Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:22

MİDA 'sistem təkmilləşdirilir' deyir, ekspert şübhə edir


Güzəştli mənzillərin satış problemi
Gözlə

No media source currently available

0:00 0:02:38 0:00

Güzəştli mənzillərin satış problemi

Güzəştli mənzillərlə bağlı martda aparılan satışların nəticələri ləğv edilib. Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə inşa edilən 442 mənzil yenidən satışa çıxarılacaq. Araşdırmalarla müəyyən olunub ki, mənzillərin 60 faizdən çoxu müdaxilə nəticəsində qeyri-qanuni yolla seçilib. Faktla bağlı CM-nin 273.3.1 və 273.3.2-ci (qabaqcadan bir qrup şəxsin kompüter sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxiləsi) maddələri ilə cinayət işi başlanıb. Məlumata görə, E.E.Məmmədov, R.A.Hacıyev, F.İ.Hüseynov, Y.İ.Lətifzadə, T.T.Abdullayev, C.F.Məmmədov və digərləri martın 30-da "Güzəştli mənzil" informasiya sisteminə daxil olub kompüter məlumatlarını qəsdən təkrar dəyişdiriblər. Bənzər hal əvvəl də olmuşdu.

MİDA-dan "Turan"a hazırda sistemin təkmilləşdirilməsi istiqamətində işlər getdiyi deyilir: "DEMO versiya ilə əsl versiya eyni hazırlandığından sistemə müdaxilə etmək mümkün olub. Buna görə də versiyalar arasında fərqlər ola bilər. Sistemdə işlər yekunlaşdıqdan sonra növbəti mərhələ elan olunacaq və bir ay əvvəldən mənzil seçimi ilə bağlı elan veriləcək".

Açılışdan 3 il sonra dövlətin sosial evlərinin keyfiyyətsizliyi üzə çıxıb
Gözlə

No media source currently available

0:00 0:05:17 0:00

MİDA-dan mənzil seçimi prosesinin iki mərhələdən ibarət olduğu xatırladılır: "İlk mərhələdə mənzil seçimi aparılır. Daha sonra isə mənzil sifarişi mərhələsi gəlir. Burada bina, mərtəbə, otaq sayı seçilir".

Vətəndaş seçimini 10 dəqiqə ərzində təsdiqləməlidir, əks təqdirdə, həmin mənzil üzrə digərlərinin seçimi üçün funksiya aktivləşir.

MİDA-dan deyilir ki, mənzillərin seçimi barədə elan, ən azı, 30 gün əvvəl verilir. "Hər elandan sonra təxminən 1 ay müddətində güzəştli mənzilin DEMO versiyası açılır. Elektron kabinetə sahib olan şəxslər həmin versiyada seçim üsullarına baxır, sistem barədə məlumatlı olurlar".

İqtisadçı: "Bu sistemlə mənzillərin şəffaf satışı çətindir"

MİDA-nın sistemi təkmilləşdirmək haqda vədlərinə baxmayaraq, onun şəffaflığına, effektivliyinə indidən şübhəylə yanaşanlar var. ReAL Partiyasının icraçı katibi, iqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna açıqlamasında deyir ki, bu sistemlə mənzillərin şəffaf satışı çətindir. O, bunun səbəbini ev almaq istəyənlərini sayının həddindən artıq çox olması ilə izah edir.

N.Cəfərli
N.Cəfərli

İqtisadçının fikrincə, problemin həlli üçün ən yaxşı yol həmin mənzilləri almağa hüququ çatanlar arasında şəffaf şəkildə lotereyanın keçirilməsidir.

"Başqa cür insanları inandırmaq mümkün olmayacaq. Lotereya canlı yayımda aparılmalı, komissiyanın tərkibi vətəndaş cəmiyyətinin üzvlərindən, jurnalistlərdən ibarət olmalıdır. Adı qutudan çıxan şəxslərə də mənzillər verilməlidir. Başqa cür mümkün deyil", - N.Cəfərli belə söyləyir.

MİDA növbəti mənzil satışını nə zaman reallaşdıracaq, hələlik, bəlli deyil.

Xatırlatma

Sosial evlərin tikintisi ilə məşğul olan MİDA Prezident İlham Əliyevin 2016-cı ilin aprelində imzaladığı sərəncamla yaradılıb. Agentliyin əsasnaməsinə görə, başlıca məqsəd vətəndaşların güzəştli mənzil əldə etmələrinə şərait yaratmaqdır. Bu mənzillərin ipoteka kreditləri ilə alınan adi mənzillərdən daha ucuz başa gəldiyi deyilir. Kredit illik 4 faiz dərəcəsi olmaqla 3-30 illiyə verilir.

XS
SM
MD
LG