Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:32

Araşdırma: Ukrayna müharibəsinə Qırğızıstan vətəndaşlarını da aparırlar


Amanbek Kurbanbayevin qardaşı Smayılbek matəm zamanı
Amanbek Kurbanbayevin qardaşı Smayılbek matəm zamanı

Qırğızıstan vətəndaşlarının ölkə xaricindəki münaqişələrdə iştirakı cinayət əməli hesab edilir

Qırğızıstan vətəndaşlarını da Mərkəzi Asiyanın başqa ölkələrində olduğu kimi Ukrayna müharibəsində vuruşmaq üçün Rusiya ordusuna səfərbər edirlər.

Bu barədə araşdırma nəticələrini jurnalist Ali Toktakunovun başçılığı altında Mediahub ictimai fondu özünün YouTube kanalında dərc edib.

Bu barədə AzadlıqRadiosunun Qırğız xidməti – Azattık yazır.

Bu araşdırmada iddia olunur ki, sosial media şəbəkələrində Mərkəzi Asiya ölkələrinin sakinlərini, xüsusilə də Qırğızıstan və Özbəkistan vətəndaşlarını Rusiyanın Wagner özəl hərbi şirkətində işə çağıran elanlar dərc edilir.

Elanlarda söhbət konkret olaraq Ukraynadan yox, Rusiyanın müxtəlif regionlarından gedir.

Elanlarda göstərilir ki, namizədlər Rusiyanın ucqar regionlarında “sənaye obyektlərinin mühafizəsi” ilə məşğul olacaqlar.

Ukraynadakı Rusiya əsgərləri döyüşdən imtina edirlər
Gözlə

No media source currently available

0:00 0:02:54 0:00

Molkino xutoru

Lakin jurnalistlər elanlarda göstərilən nömrələrə zəng etdikdə onlara tamamilə başqa bir iş – Ukraynada aparılan “xüsusi əməliyyatda” iştirak təklif edilib və aya 240 min rubl (4102 dollar) maaş vəd olunub.

Bu da bildirilib ki, işə götürən təşkilat Rusiya Müdafiə Nazirliyinin maraqları üçün işləyir, amma xəsarət alanlara heç bir kompensasiya nəzərdə tutulmur.

İşə qəbul olunmaq istəyənlərə Krasnodar diyarının Molkino xutoruna gəlmək təklif edilir.

Bundan əvvəlki jurnalist araşdırmaları müəyyən etmişdi ki, bu kənddə Wagner özəl hərbi şirkətinin bazası yerləşir.

Azı iki qırğız

Qırğızıstan vətəndaşlarının ölkə xaricindəki münaqişələrdə iştirakı cinayət əməli hesab edilir.

Bir sıra medialar Wagner özəl hərbi şirkətinin müxtəlif ölkələrdə muzdlu əsgər toplaması barədə məlumat vermişdilər.

Digər tərəfdən Rusiya hakimiyyəti ölkədə hər hansı özəl hərbi şirkətin olmasını inkar edir. Halbuki bu təşkilat və onun döyüşçüləri barədə kremlyönlü media da xəbərlər yayır.

Azattık radiosu yazır ki, indiyədək azı iki Qırğızıstan vətəndaşının Ukraynada həlak olduğu məlumdur.

Xəbər verilirdi ki, Ruslan Polatov və Amanbek Kurbanbayev Rusiya qoşunlarının tərəfində döyüşüblər.

Lakin onların ora necə gedib çıxmaları və kim tərəfindən səfərbər olunmaları barədə məlumat yoxdur.

Bu da qeyd olunmalıdır ki, Rusiya regionlarında da Ukrayna müharibəsində iştirak üçün könüllülər toplanır. Amma onlar Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayırlar.

XS
SM
MD
LG