Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:50

WhatsApp İran hökuməti ilə əməkdaşlığına dair ittihamları rədd edir


Silhouettes of mobile users are seen next to logos of social media apps Signal, Whatsapp and Telegram projected on a screen in this picture illustration taken March 28, 2018.
Silhouettes of mobile users are seen next to logos of social media apps Signal, Whatsapp and Telegram projected on a screen in this picture illustration taken March 28, 2018.

İran fəalları bildirirdilər ki, WhatsApp platforması İranda davam edən etirazlar əsnasında ölkə xaricindəki iranlılarla kommunikasiyanı bloklayır

Meta şirkətinin sosial şəbəkə platformaları İran hökluməti ilə əməkdaşlıq etdiklərinə dair İran fəallarının iddialarını təkzib edib.

İran fəalları bildirirdilər ki, WhatsApp platforması İranda davam edən etirazlar əsnasında ölkə xaricindəki iranlılarla kommunikasiyanı bloklayır.

Tehran gənc qadın Məhsa Əmininin ölümü ilə bağlı ölkəni bürümüş etirazlara görə İran daxilində WhatsApp tətbiqindən istifadəni bloklayıb.

Lakin sentyabrın 22-də bəzi istifadəçilər bildiriblər ki, xaricdə olan İran fəallarının WhatsApp kommunikasiyasına da əngəllər yaradılıb.

Bu istifadəçilər Meta şirkətinin platformalarını İran hökuməti ilə əməkdaşlıqda ittiham edirlər.

WhatsApp bu ittihamlara dərhal Twitter vasitəsilə cavab verib:

"Biz dünyanı fərdi qaydada birləşdirməklə mövcuduq. Biz insanların özəl mesajlaşma haqqını dəstəkləyirik. Biz İran nömrələrini bloklamırıq. Biz iranlı dostlarımızın dünya ilə əlaqəsinin saxlanmasına çalışırıq və texniki imkanlarımız çərçivəsində xidmətimizin fəalliyyətdə qalması üçün əlimizdən gələni edirik”.

Polis maşını yandırıldı: İranda etirazlar davam edir
Gözlə

No media source currently available

0:00 0:02:29 0:00

Cavab qane etməyib

Lakin WhatsApp-ın bu izahatı da bir çox İran fəallarını qane etməyib. Onlar platformadan “texniki səbəblərin” izahını istəyirlər.

Anonymous beynəlxalq haker fəalları qrupu Meta şirkətini Twitter platformasında İran etirazlarına dair məlumatları senzura etməkdə günahlandırır.

Bu qrup iddia edir ki, Meta Myanmar, Suriya və Fələstin kimi yerlərdə də eyni hərəkətlərə yol verib.

Londonda mənzillənmiş farsdilli Manoto TV Metanı telekanalın Instagram saytından İrana aid çox sayda videonu silməkdə ittiham edib.

Bir çox İran jurnalistləri və sosial media fəalları da deyirlər ki, Meta İranda antihökumət etirazlarına dair postları silir.

Almaniyada yaşayan iranlı jurnalist Bamməd Esmaili bildirib ki, İran hökuməti Instagram platformasında moderasiya işi ilə məşğul olan Kanada şirkəti – Telus International qrupuna İran hökumətinə müxalif hesabların silinməsi müqabilində mükafat təklif edib.

Esmaili iddialarını sübutlarla əsaslandırmayıb. Meta bu ittihamlara cavab verməyib.

XS
SM
MD
LG