Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:37

BP, Shell Rusiyadan gedirsə...


Rosneft-in yanacaqdoldurma məntəqəsi
Rosneft-in yanacaqdoldurma məntəqəsi

Artıq Disney, Warner Bros. və Sony Pictures Entertainment Ukraynaya təcavüzə etiraz olaraq Rusiyada filmlərin yayımına ara verəcəklərini deyiblər

Britaniyanın BP neft şirkəti 2003-cü ilin fevralında Rusiyada birgə müəssisəyə 6.75 milyard dollar yatırdığını elan elədi. AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Tod Prins o vaxt bunun Sovet İttifaqının iflasından sonra ayağa qalxmağa çalışan ölkə üçün yeni era açdığını yazır.

Nəhəng təbii resursları, əhalisi böyük Rusiya xarici şirkətlərdən ötrü şirnikləndirici bazara çevrilmişdi. BP-nin TNK müstəqil neft istehsalçısının yarısını alması Rusiyaya ozamanadək ən böyük xarici sərmayə idi və qlobal diqqəti bu ölkəyə yönəltdi.

BP 20 ildən sonra Prezident Vladimir Putinin Ukraynaya təcavüzündən dolayı Rusiyadan getmək qərarı verir. Təhlilçilər bunun xarici şirkətlərin ölkədən axınına səbəb ola biləcəyini deyirlər.

BP-nin ardınca Shell

BP fevralın 27-də Rosneft dövlət şirkətindəki 19.75 faizlik payını satacağını açıqlayıb, bunu Rusiyanın Ukraynaya qarşı “təcavüz aktı” ilə izah edib.

Rosneft TNK-BP-ni 2013-cü ildə alıb, Britaniya şirkətinə nağd pul və 50 faizlik payının səhmlərini verib.

Ertəsi gün Royal Dutch Shell də Rusiyadakı layihələrdən çıxdığını elan edib.

Rusiya üzrə təhlilçi, 2000-ci illərdə Britaniyanın Moskvadakı səfirliyində işləmiş Nigel Gauld-Deyvis neft nəhənglərinin qərarlarını “ciddi” hadisə adlandırır, onların Rusiyaya sərmayələrinin uzun müddət gəlir gətirdiyini deyir.

“Bu, BP-nin, Shell-in baş verənləri nə dərəcədə siyasi və maliyyə böhranı hesab etdiyini göstərir”, – o deyir.

SWIFT nədir və necə işləyir?
Gözlə

No media source currently available

0:00 0:02:28 0:00

ExxonMobil, TotalEnergies

ABŞ-ın ExxonMobil, Fransanın TotalEnergies şirkətləri Rusiyadan getməklə bağlı qərar açıqlamayıblar, amma TotalEnergies martın 1-də bildirib ki, Rusiyaya yeni layihələr üçün kapital ayrılmayacaq.

ExxonMobil-in Rusiyanın Uzaq Şərqində təbii qaz layihəsində Rosneft daxil bir neçə tərəfdaşla 30 faizlik payı var.

TotalEnergies Rusiyanın ikinci qaz istehsalçısı Novatek-də 20 faizə yaxın paya malikdir, digər layihələrdə də payı var.

Yeyl Menecment Məktəbinin professor Cefri Sonnenfeld Qərb şirkətlərinin Rusiaydan gedəcəyəni, yaxud hasilatı dayandıracağını gözləyir.

“Məsələ kimin birinci hərəkətə keçəcəyindədir”, – deyən Sonnenfeld Rusiyanın bir çox şirkətlər üçün əsas bazar olmadığını, buna görə də bir çox hallarda onların gəlirlərinə təsir göstərməyəcəyini bildirir.

Köç başlayıb?

Artıq Disney, Warner Bros. və Sony Pictures Entertainment Ukraynaya təcavüzə etiraz olaraq Rusiyada filmlərin yayımına ara verəcəklərini deyiblər.

Dell Technologies Rusiyaya kompüter satışını dondurduğunu, Delta Air Lines isə Aeroflot ilə tərəfdaşlığı dayandırdığını açıqlayıb.

ABŞ-ın General Motors və Almaniyanın Daimler Truck şirkətləri Rusiyadan biznesin bir qismini dayandırıblar.

Birləşmiş Ştatlar və müttəfiqləri Rusiyaya sanksiyalar paketi çərçivəsində yarımkeçirici (çip) ixracına da fasilə veriblər. Çiplər avtomobil istehsalının əsas hissəsidir.

Martın 2-dən Moskvada Apple şirkətinə məxsus re:Store mağazaları açılmayıb.

American Express, Boeing, Ford, Nike kimi iri Amerika şirkətləri də Rusiyada işi dayandırdıqlarını bəyan ediblər.

Təhlilçilərin fikrincə, şirkətlərin Rusiyadan kütləvi axını iqtisadiyyatın uzun müddət özünə gələ bilməyəcəyi deməkdir.

XS
SM
MD
LG