Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 13:30

Armen Qriqoryan 'Zəngəzur dəhlizi' barədə danışıb


Armenia-Secretary of the Security Council of Armenia Armen Grigorian,30Aug,2021
Armenia-Secretary of the Security Council of Armenia Armen Grigorian,30Aug,2021

Suveren Ermənistan Respublikasının ərazisindində başqa suveren ölkənin dəhlizi ola bilməz.

Bunu AzadlıqRadiosunun Erməni xidmətinin Azatutyun TV proqramına Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Azatutyun bildirir ki, katib bu bəyanatı Azərbaycan prezidenti İlham Əliyevin “Zəngəzur dəhliz”i barədə bəyanatlarını şərh edərkən verib.

Qriqoryan izah edib ki, regionda nəqliyyat kommunikasiyalarının tam açılımı Ermənistana da Azərbaycan ərazisi vasitəsilə Rusiya ilə əlaqə imkanı yaratmalıdır.

Armen Qriqoryanın sözlərinə görə belə olduğu halda dəhlizlərdən danışmaq məntiqsizdir.

Ombudsman: Ermənistan ötən il itkin düşmüş 7 nəfər barədə məlumat vermir
Gözlə

No media source currently available

0:00 0:02:10 0:00

“Bizim də dəhlizimiz olacaq”

Sözü gedən dəhlizin zorla açılması barədə müxbirin sualına gəlincə isə Təhlükəsizlik Şurasının katibi bildirib ki, Ermənistan ordusu Ermənistan Respublikasının suverenliyini müdafiə etməyə hazırdır:

“Ümumiyyətlə dəhliz barədə söhbətlərin hər hansı bir sənədlə əlaqəsi yoxdur. 9 noyabr və 11 yanvar bəyənatlarında dəhlizdən söhbət getmir. Bu müzakirələr yersizdir”.

Armen Qriqoryan fikirini belə izah edib:

“Əgər Azərbaycan dəhliz məntiqi ilə danışırsa, əgər dəhliz barədə müzakirə olsa, onda aydındır ki, bizim də dəhlizimiz olacaq. Amma dəhliz müzakirələrinin olmadığı başqa hallarda Ermənistan Respublikasının suveren torpağında başqa suveren ölkənin dəhlizi ola bilməz...”

Ərdoğan: Yerevanla münasibətləri normallaşdırmağa hazırıq
Gözlə

No media source currently available

0:00 0:01:48 0:00

Söhbət müharibəyə hazırlıqdan getmir

Qriqoryan Azatutyunun Ermənistanda ehtiyatda olan hərbçilərin üçaylıq toplanışlarının niyə keçirilməsi barədə sualına cavab olaraq deyib ki, regionda müharibə təhlükəsi azalmasa da, toplanışlardan məqsəd ölkənin müdafiə qabiliyyətinin artırılmasına yöndəldilmiş ordu islahatlarıdır:

“Yəqin bilirsiniz ki, 44 günlük müharibə vaxtı ən çox müzakirə etdiymiz mövzu səfərbərlik resursu mövzusu idi. Biz üçaylıq toplanışları həm də bu vəziyyəti, orduda islahatların vəziyyətini nəzərə alaraq keçiririk”.

Azatutyun müxbirinin “siz müharibəyəmi hazırlaşırsınız, daha bir xaincəsinə hücum təlükəsi varmı” sualının cavablında Qriqoryan deyib:

“Ümumilikdə, bizim Azərbaycanla heç bir müqaviləmiz olmayıb ki, biz indi onun xaincəsinə pozulmasından danışaq. Aydındır ki, 9 noyabr bəyanatı regionda müəyyən stabillik üçün əsas yaradıb, amma bütün məsələləri həll edə bilməyib”.

Armen Qriqoryan bir daha vurğulayıb ki, regionda müharibə təhlükəsi tam çəkilməsə də, üçayqlıq toplanışlardan məqsəd orduya daha effektiv rəhbərliyin təşkil edilməsidir.

XS
SM
MD
LG