Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:28

Ərdoğan Krımın ilhaqını tanınmadıqlarını deyir


Recep Tayyip Ərdoğan BMT-də çıxış edərkən
Recep Tayyip Ərdoğan BMT-də çıxış edərkən

Prezidentin mətbuat katibi Dmitri Peskov deyib ki, Rusiya Türkiyənin Krımın tanınması ilə bağlı mövqeyini dəyişəcəyinə ümid edir

Ankara Ukraynanın ərazi bütövlüyünü müdafiə edir və Rusiyanın Krımı ilhaq etməsini tanımır. Bunu Türkiyə Prezidenti Recep Tayyip Ərdoğan sentyabrın 21-də BMT Baş Məclisinin 76-cı sessiyasında çıxışında deyib.

Bundan öncə Türkiyə Xarici İşlər Nazirliyi ilhaq edilmiş Krımda Dövlət Dumasına seçkiləri tanımadığını bəyan edib. Nazirlik qeyd edib ki, seçkinin nəticələrinin Ankara üçün hüquqi qüvvəsi yoxdur, çünki Ukrayna yarımadasının Rusiya tərəfindən ilhaqını qanunsuz hesab edir.

Türkiyənin seçkinin nəticələrini tanımaması Kreml üçün qəbuledilməzdir. Rusiya XİN isə bundan müvafiq nəticələr çıxarmağı vəd edib. Prezidentin mətbuat katibi Dmitri Peskov deyib ki, Rusiya Türkiyənin Krımın tanınması ilə bağlı mövqeyini dəyişəcəyinə ümid edir.

“Krım platforması”

Ərdoğan indiyədək dəfələrlə Türkiyənin Rusiyanın Krımı ilhaq etməsini tanımadığını və heç vaxt tanımayacağını bəyan edib.

Apreldə ukraynalı həmkarı Volodimir Zelenski ilə İstanbulda görüşündən sonra Ərdoğan deyib ki, Ankara Kiyevin “Krım platforması” formalaşdırmaq təşəbbüsünü dəstəkləyir. Bu proqram ilhaq olunmuş Krımın reinteqrasiyasını nəzərdə tutur. Ərdoğanın sözlərinə görə, Ankara və Kiyev Ukrayna ərazi bütövlüyünün bərpası yönündə işi davam etdirəcəklər.

Ərdoğanla Zelenskinin danışıqlarından iki gün sonra Rusiya Türkiyə ilə aviaəlaqəni dayandırdı. Rusiya hakimiyyəti bunu Türkiyədə koronavirusa yoluxmaların artmasıyla izah etdi.

Rusiya Krımı 2014-cü ildə ilhaq edərək Ukraynanın şərqindəki separatçıları dəstəkləməyə başlayıb. O vaxtdan davam edən münaqişədə 13 mindən çox ölən olub.

XS
SM
MD
LG