Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 16:31
 Ukrayna, Irpin şəhəri, 5 mart 2022
Ukrayna, Irpin şəhəri, 5 mart 2022

İşğalın 11-cu günü -1,3 milyon qaçqın və Rusiyada baş qaldıran etirazlar

Rusiyanın Ukraynaya hücumunun 8-ci günü haqda burada oxu

İndiyə qədər Ukraynanı 1,2 milyondan çox insan tərk edib

Rusiyanın Ukraynaya soxulmasının 10-cu günüdür. Ukraynanın müxtəlif bölgələrində döyüşlər davam edir: Kiyev yaxınlığında, Xarkov, Donetsk, Çerniqov, Sumi vilayətlərində, Xerson vilayətində. Ukrayna ordusu rus bölmələrini Nikolayevdən çıxara bildiyini bildirib. Mariupol və Volnovaxadan mülki əhalinin təxliyəsi üçün humanitar dəhlizlər açılıb.

Ukrayna ordusu xəbərdarlıq edib ki, işğalçı Rusiya qüvvələri paytaxt Kiyevi və Xarkovu mühasirəyə almaqda davam edir.

Ukrayna prezidenti Vladimir Zelenski martın 5-də səhər saatlarında yayımladığı videomüraciətdə deyib ki, o və yüksək rütbəli məmurlar Kiyevdə qalırlar:

"Biz döyüşməyə davam edirik. Dövlətimizi qoruyacağıq. Torpaqlarımızı azad edəcəyik"-Zelenski bildirib.

ABŞ dövlət katibi Antoni Blinken Brüsseldəki gərgin diplomatik səylər fonunda bildirib ki, Ukraynada vəziyyət “yaxşılaşmadan əvvəl daha da pisləşəcək”. Ukrayna ordusu martın 5-də, işğalın 10-cu günündə səhər tezdən yaydığı hesabatda bildirib ki, Rusiya qüvvələri hücumda hava dəstəyi və yüksək dəqiqlikli silahlardan istifadə edir.

Bir gün əvvəl toplanan NATO ölkələrinin xarici işlər nazirləri Kiyevin hava məkanının uçuşlar üçün qapalı zona ela edilməsi müraciətinə mənfi cavab veriblər.

Zelenski martın 4-də buna cavab olaraq bildirib ki, NATO-nun uçuşa qadağa zonası tətbiq etməkdən imtina etməsi “zəiflik” və birliyin olmamasından xəbər verir. Ukrayna ordusu martın 5-də bildirib ki, rus əsgərləri tutduqları əraziləri Rusiyanın dəstəklədiyi separatçıların mərkəzi hökumətə qarşı səkkiz illik müharibə apardığı Şərqi Luqansk və Donbas bölgələrinin inzibati sərhədlərinə qədər genişləndirməyə çalışır.

Ukrayna komandanlığı bildirib ki, Kiyev “düşmən hücumu” ilə mübarizəni davam etdirir. BMT-nin məlumatına görə, Rusiya prezidenti Vladimir Putinin fevralın 24-də müharibəyə başlamasından sonra 300 mülki insan hələak olub, 1,2 milyondan çox insan isə Ukraynanı tərk edib.

"İqtisadi müharibənin yeni erası"

İndiyədək 10 minədək insan, yaxud firma ABŞ-ın sanksiyalarına məruz qalıb. Bu, dünya ÜDM-sinin 27%-ni təşkil edən 50-dən çox ölkəni əhatələyir. Ətraflı

900 nəfər Azərbaycana təxliyə edilib

Azərbaycan Xarici İşlər Nazirliyi ( XİN) martın 4-də Ukraynaya Rusiyanın hücumundan sonra bu ölkədən təxliyə edilən vətəndaşları ilə bağlı açıqlama yayıb. Ətraflı

Rusiya ordusu Zoporojye AES-i zəbt etdi

Bundan əvvəl Rusiya ordusunun raket zərbəsi ilə stansiyada yanğın baş vermişdi. Amma Ukrayna tərəfi bir qədər sonra yanğının söndürüldüyünü bildirdi. Sızma təhlükəsi olmadığı bildirilir.

Rusiya ordusu Zoporojye AES-i zəbt etdi
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00

Davamı

XS
SM
MD
LG