Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:26

Separatçıların lideri: ‘Yüksəklikdə əsas nöqtə bizim nəzarətimizdədir’


Arayik Arutyunyan separatçılarla iclas keçirir
Arayik Arutyunyan separatçılarla iclas keçirir

Arayik Arutyunyan: "Məhz buna görə də biz gələcəkdə özünümüdafiəmizdə daha radikal və qətiyyətli addımlar atacağıq"

Azərbaycan silahlı qüvvələrinin məqsədi bütün Qaraqulağı (ermənilər Qaraqlux deyirlər-red) tutmaq idi.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu aprelin 1-də Qarabağ separatçılarının lideri Arayik Arutyunyan deyib:

“Qaraqulağın ən yüksək nöqtəsi bizim nəzarətimiz altındadır, amma bir neçə mühüm yüksəkliklər Azərbaycan silahlı qüvvələrinin nəzarətindədir. Bizim məqsədimiz azərbaycanlıları çıxış nöqtəsinə qaytarmaqdır. Bizim sülhməramlı qüvvələrdən tələb və xahişimiz budur ki, üçtərəfli bəyanatda nəzərdə tutulmuş status quo bərpa olunsun. Biz bu tələbimizdən heç vaxt dönməyəcəyik”.

Arutyunyan deyib ki, Azərbaycanın “təxribatından” məqsəd ilk növbədə Rusiya sülhməramlılarının gözdən salınması idi:

“Biz hesab edirik ki, Rusiya sülhməramlı qüvvələri bu epizoda baxmayaraq öz missiyalarının yerinə yetirilməsini davam etdirirlər”.

"Daha radikal addımlar atacağıq..."

Separatçı lider deyib ki, “biz Azərbaycanın gələcəkdə belə təxribata getməyəcəyindən əmin olmalıyıq”.

Arutyunyan deyib:

“Məhz buna görə də biz gələcəkdə özünümüdafiəmizdə daha radikal və qətiyyətli addımlar atacağıq”.

Bu il martın sonunda Xocalı rayonunun Fərrux kəndinin Azərbaycanın nəzarətinə keçməsilə bağlı xəbərlər yayılıb. Azərbaycan mövqelərini möhkəmləndirdiyini bildirib.

Sonradan həm erməni tərəf, həm də Rusiya hərbçiləri Azərbaycan qüvvələrinin ərazidən çıxarıldığını bildirsə də, Azərbaycan Müdafiə Nazirliyi mövqelərində dəyişiklik olmadığını bəyan edib.

Əliyev və Paşinyanın görüşündən nə gözlənir?
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 (9) noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlılarının yerləşdiyi açıqlanıb.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

XS
SM
MD
LG