Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 16:46

Azərbaycanda qəribə indeksasiya


Mütəxəssislər hökumətə inflyasiya cilovlama resepti təqdim edir
Gözlə

No media source currently available

0:00 0:03:45 0:00

Mütəxəssislər hökumətə inflyasiya cilovlama resepti təqdim edir

Gəlirlər necə indeksləşdirilməli?

Dünyanın bir çox ölkəsi vətəndaşlarını inflyasiya təsirlərindən qorumaq üçün hər ilin əvvəlində indeksləşdirmə aparır. Təbii ki, inflyasiya deyərkən, ölkədə mal və xidmət qiymətlərindəki artım göstəricisi nəzərdə tutulur. İndeksasiya isə istehlak qiymətlərinin artmasıyla bağlı əhalinin pul gəlirlərini artırmağı hədəfləyən iqtisadi mexanizmdir. Bu mexanizm vətəndaşların alıcılıq qabiliyyətini qorumaq məqsədi daşıyır. Tutalım, ölkədə inflyasiya göstəricisi 10 faizdirsə və gəliriniz ilboyu artmayıbsa, deməli, sizin real gəlirləriniz də azalıb. Gəliriniz ilin əvvəliylə müqayisədə eyni olsa da, əslində, 10 faiz daha az satınalma gücünə sahibsiniz. Belə olan halda gəliriniz də 10 faiz artsaydı, bu yolla gəlirləriniz inflyasiyaya qarşı indeksasiyalanmış sayılardı.

Bir sıra dövlət ödənişləriylə bağlı Azərbaycanda da indeksasiya aparılır. Di gəl, hökumətin gerçəkləşdirdiyi indeksləşdirmə siyasəti bəzi məxsusi özəllikləriylə seçilir.

Pensiyalar inflyasiya təməlində deyil, orta əməkhaqqına görə indeksləşdirilir

Azərbaycanda hər il yanvarın 1-də indeksləşdirilən ödənişlərdən biri əmək pensiyalarıdır. Ölkədə pensiyalar hər yeni ilə başlarkən, ötən il üzrə nominal orta aylıq əməkhaqqındakı artım faizi əsasında indeksasiya edilir. Dövlət Statistika Komitəsinin (DSK-nın) açıqladığı rəsmi rəqəmlərə görə, 2021-ci ilin sonunda Azərbaycanda orta aylıq əməkhaqqı 724 manat olub. Daha bir il öncə - 2020-ci ildə bu göstərici 703 manat 50 qəpik idi. Deməli, il ərzində orta aylıq əməkhaqqındakı artım cəmi 2.9 faizdir və bu il əmək pensiyalarındakı artım bu həddə olacaq.

Pensiyalar nə qədər qaldırılacaq?
Gözlə

No media source currently available

0:00 0:03:13 0:00

Unudulmasın ki, ötən il ölkədə orta illik inflyasiya 6.7 faiz olub. Deməli, pensiyaların indeksasiya göstəricisi ölkədəki illik inflyasiyadan iki dəfədən çox geri qalır və pensiyalardakı 2.9 faizlik artım heç inflyasiyanın təsirlərini belə aradan qaldıra bilməyəcək. Üstəlik, bu da diqqətdən yayınmamalıdır ki, ölkədə toplam inflyasiya 6.7 faiz olsa da, rəsmi rəqəmlərə görə, əhalinin xərclərinin tam yarısını təşkil edən qida məhsullarındakı inflyasiya bir il əvvəllə müqayisədə daha yüksəkdir, 16 faiz həddindədir.

Doğrudur, bəzi illərdə ölkədə orta aylıq əməkhaqqı miqdarındakı artım göstəricisi rəsmi inflyasiya göstəricilərini üstələyib. Ancaq nəzərə almaq lazımdır ki, bəzi illərdə də əmək haqlarındakı artım göstəricisi hətta inflyasiya göstəricisindən geri qalıb. Bu, təbii ki, artan xərc indeksasiyasının effektivliyini azaldıb. Deməli, orta əmək haqlarındakı artım göstəricisinin inflyasiyadan aşağı olduğu illərdə pensiyaların, ən azı, inflyasiya qədər artırılmasına ehtiyac var.

