Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:34

DST: Koronavirusun laboratoriyadan sızması versiyası araşdırılmalıdır


Çinin aparıcı viroloqlarından Şi Jenqli Vuhan labroratoriyasında (Arxiv fotosu) Washington had provided no evidence to s
Çinin aparıcı viroloqlarından Şi Jenqli Vuhan labroratoriyasında (Arxiv fotosu) Washington had provided no evidence to s

DST ekspertləri hesab edirlər ki, bu versiyanın araşdırılması üçün Çinin Vuhan şəhərindəki laborotoriyada cavabdeh olan şəxslərin danışdırılmasına ehtiyac var

Dünya Səhiyyə Təşkilatı (DST) bildirib ki, COVID-19 virusunun mənşəyinin, onun laboratoriyadan sızmasına dair ehtimallar da daxil daha “dərindən” öyrənilməsi zəruridir.

Associated Press agentliyinin yazdığına görə DST ekspertləri qeyd ediblər ki, dünya tarixində xəstəliklərin laboratoriyalarda insidentlər nəticəsində yayılması faktları məlumdur və məhz buna görə də bu “son dərəcə siyasiləşdirilmiş versiyanı” istisna etmək olmaz.

DST ekspertləri hesab edirlər ki, bu versiyanın araşdırılması üçün Çinin Vuhan şəhərindəki laborotoriyada biotəhlükəsizlik və biomüdafiəyə cavabdeh olan şəxslərin danışdırılmasına ehtiyac var.

DST hesabatının “qeydlər” bölümündə deyilir ki, Çin, Rusiya və Braziliya ekspertləri virusun laboratoriyadan “qaçması” versiyasının araşdırılmasına qarşı çıxırlar.

DST ekspert komissiyasının Vuhan Virusologiya İnstitutuna ötən il keçirilmiş səfərindən sonra hazırlanmış hesabatda deyilirdi ki, virusun laboratoriyadan sızması versiyası “son dərəcə az ehtimal olunandır”.

O vaxt alimlər bu qənaətlə kifayətlənmişdilər ki, xəstəlik insanlara, yenə də ehtimalən yarasalardan keçib.

Laboratoriya variantını istisna etmək tezdir

Lakin belə mövqeyin bir sıra başqa ekspertlər tərəfindən kəskin tənqid olunmasından sonra DST rəhbərliyi etiraf edib ki, laboratoriyadan sızma versiyasını “vaxtından əvvəl” istisna etmək olmaz.

Çin koronavirusun onun laboratoriyalarının birindən sızması ilə bağlı ehtimalları qətiyyətlə rədd edib və əks-arqumentlə çıxış edib ki, virus ABŞ laboratoriyalarından yayıla bilərdi.

Associated Press yazır ki, Çin DST-nin təhqiqatına mane olur. Pekin virusun yayılmasına dair ilkin informasiyanı açıqlamaqdan imtina edir.

2022-ci ilin fevralında DST təkrar olaraq Çinə müraciət etmiş, virusa ilk yoluxmalar haqqında informasiyaları istəmişdi.

Çinin bu məktuba cavab verib-vermədiyi və ya necə cavab verdiyi məlum deyil.

Amerika cavab tələb edir

DST-nin məşvərətçi qruplarından birinin üzvü Ceymi Metzl təklif edib ki, COVID-in mənşəyinin araşdırılması üçün Böyük yeddilərin G7 qrupuna üzv ölkələrin ekspertlərindən ibarət komissiya yaradılsın.

Alimin fikrincə bu ona görə lazımdır ki, DST belə kritik araşdırmanın aparılması üçün kafi siyasi hakimiyyətə və ekspert müstəqilliyinə malik deyil.

Metzl DST-nin COVID-19-un mənşəyinin araşdırılmasına çağırışını alqışlayıb, lakin bildirib ki, bu kifayət deyil:

“Faciəli bir şəkildə Çin hökuməti zəruri xam datanın açıqlanmasından hələ də imtina edir və Pekin Vuhan laboratoriyasının tam təftişinə icazə verməyəcək. Bu məlumatlara giriş verilməsi zəruridir, çünki bunlarsız pandemiyanın necə başlandığını müəyyənləşdirmək və gələcək pandemiyaların qarşısının alınması üçün tədbirlər görmək mümkün deyil”.

Vaşinqtonda Nümayəndələr Palatasında respublikaçıların rəhbərlik etdiyi COVID-19 alt komitəsi Twitter-də yazıb:

“COVİD-19-un laboratoriyadan sızması versiyası barədə suallar verdiklərinə görə Amerikalılara “qəsd nəzəriyyəçiləri” kimi bir damğa vurulub. İndi isə DST eyni sualları verir. BİZƏ İSƏ CAVABLAR LAZIMDIR”.

DST ilə bağlı ekspertlər 2021-ci ildə gileylənirdilər ki, pandemiyanın mənşəyinin öyrənilməsi dalana düşüb və virusun yayılmasından iki il sonra lazımi məlumatların toplanması son dərəcə çətin olacaq.

XS
SM
MD
LG