Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:54

Rusiya büdcəsində hərbçilərin dəfn xərclərinin artırılacağı gözlənilir


Ukraynada ölən hərbçinin Buryatiyada dəfni
Ukraynada ölən hərbçinin Buryatiyada dəfni

Rusiya Ukraynada gedən döyüş əməliyyatlarında 1351 hərbçinin həlak olduğunu bildirib. Ukrayna bu rəqəmin 18 min 600 olduğunu iddia edir

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) hökumətdən hərbçilərin dəfni və qəbirlərinin düzəldilməsi üçün ayrılan vəsaitin 17 faiz artırılmasını xahiş edib.

Rusiyanın həlak olan, habelə zədə, yara və kontuziyalardan ölən, hərbi xidmət vaxtı xəstəlikdən vəfat edən hərbçilərin, DİN əməkdaşları və Rosqvardiya üzvlərinin “basdırılması və dəfn işləri” haqqında qanuna görə bu şəxslərin dəfn xərcləri xidmət etdikləri federal orqanının büdcəsindən ödənməlidir.

Hazırda bu qanuna görə mərasim xidmətləri üçün ödənilən pul 20,350 rubldan (243 dollar) artıq deyil. Moskva və Sankt Peterburqda bu məqsədlə bir qədər çox, 28,178 rubl ödənir.

İndi FTX bu müavinət ödənişlərinin artırılaraq müvafiq şəkildə 23,837 və 33, 005 rubla çatdırılmasını xahiş edir.

Ukraynanın Mariupol şəhərində əsil kabus yaşanır
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

Ziddiyyətli rəqəmlər

Current Time saytı yazır ki, Rusiyada bir hərbi qulluqçunun basdırılması və dəfn mərasimi xərcləri onun satusu və dəfn olunduğu regiondan asılı olaraq 56,400-74,200 rubla çata bilər.

FTX-nin müraciətində izah edilir ki, bu xərclər illik indeksasiya olunan sosial ödənişlərin siyahısına salınmayıb.

Sözü gedən qanun layihəsi aprelin 20-dək müstəqil antikorrupsiya ekspertizasından keçməlidir.

Bundan sonra sənəd hökumətin təsdiqinə vriləcək.

Rusiya Müdafiə Nazirliyi martın 25-də Ukraynada gedən döyüş əməliyyatlarında 1351 hərbçinin həlak olduğunu bildirib.

Ukrayna Müdafiə Nazirliyi bu rəqəmin 18 min 600 olduğunu iddia edir.

Rusiyada işğala təkbaşına etirazlar. 15 min 500 nəfər

Rəy sorğuları Rusiya Ukraynaya qarşı səbəbsiz müharibəyə başlayandan sonra Prezident Vladimir Putinin reytinqinin artdığını göstərir. Amma ölkədə müharibəyə etiraz edənlər də var, çox vaxt bunu təkbaşına gerçəkləşdirirlər.

“Mən etiraz edəndə yaxınlıqdan keçən biri dedi ki, məni Volxov çayına atmaq lazımdır. Adamlar məni söyürdülər. Bir yaşlı qadın məni vurmaq istədiyini dedi”, – memar Anton Qorban aprelin 11-də Rusiyanın işğalına qarşı təkadamlıq etiraz aksiyasından danışır.

“Əl ağacı ilə başımdan vurdu”

Sibirin Tomsk şəhərində 52 yaşlı IT sahibkarı Leonid Rıbakov isə Ukrayna bayrağını çəkərək eyvanından asanda oxşar reaksiya ilə üzləşib.

“Yaxşı tanıdığım, beş ildən çox tanıdığım, boş vaxtımı keçirdiyim adamlar mənimlə salamı kəsdilər. Mən əlimi uzadanda özlərini görməzliyə vurdular. Bircə dəfə aqressiv reaksiya gördüm. Bir tanış əl ağacı ilə başımdan vurdu, xəsarət aldım”, – Rıbakov AzadAvropa/AzadlıqRadiosu-nun Siberia.Realities portalına deyib.

Rusiyada rəy sorğuları dəqiq, etibarlı sayılmır, çünki Putinin avtoritar idarəçiliyi sayəsində rusiyalıların çoxunun çaş-baş qaldığı, yaxud dediyini açıq deməyə qorxduğu düşünülür. Ukrayna müharibəsi haqda rəy sorğuları da etibarsız hesab olunur.

Görünən odur ki, xeyli sayda rusiyalı ya müharibəni dəstəkləyir, ya da susur. Rəsmilər və dövlət mediası isə fərqli fikirdə olanlara “satqın”, “ekstremist”, “düşmən” damğası vurur.

