Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:38

Hesabat: Ukraynaya görə Rusiyaya münasibət necə dəyişib


Avropa daxilində rəyi soruşulanların 55 faizi Vladimir Putinin Ukraynaya müdaxiləsi ilə bağlı Rusiya ilə bütün iqtisadi əlaqələrin kəsilməsinə tərəfdar olduğunu bildirib

2022-ci il üçün demokratiyanın qavranması hesabatında Rusiyanın Ukraynaya qarşı müharibəsinin qiymətləndirilməsində Qərb demokratiyaları ilə dünyanın qalan hissəsi arasında kəskin fərq qeydə alınıb.

Avropa daxilində rəyi soruşulanların 55 faizi Vladimir Putinin Ukraynaya müdaxiləsi ilə bağlı Rusiya ilə bütün iqtisadi əlaqələrin kəsilməsinə tərəfdar olduğunu bildirib.

Asiyada əksinə respondentlərin əksəriyyəti Rusiya ilə iqtisadi bağların qırılmasına qarşı olduğunu deyib.

Latın Amerikasında Ukrayna müahribəsinə görə Rusiyaya mənfi və müsbət münasibət təxminən bərabər olub.

Rusiyaya qarşı neqativ münasibət ən çox Avropada və başqa liberal demokratiyalarda qeydə alınıb.

Çin, İndoneziya, Misir, Vyetnam, Əlcəzair, Mərakeş, Malayziya, Pakistan və Səudiyyə Ərəbistanında Rusiyaya münasibət pozitiv olaraq qalıb.

Türkiyə

2022-ci il Demokratiyanın Qavranması İndeksi Asiya, Latın Amerikası, Şimali Amerika və Avropanın 52 ölkəsini əhatə edir.

Təhlil edilən ölkələrdən 20-ində Ukraynaya görə Rusiya ilə əlaqələrin kəsilməli olmadığını düşünənlər çoxluq təşkil edirlər.

Bunlar Yunanıstan, Keniya, Türkiyə, Çin, İsrail, Misir, Nigeriya, İndoneziya, Cənubi Afrika, Vyetnam, Filippin, Macarıstan, Meksika, Tayland, Mərakeş, Malayziya, Peru, Pakistan, Səudiyyə Ərəbistanıdır. Kolumbiyada respondentlər yarı bölünüblər.

Avropa

Respondentləri Ukraynaya təcavüzə görə Rusiya ilə münasibətlərin kəsilməsinə tərəfdar olan 31 ölkədən 20-si Avropadadır.

The Guardian yazır ki, nəticələr Rusiya diplomatları üçün təsəlli gətirsə də, bir çox ölkələrdə Rusiyaya etimadsızlıq son dərəcə yüksəkdir.

Rusiyaya neqativ münasibət bəsləyənlər Polşada 87, Ukraynada 80, Portuqaliyada 79, İtaliyada 65, Britaniyada 65, İsveçdə 77, ABŞ-da 62 və Almaniyada 62 faizdir.

Hətta ənənəvi olaraq Rusiyaya meylli Macarıstan (32 faiz) və Venesuelada (36 faiz) Moskvaya etimad azalıb.

Rusiyaya rəğbətlilər

Respondentləri Rusiyaya ən rəğbətli ölkələr Hindistan (36 faiz), İndoneziya (14 faiz), Səudiyyə Ərəbistanı (11 faiz), Əlcəzair (29 faiz), Mərakeş (4 faiz) və Misirdir (7 faiz).

Bu hesabat sorğusunda Rusiyaya münasibət qarışıq olsa da, əksər ölkələrdə Ukraynaya pozitiv münasibət ifadə olunub.

Asiya, Latın Amerikası və Avropada əksəriyyət hesab edir ki, NATO, ABŞ və Avropa Ukraynaya daha çox kömək edə bilərdi.

Latın Amerikasındakı respondentlərin 62 faizi bu qənaətdədir. Avropada bu rəqəm 43 faizdir. Çində isə əksinə, rəyi soruşulanların 34 faizi ABŞ-ın Ukraynaya həddən artıq kömək etdiyini düşünür.

Qlobal miqyasda respondentlərin 46 faizi düşünür ki, Qərb Ukraynaya lazımınca dəstək verməyib.

XS
SM
MD
LG