini alıblar.

Türkiyənin müdafiə sənayesi çox sürətlə inkişaf edir, biz də bundan faydalanırıq...

Türkiyə, İstanbulda, Müdafiə sərgisi, Türkiyə Prezidenti Tayyip Ərdoğan sərgidə, 5 may 2015
Türkiyə, İstanbulda, Müdafiə sərgisi, Türkiyə Prezidenti Tayyip Ərdoğan sərgidə, 5 may 2015

İkinci Qarabağ savaşından bəhs edən Prezident habelə deyib:

“...Əlbəttə ki, Türkiyədən alınmış müasir silahlar, bayraktarlar daxil olmaqla bizim işimizi böyük dərəcədə yüngülləşdirdi və insan itkisinin çox olmamasına da səbəb oldu. Çünki əgər bu silahlar bizdə olmasaydı, əlbəttə, bizim işimiz daha çətin olardı,...”

Prezidentin vurğulamasına görə, Azərbaycan Türkiyədən təkcə silahlı pilotsuz uçuş aparatları almayıb:

“... “Qasırğa”lar, hərbi maşınlar, “kobra”lar. Yəni, bir çox silahlar var və bu proses davam edir. Maşallah, Türkiyənin müdafiə sənayesi çox sürətlə inkişaf edir və əlbəttə ki, biz də bundan faydalanırıq və faydalanacağıq”.

Xatırlatma

2020-ci il sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib.Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu müharibə Qarabağ münaqişəsindən törəyib.Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG