Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:30

Türkiyənin üç dövlət bankı 'Mir' kartlarından imtina edir


Türkiyənin üç dövlət bankı – Ziraat Bankası, VakifBank və Halkbank Rusiyanın Mir ödəniş sisteminin kartlarının qəbulunu dayandırıblar.

Bu barədə Bloomberg və Türkiyənin NTV kanalları xəbər veriblər.

Bloomberg-in mənbəyi bildirib ki, Türkiyə bankları Mir sistemi ilə əməkdaşlığı dayandırmaq barədə qərarı sentyabrın 27-də qəbul edib.

Xəbər verilir ki, Mir kartları ilə Türkiyədə 5 bank işləyirdi. Bunlar Ziraat Bankası, Vakifbank, Halkbank, İş Bankası и Denizbank idi.

Bundan əvvəl İş Bankası və Denizbank ABŞ Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət departamentinin xəbərdarlığından sonra Mir kartlarının qəbulunu dayandırmışdılar.

Maliyyə Nazirliyinin xəbərdarlığında deyilirdi ki, sanksiyalar altında olan Rusiya bank sistemi ilə əməkdaşlıq edən banklar da sanksiyalara hədəf ola bilər.

Mir kartlarından imtina edən başqa banklar

Türkiyə banklarından başqa Mir sistemi ilə əməkdaşlığı Tacikistanın Dushanbe City Bank və Vyetnamın BIDV bankları dayandırıblar.

Sentyabrın 21-də xəbər verilmişdi ki, Qazaxıstanın Halık Bankı öz bankomatlarında Mir kartlarına xidmət göstərilməsini dayandırıb.

Özbəkistan bəyan etmişdi ki, ölkə xaricində verilən Mir kartlarına xidmət göstərilməyəcək.

Rusiya Ukraynaya qarşı səbəbsiz və əsassız müharibəyə başlayandan sonra bir çox Qərb ölkələri Moskvaya sərt sanksiyalar qoyublar.

Məhdudlaşdırıcı tədbirlər habelə Rusiya banklarına da tətbiq olunub.

Bu səbəbdən xaricdəki rusiyalılar Mir kartlarından istifadə edə bilmirlər.

Belə bir şəraitdə rusiyalılar kütləvi şəkildə MDB ölkələrinə, Türkiyəyə və Rusiyaya qarşı sanksiyalara qoşulmayan başqa regionlara gedərək orada bank kartları almağa çalışırlar.

XS
SM
MD
LG