Saxlananlar, gedənlər

Rusiyada siyasi repressiyanın monitorinqini aparan OVD-Info-nun məlumatına görə, fevralın 24-də işğal başlayandan onmilyonlarla yetkin rusiyalıdan 15 min 500 nəfər müharibəyə qarşı çıxdığına görə saxlanıb.

400 nəfər məhkəmə qarşısına çıxarılıb. Onminlərlə rusiyalı ölkəni tərk edib.

Bütün bunlar Rusiyada müharibəyə qarşı açıq danışmağın ayrı-ayrı adamların boynuna düşdüyünü və riskli olduğunu göstərir.

Rıbakov deyir ki, hətta həyat yoldaşı da onun antimüharibə fəaliyyətinə skeptik yanaşıb.

“Arvadım siyasətlə maraqlanmır. Amma qorxur… Polis bizə gələndə o biri otaqda gizləndi və onlar gedənəcən çıxmadı”, – o deyir.

Pulumun müharibəyə xərclənməsini istəmirəm”

Rıbakov Tomskda çoxdankı fəalıdır. Dörd il ərzində eyvanından “Putinsiz Rusiya” plakatı asıb, heç bir insident baş verməyib. Amma müharibənin ilk günündə hərəkətə keçib. “Rusiya ordusunun təcavüzü və faşist hərəkətlərindən çox məyus olmuşdum. Elə həmin gün boya aldım, A4 kağıza Ukrayna bayrağının rənglərini çəkib eyvandan asdım”, – o danışır.

Beş həftə heç nə baş verməyib. Martın 31-də polis gəlib, xoş niyyət kimi onun üç həftə qabaq müharibəyə qarşı etirazlara qatıldığını yazıblar. Polis eyvandan plakatı və bayrağı çıxarsa da, Rıbakov onları elə həmin gün yerinə asıb və dediyinə görə, hələ də ordadır.

O deyir ki, məhkəmənin nə qədər cərimə kəsdiyini bilmir. “Silahlı qüvvələrin gözdən salınması”na görə inzibati məcəllə 30 min-50 min rubl (360-600 dollar) cərimə nəzərdə tutur.

“Ödəmək fikrim yoxdur. Pulumun müharibəyə xərclənməsini istəmirəm. Həbs eləsələr, Putinin məni havayı yedizdirməyi vecimə deyil”, – o söyləyib.

Rusiyada ordunun gözdən salınmasına görə maddə cinayət məcəlləsinə də əlavə olunub, 15 ilədək həbs kəsilə bilər.

Dördüncü ittiham

Novqorod şəhərində yaşayan Qorbanın ulu babası İvan Padalka 1937-ci ildə sovet hakimiyyəti tərəfindən edam olunub. O, ölümündən sonra, 1958-ci ildə bəraət alıb.

O, Ukrayna bayrağının rənglərində – mavi-sar rəngli adamboyu kisə tikib, aprelin 11-də Novqorod Kreml ərazisində abidənin önündə kisəyə girərək uzanıb. 20 dəqiqənin içində Milli Qvardiya əsgərləri onu aparıblar. Ona “Rusiya silahlı qüvvələrini nüfuzdan salma” ittihamı irəli sürülüb.

Qorban fevralın 24-dən dördüncü dəfədir ittihamla üzləşir.

‘Ata, bəs, sən neyləmisən?’

“Bütün bu risklər adamın öz vicdanını azacıq da olsa təmizləmək fürsətilə müqayisədə çox kiçikdir… Üç yaşlı qızım var. Bütün bunlar tarix kitablarına yazılanda, o məndən soruşacaq ki, ‘Ata, bəs, sən neyləmisən?’ Onda ona bunu izah edə biləcəyəm”, – fəal sözlərinə əlavə edir.

O, nasist Almaniyasında siyasətə qarşı çıxanların öldürüldüyünü yada salır. “Bir günlük həbs nədir ki? 30 min rubl cərimə nədir ki? Çox kiçik bədəldir”, – Qorban vurğulayır.

Onun sözlərinə görə, çoxluq işğalı dəstəkləyir. Öz çevrəsində xeyli, şəhər səviyyəsində isə çox az adamın müharibəyə qarşı çıxdığını deyir.

Qorban Rusiyadan getməyi ağlından keçirdiyini desə də, Rıbakovun belə bir arzusu yoxdur.

“Bir dəfə düşündüm, dərhal da rədd elədim. Vətənimi, hər şeyini sevirəm, bircə Putindən başqa. Heç oğlum da getmir”, – o söyləyir.

XS
SM
MD
LG