Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:22
 Ukrayna, Irpin şəhəri, 5 mart 2022
Ukrayna, Irpin şəhəri, 5 mart 2022

İşğalın 11-cu günü -1,3 milyon qaçqın və Rusiyada baş qaldıran etirazlar

Rusiyanın Ukraynaya hücumunun 8-ci günü haqda burada oxu

Ukrayna ordusu Xarkov yaxınlığında əks hücuma keçdiyini bildirir

Ukrayna Silahlı Qüvvələrinin quru qoşunları Xarkov yaxınlığında əks-hücum əməliyyatına başladığını elan edib.

Bundan əlavə, quru qoşunlarının Facebook hesabında Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin Çerniqov yaxınlığında məhv edilməsi ilə bağlı məlumat yer alıb.

UNIAN saytında vurulan təyyarənin qəzasını əks etdirdiyi iddia edilən video yayımlanıb. Sosial şəbəkələrdə əsir götürülən yaralı pilot Krasnoyartsevin fotoları da yayılıb.

Rusiyadan xaricə təyyarə reysləri dayandırılır

Rusiyada hava limanı
Rusiyada hava limanı

Federal Hava Nəqliyyatı Agentliyi xaricdə təyyarələrin kütləvi həbsi fonunda Rusiya aviaşirkətlərinə martın 6-dan etibarən bütün beynəlxalq uçuşları dayandırmağı tövsiyə edir.

Bu barədə “İnterfaks” xəbər verir. Agentlik bildirib ki, tövsiyə xarici təşkilatla lizinq müqaviləsi əsasında digər dövlətlərin reyestrində qeydiyyatdan keçmiş təyyarələri olan aviaşirkətlərə şamil edilir. Belə aviaşirkətlərə martın 6-da Moskva vaxtı ilə saat 00:00-dan etibarən Rusiyadan xaricə sərnişin və yük daşımalarını dayandırmaq tövsiyə olunur. S7 Hava Yolları martın 5-dən etibarən beynəlxalq istiqamətlərə bütün uçuşları ləğv etmək məcburiyyətində qalacağını açıqlayıb.

Aeroflot ən böyük beynəlxalq aviabilet bron sistemlərindən ayrılıb. Şirkət Minsk istisna olmaqla, martın 8-dən etibarən bütün beynəlxalq uçuşları dayandıracaq. Martın 5-dən martın 13-dək Ural Hava Yolları Misirdən yalnız ixrac uçuşları həyata keçirəcək, martın 14-dən Misirə uçuş proqramı ən azı mayın 20-dək ləğv ediləcək.

Mariupoldan dinc əhalinin təxliyyəsi hələ başlamayıb

Polşa-Ukrayna sərhədindəki keçid məntəqəsi
Polşa-Ukrayna sərhədindəki keçid məntəqəsi

Şəhər şurası bunun üçün Rusiya hərbçilərini günahlandırır, bildirilir ki, əldə edilən razılaşmalara zidd olaraq, "sükut rejiminə" əməl edilmir. Rusiyayönlü mənbələr isə əksinə, “Azov” alayının “şəhər sakinlərini girov götürən” “ukraynalı millətçilərin” evakuasiyaya mane olduğunu iddia edirlər. Onların sözlərinə görə, bu gün evakuasiya baş tutmayacaq.

Lex Valesa: Avropa və bütün dünyanın taleyi Ukraynadan asılıdır

Polşanın keçmiş prezidenti Lex Valesa Ukrayna xalqına müraciət edib.

O müraciətində Polşanı nümunə gətirərək Avropa və bütün dünyanın taleyinin Ukraynadan asılı olduğunu deyib.

"Avropanın və bütün dünyanın taleyi indi sizdən asılıdır. Mən böyük Ukraynanın qələbəsini səbirsizliklə gözləyirəm", - Polşanın keçmiş prezidenti deyir.

Davamı

XS
SM
MD
LG