Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 23:35

COVID Britaniyada tüğyan edir, Avropada da sürətlənir


London
London

Bütün məhdudiyyətləri ləğv edən Britaniya indi günə 50 min yoluxma, 200 ölüm halı ilə üzləşir

Son bir neçə həftə ərzində Qərbi Avropa ölkələrində koronavirusa yoluxma hallarının artımı müşahidə olunur.

Lakin The Guardian yazır ki, hətta Avropanın özünü də mat qoyan Britaniyadakı vəziyyətdir.

İspaniyanın ABC kanalı sual edir: “Britaniyada COVİD-ə niyə gündə 40 min yoluxma var?”

Fransanın L’Express qəzeti Britaniyanı tənqid edir: “Fəlakətli uzaqgörməzlik”.

İtaliyanın Corriere della Sera qəzetinin başlığı isə belədir: “Vahimə Londona qayıdır”.

Bundan əvvəl Britaniyanın səhiyyə naziri Sacid Cavid ehtimal etdiyini bildirmişdi ki, bu qış yoluxmaların sayı günə 100 mini keçə bilər:

“Britaniyalılar nə qədər ölüm görmək istəyirlər ki, öz azadlıqlarına məhdudiyyət qoysunlar?”.

Britaniyada koronavirusa yoluxma halları sentyabrın ortalarından bəri sürətlə artsa da, əhalilərini müəyyən qədər peyvənd etmiş Avropa ölkələrində də yoluxma halları sürət götürməyə başlayıb.

OurWorldinData saytının yazdığına görə, Britaniyada oktyabrın 20-də hər bir milyon əhaliyə 665,5 yeni yoluxma qeydə alınıb.

İspaniyada bu rəqəm 40, İtaliyada 44.5, Fransada 80.2, Almaniyada 146.7, Niderlandda 223.3, Belçikada 328.8-dir.

Şəkər xəstələri Endokrinoloji xəstəxanadan dərmanları tam ala bilmir - GƏNCƏDƏN REPORTAJ
Gözlə

No media source currently available

0:00 0:07:29 0:00

“Biz dördüncü dalğanın içindəyik”

Belçika oktyabrın 21-də adamlara yenidən maska taxmağı və evdən işləməyi tövsiyə edib.

Orada gündəlik yoluxmalar 40 faiz artıb.

Belçikanın səhiyyə naziri Frank Vandenbruke deyib:

“Biz aşkar şəkildə dördüncü dalğanın içindəyik. Bizi qarşıda daha çox yoluxma və təəssüf ki, xəstəxanaya düşənlərin sayının artması gözləyir”.

Niderlandda son iki həftədə yoluxmalar iki dəfə artıb. Sentyabrın ortalarından bəri yoluxanların sayını hər bir milyona 100 civarında saxlamağı bacarmış Almaniyada yeni yoluxmalar 40 faiz artıb.

Fransada parlament vaksin pasportlarından gələn yayadək istifadə icazəsi verilməsi barədə qərar qəbul edib.

İspaniyada gündəlik yoluxmalar 17, İtaliyada 6 faiz artıb.

Lakin Qərbi Avropada bir çoxları koronavirusun belə sürətlə yayılmasına görə Britaniyanı ittiham edirlər. Onlar deyirlər ki, Avropanın başqa yerlərində məhdudiyyətlərin qaldığı bir vaxtda, ötən yay London fiziki məsafə saxlanması və maska taxılması kimi məhdudiyyətləri tamamilə ləğv edib.

Bundan başqa Britaniya COVID pasportları tətbiq etməkdən boyun qaçırıb.

Tənqidçilərin fikrincə, Avropada COVID-in dördüncü dalğasına görə məsuliyyəti London daşıyır.

Bütün məhdudiyyətləri ləğv edən Britaniya indi günə 50 min yoluxma, 200 ölüm halı ilə üzləşir.

Londonda yoluxmanın tempi niyə aşağıdır?

Lakin bəzi ekspertlər düşünürlər ki, səbəb Britaniyanın vaksinasiyaya Avropadan daha tez başlamasında ola bilər. Onların fikrincə, indi peyvənd olunmuş adamların əksəriyyətində vaksinlərin təsiri öləziyir.

Bu səbəbdən ekspertlər düşünürlər ki, Avropa bir sıra məhdudiyyətləri saxlamaqla bəlkə də kütləvi yoluxmadan yan keçə bilər.

Fransa hökuməti bidlirib ki, vaksinlərin təsiri azalır və əhalinin üçüncü, gücləndirici və ya buster doza ilə vaksinlənməsinə ehtiyac var.

Almaniyanın Stern məcmuəsi yazır ki, əgər həll yolu üçüncü dozadırsa, Britaniyanın edə biləcəyi çox az şey var.

Qeyd olunur ki, peyvəndləmə kampaniyasına sürətlə başlayan Britaniyada sonradan bu proses əməlli-başlı səngiyib.

El Mundo yazır ki, indi vaksinləmənin templərinə görə Britaniya İspaniyadan, Fransadan və İtaliyadan geri qalır.

Bu arada yayılan xəbərlərə görə Britaniyada yoluxmanın ən aşağı tempi Londonda qeydə alınıb.

Ekspertlər bunu Londonda kollektiv immunitetin işə düşməsi ilə izah edirlər.

XS
SM
MD
LG