Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:30

Yazıçı Salman Rüşdiyə hücum olub, o, bir gözünü itirə bilər


Salman Rüşdi
Salman Rüşdi

Xəbərdə deyilir ki, bir nəfər səhnəyə çıxıb və aparıcının təqdim etməkdə olduğu Rüşdiyə yumruq və bıçaq zərbələri endirib

Yazıçı Salman Rüşdini bıçaqlanmasında şübhəli bilinən şəxsə qarşı "adam öldürməyə cəhd"ittiham irəli sürülüb. O, zaminə buraxılma hüququ istisna olmaqla həbs edilib. Bu barədə şənbə günü cinayətin törədildiyi Nyu-York ştatının Chautauqua dairəsinin səlahiyyətliləri məlumat verib.

“Amerikanın səsi”nin məlumatına görə, Matarın valideynləri Livandan ABŞ-a mühacirət ediblər. Vəkil vasitəsilə o, günahsız olduğunu bəyan edib. Sui-qəsdin motivləri hələ də bəlli deyil.

***

Avqustun 12-də hücum zamanı qaraciyəri və gözü zədələnmiş, o cümlədən qol sinirləri kəsilmiş yazıçı Salman Rüşdü bir gözünü itirə bilər. Hadisənin şahidi olan Associated Prees müxbirinin sözlərinə görə, yazıçıya "bıçaq və ya yumruqla" 10-15 zərbə vurulub.

Rüşdini bıçaqladığı iddia edilən şəxsin kimliyini müəyyən edib. Həmin şəxsin Nyu Cersidən olan 24 yaşlı Hadi Matar olduğu bildirilir. Tədbirin təhlükəsizliyi təmin edən hərbçilər həmin şəxsi elə hadisə yerində tutublar. Polisin məluatına görə, mötiv hələ bəlli olmadığından Hadi Matara qarşı ittiham irəli sürülməyib.

Rüşdinin nümayəndəsi Andrew Wylie yazıçının bir gözünü itirmə ehtimalının olduğunu bildirib.

Tədbirin moderatoru 73 yaşlı Henri Riz də hücuma məruz qalıb. Polisin məlumatına görə, üzündən zədə alan Riz tibbi yardımdan sonra xəstəxanadan buraxılıb.

***

Yazıçı Salman Rüşdiyə Nyu Yorkda keçirilən bir tədbirin səhnəsində hücum olub.

O bu tədbirdə mühazirə oxulamalıydı.

Xəbərdə deyilir ki, bir nəfər səhnəyə çıxıb və aparıcının təqdim etməkdə olduğu Rüşdiyə yumruq və bıçaq zərbələri endirib.

Hadisə zamanı çəkilən videolarda yazıçının yerə yıxıldığı və həkimlərin onun yardımına qaçdığı görünür.

Hücum avqustun 12-də Nyu Yorkda Şatokua İnstitutunda baş verib.

Bir çox dindarlar “Şeytan ayələri” kitabı İran və bir çox müsəlman ölkələrində qadağan olunmuş Rüşdini “kafir” adlandırırlar.

Kitab 1988-ci ildə çap edildikdən az sonra İranın ovaxtkı lideri ayətüllah Ruhulla Xomeyni Rüşdinin ölümünə fətva verib.

Lakin İran hökuməti sonrakı illərdə Xomeyninin fətvası ilə əlaqəsinin olmadığını bildirib.

Vəziyyəti naməlumdur

2012-ci ildə yarımrəsmi İran dini fondu Rüşdinin öldürülməsi üçün 2.8-3.3 milyon dollar mükafat pulu toplayıb.

Kitabın yapon dilinə tərcüməçisi 1991-ci ildə bıçaqlanaraq öldürülüb.

Lakin Xomeyninin xələfi ayətüllah Əli Xameneyi 2005-ci ildə deyib ki, Rüşdi barəsində ölüm fətvası qüvvədə qalır.

İllərlə müxtəlif məxfi məkanlarda yaşayan Rüşdi iddia edirdi ki, adamlar sözü gedən fətvanın icrasında maraqlı deyillər. O daha sonra fətva haqqında xatirlərini yazıb.

Britaniyanın baş naziri Boris Conson ABŞ-da keçirilən ədəbiyyat tədbirində Salman Rüşdiyə edilmiş hücumdan sarsıldığını bildirib:

“Mənim bütün fikrim indi onun yaxınlarının yanındadır. Biz ümid edirik ki, hər şey yaxşı olacaq”.

Ədəbiyyat üzrə Nobel mükafatlarını verən İsveç komitəsi 2016-cı ildə fətvanı pisləyib və bildirib ki, yazıçının öldürülməsi üçün vəsait toplanması beynəlxalq qanunun kobud şəkildə pozulmasıdır.

Sky News bildirir ki, Hindistan doğumlu Britaniya yazıçısı Salman Rüşdi hücumdan sonra helikopterlə xəstəxanaya aparılıb, amma vəziyyəti məlum deyil.

Nyu York polisi hücum edənin saxlandığını və dindirildiyini bildirib.

XS
SM
MD
LG