Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:34

Nobel mükafatını qədim insanın genlərini öyrənən alim aldı


İsveç alimi Svante Paabo 2020-ci ildə Yaponiyanın elmi mükafatını alarkən
İsveç alimi Svante Paabo 2020-ci ildə Yaponiyanın elmi mükafatını alarkən

Təşkilat komitəsinin mətbuat relizində deyilir ki, mükafat kökü kəsilmiş hominidlərin genomları və insanın təkamülü ilə bağlı tədqiqatlara görə verilib

Təkamül genetikası sahəsində mütəxəssis, İsveç bioloqu Svante Paabo 2022-ci il üçün fiziologiya və tibb üzrə Nobel mükafatının laureatı olub.

Təşkilat komitəsinin mətbuat relizində deyilir ki, mükafat kökü kəsilmiş hominidlərin genomları və insanın təkamülü ilə bağlı tədqiqatlara görə verilib.

Fiziologiya və tibb üzrə mükafatın verilməsi ilə “Nobel həftəsi” başlanıb.

İsveçli alim ilk dəfə olaraq neandertalların genomunu deşifrə edib və müasir insanların əcdadlarından biri olan Denisov adamını kəşf edib.

İnsan əcdadının DNT-si müasir insanın DNT-si ilə müqayisə oluna və beləliklə də insanın təkamülü məsələsinə aydınlıq gətirilə bilər.

Bundan başqa alim qədim DNT-lərin seçilib ayrılması, təmizlənməsi və analizi metodlarını inkişaf etdirib.

Paabonun elmi işi elmdə yeni sahənin - paleoqenetikanın əsaslarını qoyub.

40 min il əvvəl Avrasiyada

2017-ci ildə AzadlıqRadiosuna müsahibəsində Rusiya EA-nın informasiyanın ötürülməsi problemləri institutunun direktor müavini Mixail Gelfand demişdi ki, genomun deşifrə edilməsi bəşəriyyəti daha yaxşı anlamaq imkanı verir:

"Bizim insanın yaranması barədə təsəvvürlərimiz güclü şəkildə dəyişib. Bizim hər birimizdə 2 faiz neandertal genləri var. Bundan başqa Denisov adamı var. Onların varlığı barədə heç nə məlum deyildi. Əslində isə 40 min il əvvəl Avrasiyada insanlığın üç bir-birindən müstəqil qolu olub. Onlar arasında çarpazlaşma baş verib. Biz bunun qalıqlarını genomlarda görürük. Məncə bu qiyamətdir. Bu mənim təsəvvürümdə dünyanın bütün rənglərini dəyişib”.

Oktyabrın 4-də fizika, 6-da ədəbiyyat üzrə mükafatçının adı məlum olacaq.

Sülh üçün Nobel mükafatçısı oktyabrın 7-də elan olunacaq.

3 min 500-dən çox tələbənin diplomu təsdiqlənmir - dövlət qurumları məhkəmə çəkişməsində
Gözlə

No media source currently available

0:00 0:07:35 0:00

XS
SM
MD
LG