Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:39

Efir kəsilib, Putinin cümləsi yarımçıq qalıb...


Efir bərpa olunanda artıq Oleq Qazmanov növbəti mahnısını oxuyurdu

Moskvadakı “Lujniki” stadionunda Krımın və Sevastopolun ilhaqının 8-ci ildönümünə həsr olunmuş konsert-mitinq keçirilib.

Rusiya rəhbərliyi bu ilhaqı Rusiya torpaqlarının “doğma sahilə qayıdışı” adlandırır.

Dünyanın əksər ölkələri Krımın ilhaqını qanunsuz sayır və yarımadanı Ukrayanın tərkib hissəsi hesab edirlər.

Mitinqdə Krımın Ukraynadan qopardılmasını özünün Rusiya qarşısında ən böyük xidmətlərindən biri hesab edən Vladimir Putin də çıxış edib.

Amma onun çıxışının translyasiyası, belə görünür sonuncu cümləsində qırılıb.

Putinin cümləsi efirdə yarımçıq səslənib.

Bu mitinqdə çıxış edənlər Rusiyanın Ukraynada apardığı müharibədən danışır, amma bu zaman “müharibə” sözünü işlətmirdilər. Hakimiyyət Ukraynaya hərbi müdaxiləni “xüsusi əməliyyat” adlandırır.

Rusiya mediasına habelə Ukrayna müharibəsi ilə bağlı “müdaxilə” sözünü də işlətmək qadağan edilib.

Çıxış edənlər iddia edirdilər ki, Rusiya hərbçiləri guya Ukraynada “nasizmə” qarşı mübarizə aparırlar.

Simonyan kimə qarğış edib?

Çıxış edənlərin arasında Rusiyanın müstəqilliyini tanıdığı qondarma DXR-dən hərbi komandir Vladimir Joqanın atası da olub.

Ləqəbi “Voxa” olan Joqa Ukrayna müharibəsində, Volnovaxa uğrunda döyüşdə həlak olub və ölümündən sonra ona “Rusiya qəhrəmanı” adı verilib.

Aktyor Dmitri Pevtsov deyib ki, o ukraynların, belarusların və rusların tezliklə bir çoxmillətli xalq olacağına inanır.

Başqa bir aktyor – Vladimir Maşkov Fyodor Tyutçevin Qərbi tənqid edən şeirini oxuyub.

Oleq Qazmanov “Zabitlər” mahnısını və bir də mətnində “Ukrayna və Krım, Belarus və Moldova – mənim vətənimdir” sözləri olan mahnını oxuyub.

Mitinqdə Moskva meri Sergey Sobyanin və RT-nin rəhbəri Marqarita Simonyan çıxış ediblər.

Simonyan çıxışında “ana Rusiyadan Mariupolu bombardman edənlərə qənim olmasını” istəyib. Həqiqətdə Mariupolu Rusiya hərbçiləri bombardman edirlər.

Kiyev yenidən atəşə tutulub
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00

Yarımçıq cümlə

Daha sonra Vladimir Putin çıxış edib. O iddia edib ki, üzdəniraq “xüsusi əməliyyatın” motivi guya Ukraynada Donbasın rusiyayönlü sakinlərinin soyqırım edilməsi olub.

Putin İncildən sitat gətirib, əsgərlərin qəhrəmanlığından danışıb və bu zaman “müharibə” mənasına gələn “döyüşürlər” sözünü işlədib.

Putinin çıxışının lap sonunda Rossiya 24 telekanalında efir qəflətən kəsilib.

Putin: "İş elə gətirib ki, xüsusi əməliyyat bizim ən böyük hərbi qələbələrimizdən birinin doğum..”

Belə görünür ki, Putinin cümləsinin “gününə təsadüf edib” hissəsi efirə getməyib.

Efir bərpa olunanda artıq Oleq Qazmanov növbəti mahnısını oxuyurdu.

Putinin ətrafında kimsə yox idi

20 dəqiqədən sonra Putinin çıxışını yenidən nümayiş etdiriblər.

Kremlin sözçüsü Dmitri Peskov efirin texniki səbəblərdən kəsildiyini deyib.

Bəzi müşahidəçilər bildirirlər ki, hətta Lujniki stadionunda da Putin səhnədə tək idi və başqaları ilə onun arasındakı məsafə 20 metrdən çox idi.

Bu da xəbər verilir ki, bu mitinq-konsertə büdcə təşkilatlarından çox sayda işçi məcburi gətirilib və onların bir hissəsi mitinq hələ başlanmazdan əvvəl evlərinə tələsiblər.

XS
SM
MD
LG