Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:44

Çavuşoğlu Türkiyənin Ukrayna siyasətini izah edib


Türkiyə və Ukrayna xarici işlər nazirləri Mevlüt Çavuşoğlu (sağda) və Dmitro Kuleba
Türkiyə və Ukrayna xarici işlər nazirləri Mevlüt Çavuşoğlu (sağda) və Dmitro Kuleba

Çavuşoğlu: Ankara martın 29-da İstanbulda keçirilmiş danışıqlardan sonra gözləmirdi ki, Rusiya-Ukrayna müharibəsi bu qədər uzana bilər

“Bəzi NATO ölkələri Ukraynada müharibənin uzanmasını istəyirlər ki, Rusiyanın daha çox zəifləməsinə nail olsunlar”.

Bunu CNN Türkə müsahibəsində Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib.

Onun sözlərinə görə Ankara martın 29-da İstanbulda keçirilmiş danışıqlardan sonra gözləmirdi ki, Rusiya-Ukrayna müharibəsi bu qədər uzana bilər:

"Amma NATO xarici işlər nazirlərinin görüşündən sonra belə bir təsəvvür yarandı ki, NATO-da müharibənin uzanmasını istəyən üzvlər var. Yəni qoy müharibə davam etsin və Rusiya zəifləsin”.

Çavuşoğlu habelə Vladimir Putin və Volodimir Zelenski arasında görüşün mümkünlüyü barəsində suala da cavab verib.

O deyib ki, prezident Recep Tayyip Erdoğan hər iki ölkə başçısı ilə daimi əlaqədədir:

"Prezident Erdoğan bu liderlərlə yaxın günlərdə bir də danışacaq. Mən bugün Lavrovla, dünən isə Kuleba ilə danışmışam”.

Razılaşmaya Buça və İrpen mane oldu

Çavuşoğlu iddia edib ki, Zelenski və Putin arasında görüş hələ də mümkündür:

“Prinsipcə, onların hər ikisi müvafiq şərait olanda bir yerə toplaşmaq barədə müsbət danışırlar”.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan bundan əvvəl Kiyev yaxınlığındakı Buça qətliamına işarə ilə demişdi ki, dinc sakinlərin üzərinə hücumlar Moskva və Kiyev arasında Ankaranın vasitəçiliyi ilə “uğurlu danışıqları” əngəlləyib.

Çavuşoğlu deyib:

"Tərəflər danışıqlarda hissolunacaq tərəqqiyə nail olmuşdular. Lakin Buça və İrpendən görüntülər, Kramatorskda dinc sakinlərin hədəf edilməsi bizim səylərimizə kölgə salır”.

Erdoğan isə bildirib ki, Türkiyə həm tərəflər, həm də beynəlxalq birlik üçün məqbul razılaşmanın əldə olunması üçün səylərini davam etdirəcək.

Ukrayna rəsmisi Rusiyanın 9 hücumunun dəf edildiyini deyir
Gözlə

No media source currently available

0:00 0:01:44 0:00

Ankara Kiyevin qarantiya tələbini məqbul saymır

Lakin Çavuşoğlu CNN Türkə müsahibəsində bunu da deyib ki, Ankara Ukraynanın ona NATO Nizamnaməsinin 5-ci maddəsindəkinə bənzər təhlükəsizlik qarantiyasının verilməsi tələbi ilə razı deyil.

Türkiyə xarici işlər naziri izah edib ki, Kiyev əvvəlcə özünün təhlükəsizlik qarantiyası barədə ehtiyaclarını konkretləşdirməlidir:

“Bu qarantiyaların nədən ibarət olduğu bilinmədən heç bir qarantiyalar ola bilməz. Zelenski deyib ki, ona bu sənəddə NATO Nizamnaməsinin 5-ci maddəsinə oxşar qarantiya lazımdır. Bu təklifi heç bir ölkə qəbul etməyib. ABŞ, Britaniya və Kanada da bunu məqbul saymırlar. Əlbəttə, Türkiyə də bunu məqbul saymır. Belə qarantiyalara qarşı heç kim çıxmır, amma şərtlər aydın deyil”.

NATO Nizamnaməsinin 5-ci maddəsi alyansın bir üzvü üzərinə hücumu onun bütün üzvləri üzərinə hücum kimi kvalifikasiya edir.

Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski demişdi ki, onun ölkəsi Ukrayna ilə imzalanacaq hər hansı təhlükəsizlik razılaşmasına ABŞ, Britaniya, Türkiyə və İtaliyanın qarant dayanmasını istəyir.

Trükiyə bundan əvvəl Rusiyanın Ukraynaya hücumunu pisləsə də, Moskva üzərinə özünün Qərb müttəfiqləri tərəfindən qoyulan sanksiyalara qoşulmayıb.

Erdoğan bildirib ki, Türkiyə həm Kiyev, həm də Moskva ilə yaxşı münasibətlərə can atır.

Çin və Yunanıstan məsələsi

CNN Türkə müsahibəsində Çavuşoğlu Türkiyənin Qərb müttəfiqlərinin Rusiyaya qarşı sanksiyalarına qoşulmamasının səbəblərinə də aydınlıq gətirib:

“Hüquqi baxımdan icbari qərarlar BMT-nin qərarlarıdır. Türkiyə bu qərarlara həmişə əməl edib. Bizə sanksiyalara niyə qoşulmamağımızı anladıqlarını bildirirlər. Hər iki tərəflə diplomatik təmaslarımızı davam etdirməyimiz burada ən əhəmiyyətli məqamdır. Türkiyəyə burada ehtiyac var. İki ölkənin də inandığı bir ölkəyik”.

Çavuşoğlu deyib ki, “Yunanıstan da sanksiyalara qoşulması üçün Türkliyəyə təzyiq göstərilməsini istəyir, amma Qərb ölkələri sanksiyalara qoşulmamaq səbəbimizi anlayırlar”.

Bu müsahibəsində Çavuşoğlu habelə bildirib ki, Çin Ukraynadakı hadisələrin axarını radikal bir şəkildə dəyişə bilər.

Türkiyə xarici işlər nazirinin fikrincə Pekinin bu qarşıdurmada kimin tərəfində durmasından asılı olaraq vəziyyət dəyişə bilər:

“Çin dəfələrlə bildirib ki, Ukraynanın ərazi bütövlüyünü mühüm məsələ sayır, amma fikir ayrılıqları diplomatik yollarla həll olunmalıdır”.

Çavuşoğlu bunu da qeyd edib ki, Çin şirkətləri Rusiyaya qarşı sanksiyaları pozmamaq üçün ciddi səy göstərirlər.

XS
SM
MD
LG