Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:31

AstraZeneca-nın effekti ABŞ-da da təsdiqləndi


Arxiv fotosu
Arxiv fotosu

Üç ölkədə bir aylıq arayla vaksinin iki dozasını vurdurmuş və plasebo qəbul etmiş 26 min könüllü ilə bağlı data araşdırılıb

AstraZeneca-nın COVID-19-a qarşı vaksininin Birləşmiş Ştatlar, Çili və Peruda sınaqları simptomatik xəstəliyin önlənməsində 74 faiz effekt göstərib. Yaşı 65 və yuxarı olanlara vaksinin təsiri isə 83.5 faizə yüksəlib.

Səkkiz ağırlaşma, iki ölüm

Üç ölkədə vaksinin iki dozasını bir aylıq arayla vurdurmuş və plasebo qəbul etmiş 26 min könüllü ilə bağlı data araşdırılıb. Nəticələr sentyabrın 29-da Yeni İngiltərə Tibb Jurnalında dərc olunub.

Vaksin vurulmuş 17 min 600-dən çox iştirakçıda COVID-19-un ağır, yaxud kritik simptomları aşkarlanmayıb. Plasebo qəbul etmiş 8 min 500 könüllü arasında isə səkkiz belə hal və iki ölüm qeydə alınıb.

“Vaxzevria” adlı bu vaksindən 170-dən çox ölkədə istifadə olunur. Amma ABŞ bu sırada deyil. AstraZeneca bu ilin sonuna ABŞ Qida və Dərman Administrasiyasına tam təsdiq üçün müraciət etməyi planlaşdırır.

“Aladdin” işini təxirə salıb

Bu arada Nyu York şəhərində “Aladdin” prodakşn COVID-19-la əlaqədar təxirə salınıb. Cəmi bir gün öncə prodakşn pandemiya fasiləsindən sonra Brodveyin böyük müzikllərinə qoşularaq işini bərpa etmişdi.

Prodüserlər şouya az qalmış elan ediblər ki, şirkətin peyvənd olunmuş üzvləri arasında yoluxma qeydə alınıb, amma dəqiq say açıqlanmayıb.

“Qonaqlarımızın, aktyorların və heyətin sağlamlığı və təhlükəsizliyi bizim üçün prioritet olduğundan bu gecəki perfomans təxirə salınır”, – prodüserlər Twitter-də yazıblar.

Sentyabrın ortasından Brodveyin aparıcı şouları işini bərpa edib. “Aladdin” isə onlara sentyabrın 28-dən qoşulub.

Səhiyyə qaydaları Brodvey şouları aktyor və işçi heyətindən vaksinasiya sənədi tələb edir. Onlar həmçinin üç gündən bir test verməlidirlər. Tamaşa boyu izləyicilərin və səhnədə çalışanların maska taxması tələb olunur.

XS
SM
MD
LG