Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 18:40

Azərbaycan Cəmil Babayevin qaytarıldığını təsdiq edir


Ermənistana qayıdan əsirlər
Ermənistana qayıdan əsirlər

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası sentyabrın 8-də Ağdərə şəhərində saxlanan əsgər Cəmil Babayevin qaytarılması barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, bu il iyulun 14-də Azərbaycan hərbçilərinin Laçın rayonunda saxladıqları Ermənistan vətəndaşları – hərbi qulluqçu Artur Nalbandyan və hərbi hissədə sürücü işləyən mülki şəxs Aramais Torozyan sentyabrın 7-də azad edilərək Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Ermənistana təhvil verilib: "Eyni zamanda, 25 avqust 2021-ci ildə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Ağdərə şəhəri ərazisində saxlanan Azərbaycan ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu qaytarılıb".

C.Babayevin sonrakı taleyi haqqında, hələlik, bilgi verilmir.

Bu dəyişmə ilə bağlı bir gün əvvəl - sentyabrın 7-də Ermənistan tərəfi məlumat vermişdi.

Bundan əvvəl isə Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, əsgər C.Babayev Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib və haqqında cinayət işi başlanılıb.

Ermənistan mediasının məlumatına görə, C.Babayev avqustun 25-də Ağdərə şəhərindəki mənzillərdən birində aşkarlanıb.

Ağdərədə azərbaycanlı hərbçinin saxlandığı evin sakinləri danışdı
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00

Ermənistana iki əsirin qayıtdığı xəbər verilir

Azərbaycandan Ermənistana iki əsir qaytarılır. Bu barədə məlumatı qaytarılan əsirlərdən birinin - Aramais Torozyanın ailəsindən "Azatutyun"a təsdiqləyiblər.

"Azatutyun" yazır ki, sürücü Aramais Torozyan və hərbi qulluqçu Artur Nalbandyan iyul ayında Sünikdə, Qaragöl ətrafında yoxa çıxmışdılar. Rəsmi orqanlar indiyədək onların yeri və vəziyyəti barədə heç bir məlumat vermirdi.

Müharibədən sonra Ermənistana 104 əsir qayıdıb.

Son iki qrup əsirin qaytarılması üçün Ermənistan Azərbaycana bəzi minalanmış ərazilərin xəritələrini vermişdi.

Azərbaycanlı hüquq müdafiəçiləri erməni əsirləri azad etməyə çağırıblar
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında onilliklərdir gərginlik var. Bu münaqişə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

XS
SM
MD
LG