Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:55

Putin qətliamda ittiham olunan birliyə ‘qvardiya’ adı verdi


Buça şəhəri Rusiya qoşunu gedəndən sonra
Buça şəhəri Rusiya qoşunu gedəndən sonra

Buça şəhərində öldürülən yüzlərlə sakinin bir qismi qolları arxalarında bağlı vəziyyətdə edamsayağı qətlə yetirilib

Rusiya prezidenti Vladimir Putin Ukraynanın Buça şəhərində müharibə cinayətləri törətməkdə ittiham olunan briqadaya “qvardiya” fəxri titulu verib.

Onun aprelin 18-də imzaladığı fərmanda deyilir ki, 64-cü motoatıcı briqadaya “vətənin və dövlətin maraqlarının” müdafiəsinə, döyüşçülərinin “kütləvi qəhrəmanlıq və igidliyinə” görə qvardiya fəxri adı verilir.

Ukrayna Müdafiə Nazirliyi bildirir ki, bu hərbi birləşmə paytaxt Kiyevin yaxınlığındakı Buça şəhərində müharibə cinayətləri törədib.

Nazirliyin bəyanatında deyilir ki, bu qətliamda iştirak edənlərin məhkəmə qarşısına gətirilməsi üçün bütün beynəlxalq imkanlardan istifadə olunacaq.

Buça şəhərində öldürülən yüzlərlə sakinin bir qismi qolları arxalarında bağlı vəziyyətdə edamsayağı qətlə yetirilib.

Rusiya hakimiyyəti isə həmişə olduğu kimi Ukraynada dinc sakinləri öldürdüyünü israrla inkar edir.

Moskva iddia edir ki, Ukrayna Buçada baş verənləri özü “səhnələşdirib”.

Rusiya ordusu Lvov və Xarkovu vurdu, ölənlər var
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Lvov vurulur. Ölənlər var

Rusiya ötən gecə qüvvələrinin Ukrayna hərbi avadanlığı və əsgərlərinin olduğu 100-dən çox hədəfi atəşə tutduğunu bildirib

Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenko aprelin 18-də deyib ki, Ukraynanın 8 tankı və digər zirehli texnikası dağıdılıb, üç qırıcısı vurulub. Amma bu iddianı müstəqil təsdiqlətmək mümkün olmayıb.

Hərbi ekspertlərin fikrincə, Rusiyanın Ukrayna boyunca silah zavodları, dəmiryolları və digər infrastruktur hədəflərinə zərbələri gücləndirməsində məqsəd Donbasa böyük quru hücumuna qarşı Kiyevin müqavimətini zəiflətməkdir.

Humanitar dəhliz alınmır

Mariupoldan və şərq hissədəki digər şəhərlərdən dinc sakinlərin evakuasiyası artıq ikinci gündür alınmır, çünki Rusiya qüvvələri təxliyə yollarını bloklayır, yaxud atəşə tutur. Bunu Baş nazirin müavini İrina Vereşçuk aprelin 18-də deyib. O, bazar ertəsi də humanitar dəhlizlərin olmayacağını söyləyib.

Amansız bombardman nəticəsində nəhəng dağıntılara məruz qalmış Mariupol artıq mövcud deyil. Bunu isə Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba CBS-ə aprelin 17-də deyib.

Kiyev Mariupola raket zərbələri və küçə döyüşləri nəticəsində azı 21 min nəfərin öldürüldüyünü deyir. Rəsmilər 100 minədək sakinin ərzaq, su, istolik və elektriksiz qaldığını bildirir. Müharibədən öncə bu şəhərdə 450 min nəfər yaşayırdı.

Rusiya mühasirəyə alınmış Azovstal polad zavodunda qalan Ukrayna əsgərlərinə aprelin 17-də ultimatum verib, onları təslim olmağa çağırıb. Ukrayna isə Mariupolun müdafiə olunacağını bildirir.

***

Bu gün – aprelin 18-də Ukraynanın qərbində yerləşən Lvov şəhərinə raket zərbələri nəticəsində ölənlər və yaralılar var. Bu haqda Lvov vilayətinin başçısı Maksim Kozitski məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya raketləri hərbi obyektləri və bir təkər sexinə zərbə endirib. Altı nəfər həlak olub, biri körpə olmaqla, səkkiz nəfər yaralanıb. Lvovun meri isə 5 raket zərbəsinin endirildiyini bildirib.

Hazırda döyüş gedən ərazilərdən uzaqda olan Lvova daha öncə də raket zərbələri endirilmişdi, amma ölən olmamışdı.

Şərqdə döyüşlər gedir

Kiyev vilayətinə də raket zərbələri endirildiyi xəbər verilir. Rusiyanın Müdafiə Nazirliyi nə Kiyev, nə də Lvova zərbələr haqda məlumat açıqlayıb.

Dnepropetrovsk vilayətində isə iki nəfərin yaralandığı bildirilir.

Ukraynanın şərqində döyüşlər davam edir. Luqansk vilayətinin başçısı Sergey Qayday Rusiya qüvvələrinin Kremennaya şəhərinə girdiyini, küçə döyüşləri getdiyini söyləyib. “Növbəti həftə ağır ola bilər. Sizi xilas etməyə sonuncu şans qala bilər”, – deyə başçı sakinləri evakuasiya olunmağa çağırıb.

Amma hazırda Kremennayadan çıxmağın mümkün olmadığı bildirilir.

Mariupol

Mariupolda Ukrayna qüvvələri “Azovstal” zavodunun ərazisinə nəzarəti saxlayırlar. Britaniyanın Müdafiə Nazirliyi bildirir ki, Mariupolda müqavimət Rusiya qüvvələrinin Ukraynanın şərqinə planlaşdırdığı böyük hücumu yubadır.

Rusiyanın intensiv hücumlarına baxmayaraq Mariupolda müqavimət ocaqları qalır, bu isə şəhərin təslim edilməsini uzadır.

Mariupolun həftələrlə mühasirədə qalması “ciddi” insan tələfatına səbəb olub, infrastruktura böyük ziyan dəyib.

Nazirlik Rusiyanı Çeçenistan və Suriyada mülki ərazilərdə işlətdiyi taktikadan istifadədə suçlayıb. Moskva isə fevralın 24-də Ukraynanın işğalına başlayanda deyirdi ki, “Rusiya şəhərləri vurmayacaq, Ukrayna əhalisini təhdid etməyəcək”.

XS
SM
MD
LG