Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:29

Sorğu: Səfərbərlik elanından sonra Putinin reytinqi düşüb


Levada mərkəzi bildirir ki, Ukraynaya müdaxilə ərəfəsində Putinin reytinqi 70 faiz idi, müharibə başlanandan sonra isə bu rəqəm 80 faizə qalxmışdı

Levada mərkəzi bildirir ki, Rusiya prezidenti Vladimir Putinin reytinqi sentyabrda bir ay əvvəllə müqayisədə 6 faiz azalaraq 77 faizə düşüb.

Bu, prezident qismən səfərbərlik elan edəndən sonra baş verib.

Avqust ayında Putinin fəaliyyətini rəyi soruşulanların 83 faizi dəstəkləyirdi.

Levada mərkəzi bildirir ki, Ukraynaya müdaxilə ərəfəsində Putinin reytinqi 70 faiz idi, müharibə başlanandan sonra isə bu rəqəm 80 faizə qalxmışdı.

Lakin sorğu zamanı respondentlərə hansı siyasətçini dəstəklədikləri barədə açıq sual verilərkən Putinin reytinqi 44 faizdən 40 faizə enib.

Levada mərkəzi bildirir ki, Rusiyada hakimiyyətin başqa nümayəndələrinə də etimad azalıb.

Eyni zamanda ölkədə işlərin düzgün istiqamətdə getdiyini düşünənlərin sayı da səfərbərlik elanından sonra 7 faiz azalıb.

Avqust ayında hökumətin siyasətini dəstəkləyənlər 67 faiz idi.

Səfərbərlik müharibəyə dəstəyi azaldıb

Levadanın respondentləri habelə səfərbərliyə münasibət barədə suala cavab veriblər.

Bu sahədə mənfi emosiyalar üstünlük təşkil edir.

Rəyi soruşulanların yarısı səfərbərlik xəbərindən qorxuya düşüb. Respondentlərin 23 faizi səfərbərlik xəbərindən şok yaşadığını bildirib.

Respondentlərin 13 faizi səfərbərliklə bağlı qəzəbini bildirib.

Rəyi soruşulanların 23 faizi “Rusiya ilə qürur duyduğunu” deyib. 24 yaşınadək respondentlər arasında səfərbərlikdən “qorxu, vahimə və dəhşət” keçirənlərin faizi 56 olub.

Rusiyada keçirilən aylıq ənənəvi rəy sorğusu göstərib ki, rusiyalılar sentaybr ayında Ukrayna ilə bağlı daha çox narahatlıq keçiriblər.

Narahtlıq keçirənlər respondentlərin 56 faizini təşkil ediblər. Bu, müharibə başlanandan bəri ən böyük rəqəmdir.

Rusiya hərbçilərinin Ukraynadakı hərəkətlərini dəstəkləməyənlərin faizi də müharibənin əvvəlindən ən yüksək həddə - 24 faizə çatıb.

Habelə sülh danışıqlarını dəstəkləyənlərin faizi (48 faiz) də ilk dəfə olaraq müharibəni dəstəkləyənlərdən (44 faiz) çox olub.

Əkrəm Əylisli kitabı yandırılandan sonra ilk dəfə oxucuları ilə görüşür
Gözlə

No media source currently available

0:00 0:10:37 0:00

XS
SM
MD
LG