Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 17:26

Putin Ukraynanın Qərblə birgə hərbi inkişafını Moskva üçün təhlükə sayır


Vladimir Putin Valday Müzakirə Klubunda
Vladimir Putin Valday Müzakirə Klubunda

Putin bunu da bildirib ki, ABŞ müdafiə naziri Lloyd Ostinin bu həftə Kiyevə səfəri Ukraynanın NATO üzvlüyünə yol açıb

Rusiya prezidenti Vladimir Putin oktyabrın 21-də deyib ki, Ukraynanın Qərbin dəstəyi ilə hərbi inkişafı Moskvaya real təhlükə təşkil edir.

Putin Qara dəniz sahilindəki Soçi şəhərində, Valday Müzakirə Klubunda keçirdiyi görüş zamanı deyib:

"Ukraynanın NATO-da rəsmi üzvlüyü olmaya da bilər, lakin ərazinin hərbi inkişafı artıq göz qarşısındadır. Bu, Rusiyaya həqiqətən də təhlükə təşkil edir. Biz bundan agahıq...”

Putin bunu da bildirib ki, ABŞ müdafiə naziri Lloyd Ostinin bu həftə Kiyevə səfəri Ukraynanın NATO üzvlüyünə yol açıb.

Ostin oktyabrın 19-da Kiyevə səfəri zamanı Vaşinqtonun Ukraynanın ərazi bütövlüyünə “qətiyyətli” dəstəyini ifadə etmiş və demişdi ki, Rusiyanın Ukraynanın NATO üzvlüyünə veto qoymaq hüququ yoxdur.

Ostin Qara dəniz sahilində üç müttəfiq ölkəyə səfəri zamanı bunu da demişdi ki, Rusiya Ukraynanın şərindəki münaqişənin dinc yolla həllinə əngəl yaradır.

Ukraynanın şərqində rusiyayönlü separatçı hərəkat Moskva 2014-cü ildə Krımı ilhaq edəndən bəri başlanıb və indiyədək 13 min 200 nəfərin həyatına son qoyub.

Soyuq Müharibədən bəri ən pis münasibətlər

Ostin Ukraynadan başqa, habelə Rumıniya və Gürcüstana da səfər edib.

Bu arada oktyabrın 21-də Brüsseldə keçirilən yığıncaqda NATO müdafiə nazirləri ən müxtəlif cəbhələrdə Rusiyadan gələn potensial hücumları dəf etmək əzmində olduqlarını bildiriblər.

NATO-nun baş katibi Yens Stoltenberq iclasdan əvvəl deyib ki, Rusiya ilə alyans arasında münasibətlər Soyuq Müharibədən bəri ən aşağı həddinə enib.

Bu ayın əvvəllərində NATO Rusiyanın bu alyansda akkreditə olunmuş 8 diplomatını qovub.

NATO onların kəşfiyyat zabitləri olduqlarını iddia edib.

Buna cavab olaraq Rusiya NATO alyansındakı missiyasını ümumiyyətlə ləğv edib.

XS
SM
MD
LG