Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:43

'Reno' 'Moskviç' buraxacaq. McDonald's...


"Moskviç" avtomobilləri, 1979-cu il
"Moskviç" avtomobilləri, 1979-cu il

Moskvanın meri Sergey Sobyanin artıq “Reno” zavodunda tarixi “Moskviç” brendi adıyla yüngül avtomobillərin istehsalının bərpa olunduğunu açıqlayıb

ABŞ-da yerləşən McDonald's mayın 16-da bəyanatında bildirib ki, 30 illik fəaliyyətdən sonra Rusiyadan gedir, bu ölkədəki biznesinin satışı prosesinə başlayıb.

Şirkət Rusiyadan getməsini Ukraynadakı müharibənin yaratdığı humanitar böhran, proqnozlaşdırılması mümkün olmayan mühitlə, bütün bunların McDonald's dəyərlərinə uyğun gəlməməsilə izah edib. McDonald's Rusiyada bütöv portfoliosunu yerli alıcıya satacağını bildirib. Restoranlar şəbəkəsinin McDonald's sözü yazılmış tağı isə götürüləcək, ancaq şirkət Rusiyada ticarət markasını saxlayacaq.

McDonald's-ın Rusiyadakı restoranlarının 80 faizindən çoxu şirkətin adını daşıyır, ümumi gəlirlərinin 9, əməliyyat gəlirlərinin isə 3 faizini təşkil edir.

McDonald's dünyanın 100-dən çox ölkəsində 39 mindən çox məkanın sahibidir.

***

“Renault” şirkətinin Rusiyadakı aktivləri dövlət mülkiyyətinə keçib. Bu haqda “Current time” Sənaye və Ticarət Nazirliyinə istinadla yazır.

Məlumata görə, “AvtoVAZ”ın aksiyaları nazirliyin Avtomobil və Avtomotor Elmi-tədqiqat İnstitutuna, “Reno Rusiya” zavodu isə Moskva hakimiyyətinin balansına keçir.

Türkiyənin tikinti şirkətləri Rusiyada gördükləri işin pulunu ala bilmirlər
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

6 il ərzində geri qayıtmaq

Sazişin şərtlərində Renault-un “AvtoVAZ”dakı səhmlərinin 6 il ərzində geri alınması imkanı da nəzərdə tutulub, nazirlik bildirir.

“Renault” satış qərarını mürəkkəb, amma vacib adlandırıb. “Biz çətin, ancaq lazımlı qərar verdik, Rusiyadakı 45 min əməkdaşımıza münasibətdə məsuliyyətli seçim edir, şirkətin effektivliyini və gələcəkdə ölkəyə qayıtma imkanımızı saxlayırıq”, – “Renault Group”un Baş direktoru Luka de Meo deyib.

Renault martın 23-dən Moskvada istehsalı dayandırıb. Bu qərar Rusiyanın fevralın sonunda Ukraynaya hücumundan sonra verilib.

Moskvanın meri Sergey Sobyanin artıq “Reno” zavodunda tarixi “Moskviç” brendi adıyla yüngül avtomobillərin istehsalının bərpa olunduğunu açıqlayıb.

“Elektromobillər istehsal olunacaq”

“Yenidən yaranmış “Moskviç” Moskva avtomobil zavodunun əsas texnoloji tərəfdaşı KAMAZ olacaq. Birinci mərhələdə daxili yanma mühərriki ilə klassik avtomobillər, gələcəkdə isə elektromobillər istehsal olunacaq”, – mer öz bloqunda yazıb.

O, kollektivin böyük hissəsinin saxlanacağını vəd edib.

Rusiyadakı “Renault” avtomobillərinə servis xidmətini “AvtoVAZ” həyata keçirəcək. Nazirliyin məlumatına görə, Rusiya şirkəti “Lada” avtomobillərinin bütün modellərinin istehsalını davam etdirəcək.

“Moskviç” avtomobilləri 1930-2010-cu illərdə istehsal olunub. 1998-ci ildən bu müəssisə “Reno Rusiya”nın nəzarətinə keçib, Fransa avtomobilləri istehsal etməyə başlayıb.

Rusiya fevralın 24-də Ukraynaya hücuma başlayandan sonra onlarla xarici konsern, brendlər bu ölkədə işinə fasilə verib, yaxud Rusiya bazarından tamamilə getdiyini açıqlayıb.

XS
SM
MD
LG