Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:33

İranda hicaba etiraz edən qadın zaminə buraxılıb


Tehranda qadınlar
Tehranda qadınlar

Bəyanatı imzalayanlar hicabı düzgün taxmamağa görə cərimə tətbiqinə etiraz ediblər, bunu azadlığın pula çevrilməsi adlandırıblar

İranda ictimai nəqliyyatda məcburi hicab taxmaqdan imtina edəndən sonra iki aydan çox həbsdə saxlanmış Sepideh Raşno müvəqqəti zaminə buraxılıb.

Raşnonun vəkili və qardaşının avqustun 30-da sosial mediada yaydığı fotolarda o, Tehranda küçədə dayanıb. Qadının 8 milyard rial (27 min dollar) qarşılığında zaminə buraxıldığı bildirilir.

Bir gün öncə Raşnonun işi üzrə ilk məhkəmə iclası keçirilmişdi.

İranda qadınların ‘onillərlə’ çəkən əsarətinə etiraz edirlər

Mindən çox iranlı, vətəndaş cəmiyyəti fəalı “iranlı qadınların qırx ildir davam edən əsarətinə” etiraz bildirən bəyanat imzalayıb.

Məktubun imzalanmasına məcburi hicab qaydasına qarşı çıxan qadının həbsi, ona işgəncə verilməsinə dair şübhələr səbəb olub.

Məktubda deyilir ki, Sepide Raşnonun dövlət televiziyasında “məcburi etirafları” hökumətin son qırx ildə qadınları ictimai məkanlardan çıxarmasına yönəlik sistematik cəhdlərinin davamıdır.

“Biz nə cinayətkarıq, nə qanunpozan, Sepide Raşnonun göyərmiş gözünü görüb geri çəkilən deyilik, azadlıq haqqımızdır, gücümüz birlikdədir deyə bir yerdə qışqırırıq”, – məktubda deyilir.

Raşno niyə həbs olunub

28 yaşlı yazar və rəssam Raşno iyunun 15-də həbs olunub. Onun Tehranda avtobusda baş örtüyü qaydasına nəzarət edən qadınla mübahisəsinin videosu yayılmışdı. Həmin qadın Raşnonun avtobusu hicabsız idarə etdiyini göstərən videonu İslam İnqilab Keşikçiləri Korpusuna göndərəcəyini deyirdi.

Raşno yoxa çıxandan bir neçə gün sonra İran dövlət televiziyası onun “etiraf”ını yayıb. Qadın fiziki baxımdan zəif görünüb, video çəkiləndən sonra xəstəxanaya aparılması xəbərləri yayılıb.

Bəyanatı imzalayanlar hicabı düzgün taxmamağa görə cərimə tətbiqinə etiraz ediblər, bunu azadlığın pula çevrilməsi adlandırıblar.

İttihamlar

Raşnonun qardaşı avqustun 29-da bacısının işi üzrə ilk məhkəmə iclası keçirildiyini bildirib.

ISNA xəbər agentliyi yazır ki, Raşno xaricilərlə kommunikasiya quraraq “ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək niyyətilə yığışmaq və əlbirlikdə”, “İslam Respublikasına qarşı propaqanda fəaliyyətində, adamları korrupsiya və fahişəliyə həvəsləndirməkdə” ittiham edilir.

İrandan gələn son xəbərlərə görə, hakimiyyət ictimaiyyət arasında məcburi hicab qaydasını pozan qadınlara divan tutur.

İranda hicab 1979-cu il İslam İnqilabından sonra yaşı 9 və yuxarı olanlar üçün məcburi elan edilib.

Ancaq iranlı qadınların çoxu illərdir bu qadağaya qarşı çıxılar.

XS
SM
MD
LG