Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:34

Almaniya şirkəti Ukraynaya 88 'Leopard' tankı vermək istəyir


Polşa ordusunun Leopard 2 tankı
Polşa ordusunun Leopard 2 tankı

Almaniyanın Rheinmetall konserni Ukraynaya 88 Leopard 1A5 tankının verilməsi üçün hökumətdən icazə istəyib.

Almaniyanın Die Welt qəzeti sözü gedən sorğu ilə tanış mənbələrə istinadən yazır ki, şirkət ilk 22 tankı artıq bir neçə həftəyə göndərə bilər.

Qalan tankların bu ilin sonunadək çatdırıla biləcəyi xəbər verilir.

Lakin sözü gedən tankların Kiyevə verilməsi üçün Almaniya federal hökumətinin icazəsi lazımdır.

Reuters agentliyi yazır ki, Rheinmetall konserninin nümayəndələri artıq kansler Olaf Şoltsun administrasiyasına müraciət ediblər.

Rheinmetall habelə Ukraynaya 100 ədəd Marder PDM-nin çatdırılması üçün icazə istəyib.

Ukrayna Rusiyanın azı 7 hücumunun dəf edildiyini deyir
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

Polşa Ukraynaya T-72 tankları verib

Leopard 1 tankının müxtəlif modifikasiyaları 2010-cu ilədək Almaniya silahlı qüvvələri – Bundesverin istifadəsində olub.

Hazırda Almaniya ordusunda bu tankları Leopard 2 modifikasiyası ilə əvəzləyirlər.

Leopard 1 tanklarına gəlincə isə bu tanklar dünyanın bir sıra ölkələrinin ordularında var.

Aprelin 25-də bu da xəbər verilib ki, Varşava Kiyevə müəyyən sayda köhnə T-72 sovet tanklarını verib.

Bunun əvəzində Britaniya Polşaya öz istehsalı olan yeni Challenger 2 tankları verməlidir.

XS
SM
MD
LG