Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:36

Rusiya ölmüş əsgərlərə aid məlumatların məxfiliyini artırır


Ukraynada həlak olmuş əsgərin Kareliyada dəfni
Ukraynada həlak olmuş əsgərin Kareliyada dəfni

Məqsəd Rusiya silahlı qüvvələrinin Ukraynada həlak olan əsgərlətinin ailə üzlərinə aid məlumatlara girişin məhdudlaşdırılmasıdır

Rusiyanın Müdafiə Nazirliyi Ukraynada həlak olmuş hərbçilərin yaxınlarının və qohumlarının şəxsi məlumatlarının məxfiləşdirilməsi niyyətindədir.

Bu barədə Rusiya hökumətinin rəsmi saytında məlumat verilib.

Hərbi əməliyyatlarda ölən hərbçilərin məlumatları Rusiyada artıq 2015-ci ildən dövlət sirri sayılır.

Lakin hərbi əməliyyatlarda həlak olanların yaxınları üçün müavinət və güzəştlər barədə sənədləri yerli məmurlar hazırlayırlar.

İndi Müdafiə Nazirliyi bu şəxslərin də ad və başqa şəxsi məlumatlarının məxfiləşdirilməsini istəyir.

“Xüsusi əməliyyat” qurbanları

Bu barədə hökumət qərarının layihəsində deyilir ki, sənəddən məqsəd Rusiya silahlı qüvvələrinin Ukraynadakı “xüsusi əməliyyatda”, habelə Donbasdakı qondarma respublikalarda həlak olanların ailə üzlərinə aid məlumatlara girişin məhdudlaşdırılmasıdır.

Hazırda Ukraynada həlak olan Rusiya əsgərlərinin kimliyi barədə onların qohumları və yerli məmurlar məlumat verirlər.

Müdafiə Nazirliyi bu məlumatları rəsmi qaydada dərc etmir. Nazirliyin martın 25-də verdiyi son məlumata görə Ukraynada 1351 Rusiya hərbçisi həlak olub.

Qərb kəşfiyyatları və Ukrayna hökuməti Rusiyanın canlı itkilərinin əslində on minlərlə olduğunu bildirirlər.

Ukrayna ordusu Rusiyanın 10 hücumunu dəf edib
Gözlə

No media source currently available

0:00 0:01:37 0:00

Rusiya nəyi gizlətməyə çalışır?

Aprelin 7-də Putinin sözçüsü Dmitri Peskov Sky News telekanalına müsahibəsində Rusiyanın Ukraynadakı itkilərinin “əhəmiyyətli” olduğunu etiraf etmişdi.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının aprelin 19-da verdiyi məlumatda Ukraynada həlak olmuş rusiyalı hərbçilərin sayının 20 mini keçdiyi bildirlirdi.

Son günlərdə isə aprelin 14-də Rusiyanın Qara dənizdə batmış “Moskva” kreyserində “itkin sayılan” hərbçilərin valideynləri övladlarının taleyi barədə məlumat almağa çalışırlar.

Putin 2015-ci ildə ordunun dinc zamanlarda itkilərini məxfiləşdirən fərman imzalayıb.

O vaxt Kreml bu fərmanın Ukraynadakı münaqişə ilə bağlı verildiyini inkar edirdi.

Vətəndaş cəmiyyəti fəalları bildirirlər ki, bu fərman insanların azad informasiya almaq və axtraış aparmaq hüquqlarını pozur.

XS
SM
MD
LG