Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:22

‘Putinin dostunun fonduna’ hər oliqarxdan ildə 1 milyon dollar - Araşdırma


Vladimir Putin və violençelçalan Sergey Roldugin
Vladimir Putin və violençelçalan Sergey Roldugin

Araşdırmada iddia olunur ki, ianələrin 3/4 - ü uşaqların təhsilinə yox, Soçi Olimpiadasından qalma obyektlərin tikinti və saxlanmasına xərclənir

Hər bir Rusiya oliqarxı Sirius məktəbini idarə edən maliyyə fonduna ildə azı 1 milyon dollar ödəyir.

AzadlıqRadiosunun Rus xidməti Agentstvo saytının araşdırmasına istinadən yazır ki, sözü gedən fondun təsisçilərindən biri də Rusiya prezidenti Vladimir Putinin yaxın dostudur.

Bu da iddia olunur ki, vəsaitin daha böyük hissəsi dövlət büdcəsindən daxil olur.

Violençelçalan Sergey Roldugin sözü gedən “Talant i uspex” (istedad və uğur) fondunun təsisçiləri sırasındadır.

Agentstvo iddia edir ki, məktəbin direktoru Yelena Şmelyova da “prezidentin favoriti” kimi tanınır.

O 2018-ci il seçkisində Putinin seçki qərargahının rəhbərlərindən biri olub, Dövlət Dumasına 2021-ci il seçkisində isə nazirlər Sergey LavrovSergey Şoyqu ilə birlikdə hakim Vahid Rusiya partiyasının siyahısına daxil edilib.

Agentsvo saytının təxminlərinə görə oliqarxların fonda ianə vermələrinə 2016-cı ildən başlanıb.

Yalnız 25 faizi təhsilə

Araşdırmada belə bir məqama da diqqət yetirilir ki, oliqarxların ödədikləri ianələrin məbləğcə böyüklüyü onların Kremlin dəstəyinə ehtiyac duyduqları vatxtlara təsadüf edib.

Məsələn milyarder Süleyman Kərimovun ianələrinin böyük bir qismi fonda biznesmen Fransada həbs olunanda və Kreml onu azad etdirməyə çalışanda daxil olub.

Nəticədə milyarderlər məktəbin fonduna üst-üstə 17.5 milyard rubl (232,5 milyon dollar) ödəyiblər.

Bundan başqa bu fonda vəsaitlər həm də əsas səhmdarı dövlət olan müxtəlif şirkətlərdən gəlir.

Dövlətin fonda toplam köçürmələri indiyədək 27.2 milyard rubl ( 361 milyon dollar) təşkil edib.

Agentstvo iddia edir ki, ianələrin 3/4 - ü uşaqların təhsilinə yox, Soçi Olimpiadasından qalma obyektlərin tikinti və saxlanmasına xərclənir.

Vəsaitin yalnız 25 faizi uşaqların təhsilinə yönəldilir.

Bu da qeyd olunur sözü gedən təhsil proqramı ilə “metodoloqlar” məşğul olurlar, kollektivdə isə “putinizm ruhu” hökm sürür.

Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması üzə Jurnalistika Layihəsi (OCCRP) 2017-ci ildə yazırdı ki, Putinə məxsus 2 milyard dollarlıq aktivlərin “nominal” saxlayıcısı olan violonçel ifaçısı Sergey Rolduginin adı hələ 2016-cı ilin aprelində, Panamada yerləşən “Mossack Fonseca&Co” şirkətinin sənədlərinin sızmasından sonra bəlli olub.

Rolduginin özü həmişə kommersiya fəaliyyəti ilə məşğul olduğunu danıb.

Qərb Putinin yaxın çevrəsinə sanksiyalar barədə söhbətlər apararkən Sergey Rolduginin də nəzərdə tutulduğu deyilir.

XS
SM
MD
LG