Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:42

Rusiya canlı qüvvə itkisinin yerini belə dolduracaq?


Mayın 9-da Ukraynanın Vilxivka kəndi yaxınlığında həlak olmuş Rusiya əsgərləri
Mayın 9-da Ukraynanın Vilxivka kəndi yaxınlığında həlak olmuş Rusiya əsgərləri

Rusiya Dövlət Duması mayın 25-də hərbi xidmət üçün yuxarı yaş həddini ləğv edən qanunu eyni zamanda üç oxunuşda qəbul edib.

Üstəlik eyni qanun eyni gündə Rusiya parlamentinin yuxarı palatası – Federasiya Şurası tərəfindən qəbul olunub.

Yeni qanun Rusiyanın əmək qabiliyyətli əhalisi üçün (Rusiya kişilər üçün bu yaş həddi 65-dir) müqaviləli hərbi xidmət icazəsi verir.

Qanunda xaricilərin də Rusiyada bu şərtlərlə müqaviləli hərbi xidmət keçməsinə icazə verilir.

Bundan əvvəlki qaydaya görə Rusiya vətəndaşı ilk hərbi kontraktını 40 yaşına çatmamış, xarici vətəndaş isə 30 yaşınadək bağlaya bilərdi.

Layihənin müəllifləri – hakim Vahid Rusiya partiyasından müdafiə komitəsinin sədri və müdafiə nazirinin keçmiş müavini Andrey Kartapolov və onun komitə üzrə birinci müavini Andrey Krasovdur.

Bu deputatlar Deputatlar hesab edirlər ki, qanun orduya hazırda ehtiyac duyulan yeni mütəxəssislərin, əsasən həkim və mühəndislərin cəlb olunmasına imkan verəcək.

Qanun layihəsinə əlavə edilmiş izahatda deyilir ki, müasir orduda “dəqiq silahlardan istifadə və onlara xidmət göstərilməsi üçün yüksək ixtisaslı şəxslərə ehtiyac var”.

Qanun layihəsi müəlliflərinin fikrincə belə ixtisaslı ekspertlər 40-45 yaşlarında formalaşır.

Kreml boynuna almasa da

Ekspertlər diqqəti belə bir məqama çəkirlər ki, layihə məhz indi Rusiya ordusunun Ukraynada ağır itkilərə məruz qaldığı bir vaxtda təklif olunub.

May ayının əvvəllərində Britaniya və ABŞ mediası və kəşfiyyatı prezident Vladimir Putinin bu itkilərlə bağlı ümumi səfərbərlik elan edə biləcəyini bildirirdilər.

Kreml bu kimi xəbərləri “yalan” və “cəfəngiyyat” adlandırırdı.

İndi isə sözü gedən qanun layihəsi qəbul olunduqdan sonra əhalinin daha yaşlı kateqoriyasını müharibəyə cəlb etmək mümkün olacaq.

Ekspertlər Rusiyada ümumi səfərbərliyin elan edilməməsinə baxmayaraq faktiki olaraq belə bir səfərbərliyə cəhdlər edildiyini bildirirlər.

Rusiyadan alınan bəzi xəbərlərdə feyilir ki, kişilər guya “hərbi qeydiyyat məlumatlarının” yoxlanması adı ilə hərbi komissarlıqlara çağırılırlar.

“Xəlvəti səfərbərlik”

CurrentTime yazır ki, hərbi komissarlıqlara belə çağırışların məsələn Nijni Novqorodda baş verdiyinə dair xəbərlər var.

BBC-nin Rus xidməti yazır ki, əslində Rusiyada “üstüörtülü səfərbərlik” Moskva Ukraynaya səbəbsiz və əsassız müdaxilə edəndən başlanıb.

Bu da xəbər verilir ki, “hərbi qeydiyyat məlumatlarının yoxlanması” bəhanəsi ilə komissarlıqlara çağırışlar bütün ölkə boyunca həyata keçirilir.

Bu çağırışlarla hərbi komissarlıqlara gələnləri burada orduya “könüllü yazılmağa” sövq etməyə çalışırlar.

Xəbərlərə görə belə təkliflərdən heç də hamı imtina etmir.

Xüsusilə də sayı az olmayan yoxsullar hərbi xidmətdən qazanc əldə etmək üçün fürsət tapmış olurlar.

XS
SM
MD
LG