Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:55

'Meta'nın ekstremist təşkilat kimi tanınması üçün müraciət olundu


İllüstrativ foto
İllüstrativ foto

Ölkələrin siyahısında Azərbaycan da var

Rusiya Baş Prokurorluğu Roskomnadzor-dan Instagram-ı bloklamağı tələb edib, Meta-nın ekstremist təşkilat kimi tanınması üçün məhkəməyə müraciət edib. Bu haqda RİA Novosti məlumat yayıb.

Meta-nın Facebook və Instagram-da “rusiyalı işğalçılara ölüm” çağırışlarına icazə verməsi ilə əlaqədar İstintaq Komitəsi ekstremizmə çağırış və terrorçuluğa kömək maddələri üzrə cinayət işi açıb.

***

Kreml deyir ki, rusiyalılara qarşı zorakılıq çağırışlarına icazə verilməsi xəbəri düz çıxarsa, Facebook-un təsisçi şirkəti Meta Platforms-un fəaliyyətinə son qoyula bilər.

Kremlin sözçüsü Dmitri Peskov məlumatın düz çıxacağı halda, Moskvanın “qətiyyətli tədbirlər” görəcəyini söyləyib.

“Reuters”in yazdığına inanmaq istəmirik – buna inanmaq çox çətindir”, – Peskov deyib.

***

Meta Platforms (FB.O) bəzi ölkələrdə Facebook və Instagram şəbəkələrində Ukraynanın işğalı kontekstində rusiyalılar və Rusiya əsgərlərinə qarşı zorakılıq çağırışlarına icazə verəcək. Bunu “Reuters” gördüyü daxili yazışmalara əsasən yazır. Bu, şirkətin nifrət çıxışı qaydalarına müvəqqəti dəyişiklik hesab edilir.

Dinc rusiyalılara qarşı çağırış buraxılmayacaq

Sosial media şirkəti Rusiya Prezidenti Vladimir Putin və Belarusun avtokratik lideri Alyaksandr Lukaşenkaya ölüm çağırışları olan postlara da müvəqqəti icazə verəcək.

Meta-nın sözçüsü bəyanatında deyib ki, dinc rusiyalılara qarşı zorakılıq çağırışları buraxılmayacaq.

Rusiyanın ABŞ-dakı səfirliyi “Reuters”in eksklüziv məlumatına istinad edərək Vaşinqtondan tələb edib ki, Meta-nın “ekstremist fəaliyyəti” dayandırılsın.

“Facebook & Instagram istifadəçiləri bu platformaların sahiblərinə həqiqət kriteriyasını müəyyənləşdirmək, millətləri bir-birinə qarşı qoymaq hüququ verməyiblər”, – səfirlik Twitter-də yazıb.

Rusiya əsgərlərinə qarşı zorakılıq çağırışları ilə bağlı dəyişiklik Ermənistan, Azərbaycan, Estoniya, Gürcüstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Rusiya, Slovakiya və Ukraynanı əhatələyir.

Azov batalyonunu tərifləmək olar

Meta moderatorlarına məktubda qeyd edir ki, nifrət çıxışı siyasətinə dəyişiklik həm Rusiya əsgərləri (hərbi əsirləri çıxmaqla), həm də işğal kontekstində rusiyalılara aiddir.

Rusiya ötən həftə Facebook-u qadağan edib, bu platformada Rusiya mediasına çıxışın məhdudlaşdırıldığını əsas gətirib. Moskva Twitter daxil texnologiya şirkətlərini də hədəfə alıb.

Bir çox sosial media platformaları isə münaqişəyə görə yeni qadağalar tətbiq ediblər. Rusiyanın RT dövlət mediası və Sputnik Avropa İttifaqında bloklanıb.

Meta Ukraynanın sağ-qanad Azov batalyonun tərifinə də imkan verəcək. Adətən platformada belə tərif yasaqlanır. Dəyişiklik batalyonun “Ukrayna Milli Qvardiyasında roluna görə” tətbiq olunur.

XS
SM
MD
LG