Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:32

Zaporojye AES-də son işlək reaktor dayandırılır


Donetsk, 2 sentyabr, 2022-ci il
Donetsk, 2 sentyabr, 2022-ci il

Kirilo Timoşenko Ukrayna bayrağını dirəyə asan üç əsgərin fotosunun altında "Vısokopilya. Xerson vilayəti. Ukrayna. Bu gün" yazıb

Ukraynanın Zaporojye AES-in operatoru Energoatom son işlək reaktorun da dayandırıldığını deyir. Şirkət sentyabrın 5-də yaydığı bəyanatda qeyd edir ki, “işğalçı Rusiya qüvvələri Zaporojye AES yaxınlığındakı ərazini intensiv atəşə tutmaqdadır”.

Atışmanın səbəb olduğu yanğın nəticəsində Zaporojye AES-i Ukraynanın əsas elektrik şəbəkəsinə birləşdirən elektrik xətti söndürülüb, məlumatda vurğulanır.

Rusiyanın TASS xəbər agentliyi sentyabrın 5-də səhər Enerhodar şəhərində üç partlayış eşidildiyini xəbər verir. Zaporojye AES məhz bu şəhərdə yerləşir.

***

Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasının (AES) operatoru Energoatom deyib ki, stansiyada altı reaktordan yalnız biri işləyir. Belə ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) iki nəzarətçi müfəttişinin ərazidə yerləşdirilməsinə baxmayaraq, Rusiya tərəfindən işğal olunmuş stansiyayla bağlı qorxu və narahatlıq hələ də qalmaqdadır.

Hesabat gözlənir

Rusiya Ukraynanı zavodu güc yolu ilə geri almaq cəhdində ittiham edir, Kiyev iddiaları rədd edir.

“Rusiya artıq etibarlı enerji tərəfdaşı deyil”

Həftəsonu Ukrayna Prezidenti Volodimir Zelenski qış ayları yaxınlaşdıqca Rusiyanın həlledici enerji zərbəsi hazırlamasıyla bağlı xəbərdarlıq səsləndirib. Almaniya kansleri Olaf Şolts isə “Rusiya artıq etibarlı enerji tərəfdaşı deyil” deyə açıqlama verib.

“Reuters” xəbər agentliyinin məlumatına görə, Aİ ölkələrinin energetika nazirləri sentyabrın 9-da görüşməlidir. Onlar qazın qiymətinə məhdudiyyətləri və enerji bazarı iştirakçıları üçün təcili kredit xətləri də daxil olmaqla, artan enerji qiymətlərini cilovlamaq variantlarını müzakirə edəcəklər.

Xerson yaxınlığında kəndin geri alındığı bildirilir

Sentyabrın 4-də Prezident Zelenskinin əsas köməkçisi Facebook-da Ukrayna əsgərlərinin Xerson yaxınlığındakı bir kənd üzərində dövlət bayrağı ucaldan yerdə fotosunu paylaşıb, kəndin Rusiya işğalçı qüvvələrinin əlindən alındığını iddia edib.

XS
SM
MD
LG