Minimum pensiya artımlarından kim yararlanacaq?

Bu il yanvarın 1-dən ölkədə minimum əmək pensiyası məbləğindəki artım da qüvvəyə minib. Həmin tarixədək ölkədə ən aşağı əmək pensiyası 200 manat idi və bu ildən həmin məbləğ 240 manata yüksəldilib. Düzdür, bu artım heç də bütün pensiyaçıları əhatə etmir və yalnız indiyədək 240 manatdan az pensiya alanlarla bağlıdır. Həmin tarixədək 200 manat alan - 40 manat, 230 manat alan - cəmi 10 manat daha çox pensiya alacaq. Rəsmi açıqlamada qeyd edilir ki, əmək pensiyalarının minimum məbləğindəki artım toplam 44 min pensiyaçını əhatə edəcək. Ötən ilin sonuna ölkədə əmək pensiyası alanların toplam sayı 716 min nəfərdir. Deməli, pensiyaçıların 90 faizdən çoxunun pensiyalarındakı artım rəsmi inflyasiya göstəricisindən də az olacaq.

Bahalaşmadan sonra kasıbın soyuducusu: 'Neçə vaxt idi qənd almırdım'
Gözlə

No media source currently available

0:00 0:05:07 0:00

Unudulan qanun işləsəydi...

Vaxtilə əhalinin gəlirlərinin indeksasiyası haqqında ayrıca hüquqi sənəd – "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında" Qanun qəbul edilmişdi. 1992-ci ilin iyununda ozamankı prezident Əbülfəz Elçibəyin imzaladığı həmin qanunun işləkliyi nədənsə sonralar təmin edilmədi. Sözügedən qanunda qeyd olunur ki, "il ərzində istehlak bazarında qiymətlərin artımı 5 faizi keçdiyi halda aylıq pul gəlirləri minimum əməkhaqqının 4 mislindən (indiki halda 1000 manatdan) aşağı olanlar üçün dövlət büdcəsindən və ya özəl müəssisələrdən ödənən əməkhaqqı, birdəfəlik müavinətlər istisna olmaqla, dövlət pensiyaları, təqaüdlər, sosial müavinətlər, bank əmanətləri, dövlət qiymətli kağızları, dövlət sığorta orqanlarına verilən haqlar və aliment qiymətlərdəki artıma və aylıq gəlirin minimum əməkhaqqının neçə mislinə bərabər olmasına əsasən indeksləşdirilməlidir".

Ötən il ölkədə rəsmi inflyasiya 5 faizdən yüksək (6.7 faiz) olduğundan bu qanuna əsaslanılsa, maaşı min manatadək olan hər kəsin əmək haqları, eləcə də pensiyalar, təqaüdlər və digər sosial ödənişlər, hətta vətəndaşların banklardakı əmanətləri inflyasiyaya uyğun artırılmalıydı. Qanunda pul gəlirləri minimum əməkhaqqı səviyyəsində olanlar üçün artımın miqdarı inflyasiya göstəricisinin 100 faizi həcmində (indiki halda 6.7 faiz) nəzərdə tutulub. Pul gəlirləri minimum əməkhaqqının bir mislindən iki mislinədək, yəni, ötən ilin göstəricilərinə görə, 250-500 manat gəlir əldə edənlər üçün indeksasiya inflyasiyanın 80 faizi həcmində, yəni, 5.36 faiz olmalıydı. Pul gəlirləri minimum əməkhaqqının iki mislindən üç mislinədək, yəni, ötən ilin göstəricilərinə görə, 500-750 manat gəlir əldə edənlər üçün indeksasiya inflyasiyanın 60 faizi həcmində, yəni 4.02 faiz hesablanmalıydı. Qanunun tələblərinə əsasən, pul gəlirləri minimum əməkhaqqının üç mislindən dörd mislinədək, yəni, ötən ilin göstəricilərinə görə, 750-1000 manat olanlar üçünsə indeksasiya inflyasiyanın 40 faizi həcmində, yəni, 2.68 faiz olardı.

XS
SM
MD
LG