Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:36

London Kiyevə antitəyyarə raketləri verəcək


Starstreak yüksək sürətli antitəyyarə raketləri
Starstreak yüksək sürətli antitəyyarə raketləri

London indiyədək Ukraynaya 3,615 portativ raket sistemləri verib

Britaniya Ukraynaya Starstreak yüksək sürətli antitəyyarə raketləri və Javelin antitank raketlərinin “kiçik partiyasını” verməyi planlaşdırır.

Bu barədə məlumatı Britaniyanın müdafiə naziri Ben Uolles verib.

O martın 9-da parlamentə bildirib ki, Britaniya Ukraynaya habelə qısamənzilli NLAW antitank raketlərinin verilməsini davam etdirəcək.

Nazir bildirib ki, London indiyədək Ukraynaya 3,615 portativ raket sistemləri verib.

Uolles bunu da qeyd edib ki, Ukraynaya başqa NATO ölkələri tərəfindən çiyində daşınan 900 Stinger raketləri verilib.

Nazir əlavə edib ki, ukraynalılara bu silahlardan istifadə üçün təlim veriləcək.

Starstreak Britaniya istehsalı səyyar raketlərdir və ABŞ-ın Stinger raketlərinin ekvivalenti sayılır.

The Guardian yazır ki, bu raketlər infraqırmızı şüalarla işləyən Stingerdən fərqli olaraq lazerlə tuşlanır.

Ekspertlər bildirirlər ki, NATO indiyədək Ukraynaya verdiyi silahların müdafiə məqsədli olduğunu deyib və indiki vəziyyətdə antitəyyarə raketləri də bu kateqoriyaya düşür.

Zelenski yenə səmanı bağlamağa çağırır

Prezident deyir ki, Ukraynanı qorumaq üçün qeyri-uçuş zonası elan edilməsə, beynəlxalq ictimaiyyət kütləvi humanitar fəlakətə görə məsuliyyət daşıyacaq.

Zelenski martın 9-da televiziya ilə gündəlik müraciətində deyib ki, Rusiya 14 gün öncə başlatdığı işğalı sürətləndirib, dünya bunu yalnız izləməklə məşğul olmamalıdır.

Mcdonalds, Coco-Cola, Pepsi və Starbucks kimi şirkətlər Rusiyadan getdi
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

“Rusiya bizə qarşı, dinc sakinlərə, şəhərlərimizə, infrastrukturumuza qarşı raketlərdən, təyyarələrdən, vertolyotlardan istifadə edir. Buna cavab vermək dünyanın humanitar borcudur”, – Zelenski deyib.

NATO Rusiya ilə müharibənin genişlənə biləcəyini əsas gətirərək səmanı bağlamaqdan imtina edir.

Polşanın təklifi

Zelenski Qərb ölkələrini Polşanın təklifini təcili həll etməyə çağırıb. Təklif onun ölkəsini Rusiya istehsalı olan MiG-29 qırıcıları ilə təchizatını nəzərdə tutur. Ukrayna pilotları bu təyyarələri sürmək üzrə təlim keçiblər.

Martın 8-də Vaşinqton Polşanın təkıifini rədd edib. Polşa özünün sovet istehsalı MiG-29 qırıcılarını ABŞ-ın Almaniyadakı Ramşteyn hava bazası vasitəsilə Ukraynaya göndərməyi təklif edib. Vaşinqton belə bir addımın münaqişəni dərinləşdirə biləcəyindən ehtiyatlanır.

“Bəs qərar nə vaxt veriləcək? Qulaq asın: bizdə müharibə gedir! Bizim bütün bu siqnallara vaxtımız yoxdur. Bu, pinq-ponq deyil! Söhbət insan həyatından gedir! Bir daha xahiş edirik: bunu tez həll edin! Məsuliyyəti üzərinizdən atmayın, təyyarələri bizə göndərin!” – Zelenski vurğulayıb.

Kremlin sözçüsü Dmitri Peskov Polşanın təklifilə bağlı deyib ki, bu, “potensial təhlükəli və arzuolunmaz ssenariyə yol açar”.

Rusiya fevralın 24-dən Ukraynaya qarşı irimiqyaslı hücuma başlayıb. Qərb Moskvaya sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG