Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:20

Moskvanın ticarət statusu ləğv olundu, rusiyalılara dollar satmaq yasaqlandı


Rəsmən “ən çox istənən ölkə” adlanan bu status ona malik olan ölkəyə daha sərfəli və güzəştli sövdələşmələr imkanı yaradır

Ağ Ev martın 11-də Rusiya üzərinə yeni sanksiyalarını elan edib.

ABŞ prezidenti Co Bayden deyib ki, onun ölkəsi Böyük yeddilərin G7 qrupu ilə yekdil şəkildə Rusiyanın “normal ticarət partnyoru” statusunu ləğv edib.

Rəsmən “ən çox istənən ölkə” adlanan bu status ona malik olan ölkəyə daha sərfəli və güzəştli sövdələşmələr imkanı yaradır.

G7 bildirib ki, bu addım Ukraynaya səbəbsiz hücum etmiş Putinin cəzalandırılması üçün atılıb.

Ruzvelt kabinetindən çıxış edən Bayden deyib ki, “azad dünya Putini dəf etmək üçün bir araya gəlib”.

Bayden habelə deyib ki, partnyor ölkələr Rusiya oliqarxlarının qadağan siyahılarına yeni adlar əlavə edir.

Prezident Baydenin bu barədə sərəncamı Ağ Evin saytında dərc olunub.

Sərəncama görə Rusiya hökumətinə və Rusiya ərazisində olanlara dollar satışı qadağan edilir.

Sənəd habelə ABŞ vətəndaşlarına Rusiya iqtisadiyyatının istənilən sektoruna investisiyalar yatırmağı qadağan edir.

“Lüks mallar”

O qeyd edib ki, bahalı qol saatları, avtomobillər və geyim-keçim kimi Amerika istehsalı lüks malların Rusiyaya ixracına qadağan qoyulur.

ABŞ prezidneti bildirib ki, Rusiya Ukraynada hər hansı kimyəvi silah hücumuna yol verərsə, Moskvanı daha sərt sanksiyalar gözləyəcək.

Bayden ABŞ-ın Ukrayna müharibəsinə hər hansı birbaşa müdaxiləsini bir daha istisna edib.

O deyib ki, NATO-nun Rusiya ilə birbaşa qarşıdurması “III Dünya Müharibəsi” demək olardı.

Rusiyanın sözü gedən ticarət statusunun ləğv edilməsi o deməkdir ki, alkoqol və dəniz qidaları da daxil Rusiyanın bir çox ixrac mallarına rüsumlar tətbiq olunacaq.

Ağ Ev bunu da bəyan edib ki, Rusiya habelə Beynəlxalq Valyuta Fondu kimi maliyyə təsisatlarına müraciət imkanından məhrum ediləcək.

XS
SM
MD
LG