Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:15

Kiyevdə teleqülləyə zərbə endirilib


Peyk təsvirləri Ukrayna paytaxtının bir neçə kilometrliyinə 65 kilometrlik zirehli maşın və artilleriya karvanının cəmləndiyini göstərir

Ukrayna paytaxtı Kiyevdə teleqülləyə zərbə endirilib.

Mərminin qüllənin transmitterlərinin idarəetmə hissəsinə toxunduğu və telekanalların bir müddət işləməyəcəyi xəbər verilib.

Ukrayna Daxili İşlər Nazirliyi bildirir ki, az sonra kanallardan bəzilərinin ehtiyat yayımı bərpa olunacaq.

Şəhər meriyası mərmi zərbəsi nəticəsində 5 nəfərin həlak olduğunu bildirib.

Ukrayna Rabitə Nazirliyi vətəndaşlardan televizorların axtarış rejimini işə salmalarını rica edib.

Bu, adi qaydada işləyən regional kanallara çıxış imkanı verir.

Kiyev teleqülləsinin hündürlüyü 385 metrdir və o yayım siqnalını 90-110 kilometr radiosunda ötürür.

Teleqüllədə televiziya kanallarının transmitterlərindən başqa, habelə polisin və başqa qurumların rabiyə releləri yerləşir.

Mobil telefon rabitəsi bu qüllə ilə bağlı deyil.

Rusiyanın Müdafiə Nazirliyi bundan əvvəl bildirmişdi ki, Kiyevdə guya Rusiyaya informasiya hücumunun edildiyi bir sıra hərbi obyektlərə zərbələr endiriləcək.

Bu da qeyd olunurdu ki, “yüksək dəqiqliyi” olan silahlarla Ukrayna Milli Təhlükəsizlik Xidmətinin “informasiya hücumu” qurğuları hədəflənəcək.

Xarkovun mərkəzinə raket atılıb

Ukraynanın ikinci böyük şəhəri olan Xarkovun mərkəzindəki Azadlıq Meydanına zərbə endirildiyi xəbər verilir. BBC-nin məlumatına görə, Rusiya sərhədi yaxınlığında yerləşən şəhərdə regional hökumətin binası raketlə vurulub.

Prezident Zelenski Xarkova hücumları “dövlət terroru” adlandırıb.

***

Lavrov çıxış edəndə iclasdan çıxdılar

Birləşmiş Ştatlar, Avropa İttifaqı və Böyük Britaniyadan diplomatlar BMT-nin İnsan Haqları Şurasının iclasını tərk ediblər. Bu, Rusiyanın Xarici işlər naziri Sergey Lavrov videoəlaqə vasitəsilə çıxışa başlayan zaman baş verib. Diplomatlar Moskvanın Ukraynaya təcavüzünə etiraz ediblər.

Lavrovun ötən həftə Tərksilah Konfransında çıxışa da oxşar şəkildə boykot edilmişdi.

Rusiya fevralın 24-də Ukraynaya təcavüzə başlayıb.

Hazırda Moskva bu addımına görə beynəlxalq təcrid vəziyyətinə salınmaqdadır.

***

Martın 1-də Rusiya qüvvələrinin Mariupol liman şəhərini də mühasirəyə almağa çalışması xəbərləri gəlir. Məlumatlara görə, Rusiya qüvvələrinin hücumlarından sonra Mariupol elektriksiz qalıb.

Donetsk regionunun başçısı Pavlo Kirilenko martın 1-də Facebook-da yazıb ki, Azov dənizi sahilində yerləşən bu şəhər Ukrayna qüvvələrinin nəzarətindədir.

Sumi regionunun başçısı Dmitro Jivitski martın 1-də Facebook-da yazıb ki, Xarkovla Kiyev arasında yerləşən Oxtırka şəhərində hərbi bazanın Rusiya qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 70-dən çox ukraynalı hərbçi həlak olub.

***

Rusiyanın Ukraynaya qarşı müharibəsinin altıncı günü paytaxt Kiyev ətrafına nəhəng hərbi karvanın cəmləndiyi xəbərləri gəlir. Martın 1-də Rusiya ordusunun Ukraynanın cənubundakı Xerson şəhəri yaxınlığında nəzarət məntəqələri quraşdırdığı bildirilir.

Peyk təsvirləri Ukrayna paytaxtının bir neçə kilometrliyinə 65 kilometrlik zirehli maşın və artilleriya karvanının cəmləndiyini göstərir. Ukrayna silahlı qüvvələri bunu ölkənin ən böyük şəhərini mühasirəyə salaraq nəzarətə götürmək cəhdi kimi görürlər.

Zelenskinin müraciəti

Fevralın 28-də Ukrayna və Rusiya rəsmiləri arasında atəşkəs danışıqları nəticəsiz qalıb, tərəflər danışıqları bir neçə günə davam etdirməyə razılaşıblar.

Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 28-də videomüraciətində Rusiya əsgərlərini əmrləri yerinə yetirməməyə, döyüşü dayandırmağa çağırıb. O, “bir tərəfin digərini raket artilleriyası ilə vurduğu bir vaxtda” Kiyevin güzəştə getməyə hazır olmadığını bildirib.

Zelenski Kiyevin fevralın 28-də üç dəfə raket atəşinə tutulduğunu, yüzlərlə rusiyalı təxribatçının şəhərdə dolaşdığını, paytaxtın Moskva üçün “əsas hədəf” kimi qaldığını vurğulayıb.

“Onlar dövlətimizi parçalamaq istəyirlər, ona görə də paytaxta daimi təhdid var”, – Zelenski deyib.

Xarkov şiddətli raket atəşinə tutulur
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00

Xersonda vəziyyət

Ukraynanın hava qüvvələri fevralın 28-də paytaxt yaxınlığında hava hücumları zamanı Rusiyanın beş döyüş təyyarəsi və bir vertolyotunun vurulduğunu desə də, informasiyanı müstəqil dəqiqləşdirmək mümkün olmayıb.

Hava qüvvələri komandanlığı Buk zenit-raket kompleksi vasitəsilə Rusiyanın qanadlı raketinin vurulduğunu, Ukrayna təyyarələrinin Kiyev və qonşu Jitomir regionlarında Rusiyanın zirehli texnikasını vurduğunu bildirib.

Rusiyada xarici valyutanın ölkədən çıxarılmasına məhdudiyyət qoyulur
Gözlə

No media source currently available

0:00 0:01:44 0:00

Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krım yarımadasından şimal-qərbdə yerləşən Xerson şəhərinin meri İhor Kolixayev Facebook-da yazıb ki, Rusiya ordusu şəhərə girişlərində yoxlama-keçid məntəqələri qurur. “Xerson Ukrayna şəhəridir və belə də qalacaq”, – mer yazıb.

Zelenski dünənki videomüraciətində Rusiyanın Xarkovu atəşə tutmasına cavab olaraq bu ölkənin raketləri, təyyarələri və helikopterləri üçün qeyri-uçuş zonası tətbiq etməyin vaxtı çatdığını deyib. Amma o, belə bir zonanın necə, kim tərəfindən tətbiq ediləcəyini açıqlamayıb.

Prezident Rusiyanın Ukraynaya 56 raket zərbəsi endirdiyini, 113 qanadlı raket atdığını bildirib.

XS
SM
MD
LG